Quşa görə 27 yaşlı oğlanın azadlığı 6 ay məhdudlaşdırıldı
Demokrat.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Biləsuvar rayonunda 27 yaşlı oğlan həmyerlisinə xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin yanvarın 28-də Ələt-Astara magistral yolunun Biləsuvar rayonundan keçən hissəsində baş verib.
1999-cu il təvəllüdlü Əfqan həmin gün saat 15:20 radələrində yol qırağında Fuad (adlar şərtidir – red.) ilə şəxsi münasibətlər zəminində mübahisə edib.
İstintaq sənədlərinə görə, onların arasında mübahisənin yaranmasına səbəb Fuadın Əfqana qarşı nalayiq ifadələr işlətməsi olub. Bu təhqirlərdən hiddətlənən Əfqan Fuadı yumruq və təpik zərbələri ilə vuraraq ona xəsarətlər yetirib.
Əfqana qarşı Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə izahat verən Əfqan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, bildirib ki, Ələt-Astara magistral yolunun Biləsuvar rayonunun Xırmandalı kəndinin arxa hissəsindən keçən sahəsində, yolun kənarında səyyar qaydada ev quşları satmaqla ailəsinin dolanışığını təmin edir:
“Hadisə baş verən vaxt həmişəki kimi Fuadla eyni yolun kənarında dayanmışdıq. Bu zaman müştəri avtomobili saxlayaraq məndən ev quşu almaq istədi. Lakin həmin vaxt bir qədər kənarda dayanan həmkəndlim Fuad müştəriyə yaxınlaşdı və mənim alverimə mane oldu. Müştəri getdikdən sonra aramızda mübahisə yarandı. Mən Fuadı vurdum”.
Təqsirləndirilən şəxs deyib ki, zərərçəkmiş şəxslə barışıb, törətdiyi əməldən peşman olub və barəsində yüngül cəza təyin edilməsini istəyir.
Biləsuvar Rayon Məhkəməsinin hökmü ilə Əfqana 6 ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilib.
Hökmə əsasən, təqsirləndirilən şəxsə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməsi, həmçinin Biləsuvar rayonunun ərazi hüdudlarını tərk etməsi qadağan olunub.
Bundan başqa, onun üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulub.
Fariz Məlikli
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.

Bu mövzuda digər xəbərlər:Oğuzda 27 yaşlı oğlanın meyiti tapıldı FOTO
18 Sentyabr 2025 12:25
Stadionda 27 yaşlı oğlanın ölməsinin anbaan görüntüləri
18 Avqust 2026 10:47
Atasından qalan yadigara görə azadlığı məhdudlaşdırıldı
13 Noyabr 2025 01:38
Prospektdə qalan maşından 27 yaşlı oğlanın meyiti tapıldı
19 Fevral 2026 13:17
27 yaşlı oğlanın futbol oynayarkən ölməsi... Anbaan video
18 Avqust 2026 10:55
Baxış sayı:159
Bu xəbər 22 Sentyabr 2026 14:32 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları