Qürubdan doğan Günəş və onun fəlsəfi təsirləri
Icma.az, Adelet.az portalına istinadən məlumatı açıqlayır.
Qələbə fəlsəfəsi-qələbənin hikməti yalnız ağır döyüş meydanında qazanılan hərbi uğur deyil, xalqın, dövlətin və fərdin iradəsinin, milli birliyinin, tarixi ədalətin və strateji düşüncəsinin vəhdətidir.
Azərbaycan kontekstində və müasir yanaşmada qələbə fəlsəfəsi bir neçə əsas sütun üzərində dayanır-
Milli birlik və həmrəylik ! Xalqın qələbəyə inamı ilə döyüşçünün əzmi bir-birini tamamlayanda, cəmiyyət və ordu vahid məqsəd ətrafında birləşəndə zəfər qaçılmaz olur.
Zəfər Günü və onun cəmiyyətin, eləcə də fərdlərin psixologiyasına təsiri həm qürur, həm də kollektiv travmaların sağalması baxımından dərin və çoxşaxəlidir.
30 illik işğal dövründən sonra qazanılan qələbə cəmiyyətdə uzun müddətdir mövcud olan "məğlub statusunu" aradan qaldıraraq, kollektiv özgüvəni və milli kimlik şüarını gücləndirir.
Azərbaycan 30 ilə yaxın davam edən işğalın nəticələrini hərbi yolla aradan qaldırarkən, “torpaqları azad etmək” məqsədini qarşısına qoymuşdu. Müharibənin hədəfi Ermənistanı cəzalandırmaq və ya yeni ərazilər ələ keçirmək deyildi — beynəlxalq hüquqla tanınmış sərhədlərin bərpası idi. Bu, həm etik, həm də hüquqi baxımdan müasir beynəlxalq münasibətlərdə nadir müşahidə edilən bir mövqedir. Çünki müharibələr çox zaman genişlənmə və hegemonluq məqsədi daşıyır. Azərbaycan isə hərbi gücünü ədalətin bərpası naminə istifadə etdi.
1993-cü ildən 2020-ci il II Qarabağ savaşına qədər olan müddətdə böyük transformasiya yolu qət edilməli idi. Bu yolun təməlində II məqalədə vurğuladığımız kimi, 3 amil reallaşmalı idi – cəmiyyət bütövləşməli, hakimiyyət – xalq birliyi formalaşmalı və vətəndaşlarda Vətən sevgisi yeni səviyyəyə yüksəlməli. Bütövlükdə, Azərbaycanda cəmiyyət həm həmrəylikdə, həm də dövlət quruculuğunda elə nailiyyət qazanmalı idi ki, qələbə əzmi yüksək olsun.
Bu prosesin tərkibində Lider – hakimiyyət (dövlət başçısının komandası kimi) cəmiyyətin bütün kəsimlərinin aparılan müharibəni ədalətli, müstəqillik, suverenlik, ərazi bütövlüyünün təmini, milli ləyaqətin bərpası, hüquqa uyğun mübarizə kimi qəbul etməsi şərtlərinin ödənməsi prinsipial əhəmiyyət kəsb edirdi. Onun da tərkibində Liderin ədalətli savaş apardığına əhalinin tam əminliyi, cəmiyyətin bütün kəsimlərinin aparılan savaşa eyni prizmadan baxması və müharibəyə münasibətdə dövlət başçısı, onun komandası, ordu və xalqın bir mövqedə olması xüsusi yer tuturdu. Bu faktorların son nəticədə qələbə əzminin səviyyəsi də ciddi əhəmiyyət kəsb edirdi.
Nəhayət, daha geniş kontekstdə müharibənin ölkədaxili şərtlər əsasında ədalətliliyinin müəyyən edilməsi mütləq şəkildə beynəlxalq miqyasda humanitarlıq və hüquqiliklə məzmun və mahiyyətcə uyğunluq təşkil etməli idi. Həmçinin ədalətli müharibə kütləvi surətdə insan hüquqlarının pozulmasının qarşısını almalı, cəmiyyətin ləyaqətini bərpa etməlidir.
Belə görünür ki, Azərbaycanın müasir mərhələdə Vətən müharibəsinin kriteriyaları iki xüsusiyəti ilə fərqlənir: Birincisi, onlar ierarxik (pilləvari) xarakterlidir, yəni bir-biri ilə daxili məntiqi və məzmun bağlantıları vardır və o, kriteriyaların strukturlaşmasında öz ifadəsini tapmışdır. Bundan başqa, həmin kriteriyalar arasında münasibətlər o səviyyədə olmalıdır ki, vahid sistem təsiri bağışlasın. İkincisi, həmin kriteriyalar, bütövlükdə, yeniləşmə prosesini vahid məcraya və məqsədə yönəltməsini təmin etməli idi. Bu da cəmiyyətdaxili əlaqələri- həmrəylik, inteqrasiya, birlik aspektlərində , hakimiyyət – xalq münasibətlərini tənzimləmək deməkdir.
Lakin fəlsəfi baxımdan burada çox ciddi bir məqam vardır. Yuxarıdakı təqdimatdan görünür ki, ciddi sosial, siyasi, mədəni, hüquqi və geosiyasi-hərbi çətinliklərlə üzləşmiş bir dövlətdə prosesləri birləşdirici məcraya yönəltmək çox çətin məsələdir. Buna nadir hallarda nail ola bilirlər. Azərbaycanla bağlı da vəziyyət əlavə əngəllər nəticəsində, xüsusilə kənar təcavüzə görə, çox mürəkkəb idi.
Bunlara görə, hər Vətən müharibəsinin fərqli fəlsəfi cəhətləri olur. Lakin bütün hallarda Azərbaycanda dağınıq haldan, parçalanma vəziyyətindən monolit və ideyaya fokuslanmış topluma keçidi təmin edən mexanizmlər olmalı idi. Onları aydınlaşdırmaq üçün kontekstə iki anlayış daxil etməliyik. Onlardan biri “liderin siyasi mentaliteti-milliliyi”, digəri isə “dövlətçilik mentaliteti-milliliyi”dir.
Lakin bu ümumi təsəvvürdən daha konkret tərifə keçəndə fərqli yanaşmalar özünü göstərir. Bu da anlayışın özünün mürəkkəb məzmuna malik olmasına dəlalət edir. “Siyasi mentalitet-millilik” bu təsəvvürlərin üzərində bərqərar olur..
Ümumi səviyyədə ona belə tərif-ad verirlər ki,: siyasi mentalitet dərk edilən və edilməyən siyasi təsəvvürlərin, dəyərlərin, qaydaların, müəyyən sosial ümumiliyin stereotiplərinin siyasi gerçəklik sferasında cəmidir . Belə görünür ki, burada siyasi gerçəklik çərçivəsində konkret keyfiyyətlər seçilir. Onların sırasında insan mövcudluğunun bütün aspektləri yer almışdır. O cümlədən, adət-ənənə, dünya duyumu, siyasi təcrübənin ümumiləşməsi və s. amillər vardır. Lider bütün bu keyfiyyətlərin konkret siyasi gerçəklikdə təcəssümüdür.
Vurğulanan məqamlara uyğun olaraq siyasi mentalitetin strukturunu aşağıdakı kimi müəyyən edirlər: siyasi reallıq haqqında dərk edilən və edilməyən təsəvvürlər. Bu, siyasi davranışı idraki motivləşdirmə funksiyası yerinə yetirir; dəyər xarakterli siyasi yönlər müəyyən edir.
Daha dərinə getmədən deyə bilərik ki, liderin siyasi mentaliteti onun həm siyasi kimliyini müəyyən edir, həm də fəaliyyətinin məzmunu ilə məqsədi arasında əlaqə yaradır. Bu baxımdan, maraqlıdır ki, müharibənin də xarakterinə liderin siyasi mentaliteti ciddi təsir edir. Çünki kritik situasiyalarda liderin seçimi proseslərin məzmununu və yönünü müəyyənləşdirir..
Burada həm də siyasi mentalitetin müharibənin son məqsədini müəyyən etməkdə oynadığı həlledici rolu nəzərə almaq lazımdır. Buna görə, vətən müharibələri adı verilmiş savaşlar bir-birindən fərqlənə ( misal üçün: Vyetnamın işğala qarşı apardığı vətən savaşı, Xorvatiyanın və ya SSRİ-nin vətən müharibələri.Lakin bunların hər ikisi Azərbaycanın apardığı Vətən müharibəsindən fərqlənir) bilər. Bu fərqləri fəlsəfi kontekstdə daha aydın anlamaq üçün ikinci bir anlayışı daxil etməliyik – dövlətçilik mentalitetini..
Dövlətçilik mentaliteti-milli dövlətçilik” anlayışına fəlsəfi və elmi ədəbiyyatda rast gəlinməsədə, biz bu anlayışı xüsusi məna verərək daxil edirik. Dövlətçilik mentaliteti-milli dövlətçilik cəmiyyətin tarixən təkamül etmiş dövlətçilik ənənəsində daim özünü göstərən, idarəetmə, geosiyasi, siyasi, hərbi, müdafiə, diplomatik, təhlükəsizlik, mədəni, sosial, mənəvi, əxlaqi, psixoloji xarakterli kodlardır. Həmin kodlar tarixin bütün mərhələlərində toplumun dövlət qurmaq fəlsəfəsinin əsasını təşkil edirlər və ona motivasiyaedici istiqamət verirlər.
Mahiyyətcə yadellilərə qarşı mübarizə xarakterində olan müharibənin gedişində işğalçıya qarşı vuruşanlardan biri özü işğalçı ola bilər. Bu, Vətən müharibəsi kontekstində bir paradoksdur, lakin tarixdə belə faktlar mövcuddur.
Başqa nümunələrə də baxmaq olar. Lakin onların birinin digərindən məqsəd və son nəticə baxımından fərqləndiyini görəcəyik. Bütün bunların fonunda Azərbaycanın müasir Vətən müharibəsinin liderin siyasi mentaliteti və dövlətçilik mentaliteti kontekstində izahı zəruridir. Bu cür araşdırma faktiki olaraq II Qarabağ savaşının Vətən uğrunda mübarizə nümunəsi kimi özəlliklərini aydınlaşdırmağa əlavə imkanlar yaradacaqdır. Öncədən vurğulayaq ki, burada milli ideyanın oynadığı tarixi rol da dərk ediləcəkdir. Milli ideyanın ərazi bütövlüyünün təmin edilməsi kimi müəyyənləşdirilməsinin Azərbaycanda siyasi liderlik mentaliteti ilə dövlətçilik mentalitetinin qarşılıqlı əlaqəsi nəticəsində mümkün olduğu aydınlaşacaqdır. Bunun üçün, təbii ki, Azərbaycanın Vətən müharibəsinə xas olan bir sıra faktorları təhlil etmək gərəkdir...
30 illik işğal dövrünün gətirdiyi mənəvi yükün 44 gün ərzində aradan qaldırılması xalqın və fərdlərin psixologiyasında, eləcə də milli fəlsəfi şüurda köklü dəyişikliklərə yol açdı.
Vətən Müharibəsinə bir neçə aspektdən yanaşıldıqda fəlsəfi və psixoloji özəlliklərini və sosial şüura təsirini görməmək mümkün deyildir.
Fəlsəfi nöqteyi-nəzərdən görünən budur ki, bu müharibə
Müharibəyə qədər mücərrəd bir anlayış olan "Qarabağ" müharibə dövründə real, uğrunda can fəda edilən və fiziki olaraq toxunulabilən bir fəlsəfi dəyərə çevrildi. Torpaq sadəcə coğrafi ərazi olmaqdan çıxıb, milli ləyaqətin simvolu statusunu aldı.
Müharibə fərdi maraqları arxa plana keçirərək kollektiv şüuru-milli kimliyi önə çıxardı. Sosial, siyasi və etnik mənsubiyyətindən asılı olmayaraq hər bir vətəndaş vahid bir BİZ fəlsəfəsi ətrafında birləşdi. Bu, monolit bir cəmiyyət modelinin fəlsəfi təzahürü idi.
Birinci Qarabağ Müharibəsindən qalan kollektiv travma, qaçqınlıq və köçkünlük psixologiyası, "biz məğlubuq" düşüncəsi 44 gün ərzində tamamilə yox oldu. Bunun yerini milli özünəinam, qürur və rəşadət psixologiyası tutdu.
Müharibənin ən mühüm psixoloji tərəflərindən biri ölüm qorxusunun vətən sevgisi tərəfindən üstələnməsi idi. Gənc nəslin -hansı ki, Qarabağı görməmişdi könüllü olaraq cəbhəyə atılması, ŞƏHİDLİK anlayışına psixoloji tərəfdən yanaşdıqda fərdi eqonun milli ideal naminə tamamilə unudulması demək idi.
Ən əsası müharibə dövründə Ali Baş Komandanın çıxışları, rəsmi tvitləri və hərbi uğurlar xalqda güclü bir psixoloji dayaq yaratdı. Cəmiyyətdə panika və dezinformasiyaya qarşı daxili bir psixoloji immunitet formalaşdı.
Beləliklə , Vətən Müharibəsi Azərbaycan xalqının milli mənliyini, fəlsəfi dünyagörüşünü,psixoloji vəziyyətini yenidən inşa etdi və onu regional müstəvidə psixoloji cəhətdən sındırıla bilməyən, güclü bir topluma və hərbi-siyasi gücə çevirdi.
Bir Kərə Yüksələn Bayraq
Bir Daha ENMƏYƏCƏKDİR
Kərim Novruzov
Bərdə rayon Həsənqaya kənd 2 nömrəli tam orta ümumtəhsil məktəbin direktoru
Baxış sayı:113
Bu xəbər 08 Noyabr 2026 11:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















