Icma.az
close
up
RU
Menu

Məktəblərdə telefon və ağıllı saatlar qadağan ediləcək

Qədim Efes şəhərində gecə muzeylərinə səfərlər başlayıb

Zelenskinin məqsədi danışıqlar prosesinə ABŞ sız qatılmaqdır

Akademik Məmmədtağı Cəfərovun 90 illiyinə həsr olunmuş Respublika konfransı

Nazir Anar Əliyev Beynəlxalq Əmək Konfransının sessiyasında çıxış edib

Xocalıdakı “Qarabağ Tekstil Evi”ndə çalışacaq şəxslər üçün peşə kursları başlayıb

Biləsuvarda ölümlə nəticələnən yol qəzası baş verib

Orta Dəhliz və Azərbaycanın yeni iqtisadi hədəfləri

“Qərbi Azərbaycana qayıdış ideyası revanşizm deyil, tarixi ədalət çağırışıdır” Elçin Babayev

Şagirdi ilə ailə həyatı quran müəllimənin yeni görüntüsü (FOTO)

“Mançester Yunayted”də gələn mövsüm çempion olacaqlarını düşünürlər

ABŞ Dövlət katibi Mərkəzi Asiya ölkələrinə səfər edəcək

Azərbaycan BƏT ilə əməkdaşlığın yeni istiqamətlər üzrə genişləndirilməsini müzakirə edib

Baş məşqçi millimizin finala yüksəlməsindən danışdı

Aİ iqtisadiyyatları üçün risklər barədə xəbərdarlıq edildi

“Uşaq Dünyası” I Beynəlxalq Musiqi Festivalının üçüncü günü klassik musiqiyə həsr olunub FOTO

Tarixi qələbəyə belə sevindilər Video

Toyota Corolla idman hetçbekinin radikal versiyasını təqdim etdi...

Putin Rusiyanın Ukraynadan nə ilə fərqləndiyini CAVABLADI

Bukayo Saka haqqında sənədli film çəkilib

Quruculuq işləri də Zəfərlə başa çatacaqdır

Quruculuq işləri də Zəfərlə başa çatacaqdır

Icma.az bildirir, Ses qazeti saytına əsaslanaraq.

2020-ci il müdrik xalqımızın yaddaşına qızıl hərflərlə həkk olundu. Heç şübhəsiz ki,bu tarix hər zaman Möhtəşəm Qələbənin, Zəfərin yazıldığı bir il kimi qürurla xatırlanacaq. Çünki həmin ildə Möhtərəm Prezidentimiz, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev cənablarının rəhbərliyi altında rəşadətli ordumuz sentyabrın 27-də başlayan və cəmi 44 gün davam edən Vətən müharibəsini böyük Zəfər, unudulmaz tarixi Qələbə ilə başa vurdu. Həmin möhtəşəm Qələbənin sevincini hər bir azərbaycanlı bu gün də böyük qürur hissi ilə yaşayır. Ən əsası isə qazandığımız bütün bu tarixi nailiyyətlərə görə Ali Baş Komandana, onun rəhbərliyi altında bizləri Qələbə ilə sevindirən Azərbaycan Ordusunun əsgər və zabitlərinə, hərbçilərimizə, Vətən uğrunda canından keçən qeyrətli, cəsur oğullarımıza, şəhidlərimizə, qazilərimizə bir ömür boyu minnətdar olacağıq.

Qürurverici olan odur ki, artıq hər gün ölkəmizin, dövlətimizin həyatına, xalqımızın yaddaşına müxtəlif əlamətdar hadisələrlə yazılır.

Bütün bunların fonunda onu da qeyd edək ki, Kəlbəcərə inzibati rayon statusu 1930-cu ildə verilmişdir. İşğala qədər rayonun əhalisi 53 478 nəfər təşkil edirdi. 3054 kv. km. ərazini əhatə edən rayonda 1 şəhər,

1 qəsəbə, 145 kənd və 55 inzibati ərazi dairəsi mövcud idi.

Kəlbəcər rayonu 1993-cü il 2 aprel tarixində Ermənistan respublikasının Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. İşğal zamanı 511 dinc sakin öldürülmüş, 321 adam əsir götürülmüş və itkin düşmüşdür. İşğal nəticəsində Kəlbəcərin əhalisi respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmağa məcbur oldu. İşğal nəticəsində onlarla tarixi-mədəniyyət abidəsi, 97 məktəb, 9 uşaq bağçası, 116 kitabxana, 43 klub, 42 mədəniyyət evi, tarix-diyarşünaslıq muzeyi, 9 xəstəxana, 75 tibbi məntəqə, 23 ambulatoriya, 9 aptek, yüzlərlə inzibati bina, minlərlə mənzil, yüzlərlə maşın, texnika və s. talan edildi, dağıdıldı və rayonun milyardlarla manatlıq sərvəti Ermənistana daşındı.

Təbii ki, Kəlbəcərin azad olunmasının strateji əhəmiyyəti olduqca böyük idi. Dövlətimizin Başçısının qeyd etdiyi kimi: “Vətən müharibəsinin ilk günlərində döyüşlər gedən zaman Kəlbəcərin şimal hissəsi Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğalçılardan azad edilmişdir. Biz Kəlbəcərin şimal hissəsində strateji yüksəklikləri götürərək erməni silahlı qüvvələrinin hərəkətlərini bu istiqamətdə böyük dərəcədə məhdudlaşdıra bildik və faktiki olaraq onlar Basarkeçər-Kəlbəcər yolundan istifadə edə bilmədilər. Bəzi istiqamətlərdə strateji nöqtələri götürərək Ermənistan ordusunun hərəkətlərini demək olar ki, iflic vəziyyətə salmışdıq”.

44 günlük Vətən müharibəsində məqsədyönlü siyasətin, hərbi gücün, strateji və taktiki planlamanın uğurlu nəticəsini bütün dünya gördü. Vətən müharibəsində əldə etdiyimiz Qələbə nəticəsində imzalanmış 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanata əsasən Kəlbəcər rayonu noyabrın 25-də Azərbaycana təhvil verildi.Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edildi.

2020-ci il noyabrın 26-da “Kəlbəcərin azad olunmasına görə” medalı təsis edildi. Müzəffər Ali Baş Komandanımız, Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin sərəncamları ilə Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 9455 hərbi qulluqçusu “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.

Şanlı Zəfərin təcəssümü olaraq - 25 noyabrın Kəlbəcər Şəhəri Günü elan edilməsi çox qürurvericidir. Möhtərəm Prezidentimiz

İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 25 noyabr da məhz, Kəlbəcər Şəhəri Günü kimi müəyyən olunmuşdur.

Sevindirici haldır ki, İkinci Qarabağ müharibəsində qazanılan tarixi Zəfərdən sonra Möhtərəm Prezidentimizin müvafiq sərəncamları ilə işğaldan azad edilmiş ərazilərdə, eyni zamanda Kəlbəcərdə böyük quruculuq işlərinə başlanılmışdır. Artıq yollar çəkilir, yeni infrastrukturlar yaradılır, su elektrik stansiyaları fəaliyyətə başlayır, kəndlər, şəhərlər yenidən qurulur. Təbii ki, bütün bunlar Möhtəşəm Zəfərin davamıdır. Azərbaycanın bugünkü gücünə, qüdrətinə, dünyadakı artan nüfuzuna əsaslanaraq əminliklə deyirik ki, işğaldan azad edilmiş bütün ərazilərdə quruculuq işləri də Zəfərlə başa çatacaqdır.

Vəfa Məmmədova

YAP Qazax rayon təşkilatının partiya fəalı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 25 Noyabr 2024 16:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə telefon və ağıllı saatlar qadağan ediləcək

04 İyun 2026 02:36see337

Qədim Efes şəhərində gecə muzeylərinə səfərlər başlayıb

04 İyun 2026 04:02see247

Zelenskinin məqsədi danışıqlar prosesinə ABŞ sız qatılmaqdır

04 İyun 2026 09:07see247

Akademik Məmmədtağı Cəfərovun 90 illiyinə həsr olunmuş Respublika konfransı

03 İyun 2026 17:27see235

Nazir Anar Əliyev Beynəlxalq Əmək Konfransının sessiyasında çıxış edib

03 İyun 2026 17:53see223

Xocalıdakı “Qarabağ Tekstil Evi”ndə çalışacaq şəxslər üçün peşə kursları başlayıb

03 İyun 2026 11:28see211

Biləsuvarda ölümlə nəticələnən yol qəzası baş verib

03 İyun 2026 11:29see209

Orta Dəhliz və Azərbaycanın yeni iqtisadi hədəfləri

03 İyun 2026 11:30see203

“Qərbi Azərbaycana qayıdış ideyası revanşizm deyil, tarixi ədalət çağırışıdır” Elçin Babayev

03 İyun 2026 11:28see202

Şagirdi ilə ailə həyatı quran müəllimənin yeni görüntüsü (FOTO)

05 İyun 2026 05:54see202

“Mançester Yunayted”də gələn mövsüm çempion olacaqlarını düşünürlər

05 İyun 2026 03:13see198

ABŞ Dövlət katibi Mərkəzi Asiya ölkələrinə səfər edəcək

04 İyun 2026 02:39see190

Azərbaycan BƏT ilə əməkdaşlığın yeni istiqamətlər üzrə genişləndirilməsini müzakirə edib

04 İyun 2026 16:29see189

Baş məşqçi millimizin finala yüksəlməsindən danışdı

04 İyun 2026 01:15see184

Aİ iqtisadiyyatları üçün risklər barədə xəbərdarlıq edildi

03 İyun 2026 20:48see175

“Uşaq Dünyası” I Beynəlxalq Musiqi Festivalının üçüncü günü klassik musiqiyə həsr olunub FOTO

04 İyun 2026 19:16see175

Tarixi qələbəyə belə sevindilər Video

05 İyun 2026 00:33see174

Toyota Corolla idman hetçbekinin radikal versiyasını təqdim etdi...

03 İyun 2026 21:59see171

Putin Rusiyanın Ukraynadan nə ilə fərqləndiyini CAVABLADI

05 İyun 2026 00:23see170

Bukayo Saka haqqında sənədli film çəkilib

04 İyun 2026 04:15see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri