Qusar Əniq Laza yolunda iki yeni körpü inşa olunur
Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakı, 16 oktyabr, AZƏRTAC
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən Qusar rayonunda leysan və güclü sel nəticəsində zərər görmüş yol infrastrukturunun bərpası istiqamətində işlər davam etdirilir.
AAYDA-dan AZƏRTAC-a verilən məlumata görə, Qusar–Əniq–Laza avtomobil yolunun 45-ci kilometrində 4 ədəd suötürücü borunun və yolun hərəkət hissəsinin bərpası, həmçinin iki ərazidə yeni körpülərin tikintisi həyata keçirilir.
Bildirilib ki, görülən işlər çərçivəsində yolun dayanıqlığının artırılması, sel və yağış sularının təhlükəsiz şəkildə ötürülməsi, eləcə də gələcəkdə mümkün yuyulma və dağılma hallarının qarşısının alınması məqsədilə müasir mühəndis həlləri və qabaqlayıcı tədbirlər tətbiq olunur.
Dağlıq relyefə malik ərazidə həyata keçirilən layihə yolun istismar etibarlılığının yüksəldilməsinə, nəqliyyat əlaqələrinin fasiləsizliyinə, yerli sakinlərin və bölgəyə səfər edən turistlərin rahat və təhlükəsiz hərəkətinin təmin edilməsinə xidmət edir.
Qeyd edək ki, leysan və selin fəsadlarının aradan qaldırılması istiqamətində görülən işlər Azərbaycan Prezidentinin müvafiq Sərəncamına əsasən həyata keçirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:184
Bu xəbər 16 Oktyabr 2026 19:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















