“Qurumlar bu problemi bir birinin üzərinə atır”
Qafqazinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Bakı, Gəncə və Sumqayıtda tikintinin nizamsız aparılması bir sıra böyük problemləri ortaya çıxarır”.
“Qafqazinfo” xəbər verir ki, bunu deputat Naqif Həmzəyev Milli Məclisdə keçirilən iclasda bildirib.
“Səs-küyə səbəb olan işləri ya gecə saatları, ya da həftə sonları həyata keçirirlər. Bu da insanların istirahət hüququnu pozur. İnsanların istirahət hüququ pozulanda da işdə verimli olmurlar. Artıq son 20 ildir dünyada şəhərlərin səs indikatoru üzrə işlər ciddi şəkildə araşdırılır. Amma bizdə bu problem araşdırılmır.
Qurumlar arasında da bu problemin aradan qaldırılması üzrə koordinasiya yoxdur. Hansından soruşursan, bir-birinin üzərinə atır. İstər Ekologiya Nazirliyi, istər Şəhərsalma və Arxitektura Komitəsi, icra hakimiyyətləri və bələdiyyə - hamısı məsələni bir-birinin üstünə atır”, - deputat qeyd edib.
Nuranə Daxilqızı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 22 Sentyabr 2026 11:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















