Deputat: Qurumlar özünü sığortalayıb, sabah məsuliyyəti heç kim üzərinə götürməyəcək
Qaynarinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Ötən gün Hövsan qəsəbəsində bir qəzalı binanın balkonunun uçması nəticəsində qadın xəsarət alıb. Mən dünən Bakıxanov qəsəbəsində 170-ə yaxın qəzalı binaya baxış keçirdim".
Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib.
Deputat bildirib ki, bütün dövlət orqanlarına müraciət edib:
"Hamısının aktları var ki, bina qəzalıdır. Hamı özünü sığortalayıb. Sabah hansısa bina uçsa, məsuliyyəti heç kim üzərinə götürməyəcək. Halbuki sadə bir mexanizm var. Sahibkar bir binanın pulunu ödəyir, dövlət büdcəsindən bir qəpik pul xərclənmir, beşmərtəbə əvəzinə doqquzmərtəbəli bina tikir, beş mərtəbəyə həmin sakinləri köçürür, dörd mərtəbəni də satır özü pul qazanır. Sadə mexanizmləri tətbiq etmək əvəzinə vətəndaşın həyatının risk altına atılmasının məsuliyyətini heç kim daşımır. Çünki hamının aktı var, özünü sığortalayıb".
Qafqaz Rafiqoğlu
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:58
Bu xəbər 25 Noyabr 2025 13:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















