Qurunun yerinə yaş yandırmaq ... Bir nəfərin səhvi bütün sahənin, yaxud təhsil ekspertlərinin adına yazıla bilməz
Bizimyol portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına təhsil eksperti Elşən Qafarov bildirib ki, “təhsil eksperti” anlayışı sosial status kimi formalaşıb: “Məleykə xanım təhsil sahəsində böyük xidmətləri olmuş, dövlət tərəfindən yüksək səviyyədə təltif edilmiş bir dövlət xadimidir. O, uzun illər Dövlət İmtahan Mərkəzinin (DİM) rəhbəri kimi fəaliyyət göstərib və bu qurumu bu gün texniki baxımdan dünyanın aparıcı imtahan mərkəzləri ilə müqayisə edilə biləcək səviyyəyə çatdırıb. Düşünürəm ki, Məleykə xanımın fikirlərində bəzi məqamlar reallığı əks etdirir. Amma gəlin bu reallığı birgə araşdıraq. Əvvəla, “təhsil eksperti” anlayışı sosial status kimi formalaşıb. Mətbuat işçiləri, ictimaiyyət bizi belə təqdim edir. Lakin son vaxtlar bu statusun populyarlığı fonunda “təhsil eksperti” adını qazanmaq üçün sanki bir yarış başlayıb. Bəzi şəxslər bu adı ali məktəbə qəbul və kodlaşdırma sahəsində daha çox insan cəlb etmək məqsədilə istifadə edirlər.
Məsələn, tutaq ki, mən birini tanıyıram – 23 yaşı var. Turizm və Biznes Universitetini bitirib. Əsgərlikdən yayınmaq üçün adını Türkiyədə hansısa magistr proqramına yazdırıb, sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə təqdim edib. Özünü də ‘təhsil eksperti’ kimi təqdim edir. Halbuki nə ciddi təhsili, nə də bu sahədə təcrübəsi var. Tələbəlikdən yeni ayrılıb, əsasən də kodlaşdırma mövzusu ilə məşğuldur.
Bu baxımdan, Məleykə xanım haqlıdır. Təhsil eksperti adlandırılması üçün azı 10 il təcrübə, elmi və praktik araşdırmalar olmalıdır. Təəssüf ki, bu sahədə ciddi boşluq var. Normal olanı budur ki, Elm və Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi təhsil ekspertləri ilə əməkdaşlıq etsin, onların inkişafına dəstək göstərsin. Amma əksinə, tənqiddən qaçılır, fəaliyyətlər şəxsi düşmənçiliyə çevrilir, tənqid edənlər bloklanır.
Məsələn, mən Elm və Təhsil Nazirliyi tərəfindən bütün platformalardan bloklanmışam. Səbəb Elm və Təhsil Nazirliyinin qanunsuz əməllərini ifşa etməyimdir. Hətta təkliflərim belə qəbul olunmur. Baxmayaraq ki, təvazökarlıqdan uzaq olsa da, bu sahədə həm nəzəri, həm praktik, həm də hüquqi biliklərə malik olan və bu işi ən yaxşı bilənlərdən biriyəm.
Məleykə xanıma sual olunur: madam ki, təhsil ekspertləri bu qədər bu şəkildə təqdim olunursa, niyə onun rəhbərlik etdiyi qurum həmin təhsil ekspertlərini vaxtaşırı çağırıb "yuxarı başda" əyləşdirirdi? Bir nəfərin səhvi bütün sahəyə aid edilə bilməz. Elə bir sahə yoxdur ki, orada qüsur olmasın. Dövlət İmtahan Mərkəzinin də fəaliyyəti zaman-zaman tənqid oluna bilər, bu, onun ümumilikdə qəbuledilməz olduğu anlamına gəlməz.
Hər il Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahanlarda bu və ya digər formada testlərlə bağlı müəyyən nöqsanlar aşkarlanır. Amma bununla yanaşı, DİM-in uzun illər ərzində göstərdiyi əməyi də nəzərdən qaçırmaq olmaz. Digər tərəfdən, sual yaranır: Dövlət İmtahan Mərkəzi nə zaman təhsil ekspertləri ilə sistemli əməkdaşlıq qurub? Tərif varsa, qəbul edirlər, amma bir nəfər tənqid etsə, dərhal bunu şəxsi düşmənçiliyə çevirirlər”.
Elşən Qafarov
Elşən Qafarov vurğulayıb ki, Dövlət İmtahan Mərkəzinin 200-330 manat, bəzən daha yüksək qiymətə hazırlıq dərsləri keçən müəllimlər də oxşar fəaliyyət göstərirlər: “O ki qaldı ödənişli xidmət göstərməyə, mən özüm də müəyyən dərslər keçir, seminarlar verir, kitablar yazıb satışa çıxarıram. Təhsil eksperti də insandır, onun da dolanışığı olmalıdır. Bu gün oxşar fəaliyyəti Dövlət İmtahan Mərkəzinin “marker müəllim” statusu ilə çıxış edən və 200-330 manat, bəzən daha yüksək qiymətə hazırlıq dərsləri keçən müəllimlər də həyata keçirirlər. Onlar repetitor bazarında ən yüksək qiymətə dərs deyənlər sırasındadır. Yəni bu məsələyə tək tərəfli yanaşmanı doğru hesab etmirəm. Əgər hansısa konkret şəxsə irad varsa, bu açıq şəkildə deyilməlidir. Əgər bir nəfərin səhvindən söhbət gedirsə, o zaman da qeyd etmək lazımdır ki, bu fərdi məsələdir və ümumiləşdirilərək bütün sahənin, yaxud təhsil ekspertlərinin adına yazıla bilməz. Əgər ortada cinayət tərkibli əməl varsa, buna yalnız məhkəmə qərar verə bilər. Məhkəmə qərarı olmadan kimisə cinayətkar adlandırmaq doğru deyil”.
Günel Həsənova, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:31
Bu xəbər 26 Dekabr 2025 00:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















