Icma.az
close
up
RU
Qusar xətəxanası ətrafında problem bitmir Bu dəfə də xəzinadar cəzalandırıldı

Qusar xətəxanası ətrafında problem bitmir Bu dəfə də xəzinadar cəzalandırıldı

Icma.az, Pravda.az portalına istinadən məlumatı açıqlayır.

"Qusar Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin ətrafındakı cinayət qalmaqalları bitmir.

Xəstəxananın xəzinədarı 20 minlik mənimsəməyə görə məsuliyyətə cəlb edilib. Onun barəsində mənimsəmə ittihamı ilə cinayət işi açılıb.

İstintaq zamanı məlum olub ki, xəzinadar kassaya mədaxil etməli olduğu 20 min manatı şəxsi ehtiyaclarına xərcləyib.

Onun sözlərindən aydın olub ki, xəstəxanada yoxlamalar vaxtı-vaxtında aparılmadığı üçün onun kassadakı kəsirlərindən xəbər tutulmayıb.

Məlum olub ki, onun da cinayət əməli xəstəxanının sabiq direktoru, hazırda həbsdə olan Mübariz Zeynalovun dövrünə təsadüf edir. Mübariz Zeynalov da külli miqdarda dövlət əmlakını mənimsəməkdə ittiham olunaraq həbs edilib. 7 il həbs cəzası alan Mübariz Zeynalov daha əvvəl də bir cinayət işində zərərçəkmiş kimi tanınmışdı. O, baş həkim olmaq üçün 130 min pul verərkən aldadılmışdı.

Xəstəxana ətrafındakı qalmaqal və qanun pozuntuları bununla da bitməyib. Dəfələrlə direktoru dəyişsə də problemləri tükənmək bilmir.

Qusar Rayon Mərkəzi Xəstəxanasına son olaraq Kamil Hacıyev direktor təyin edilib. Onun gəlişindən sonra da xəstəxananın adı problemdən kənarda qalmayıb. Bu dəfə də əmək müqaviləsi qüvvəyə minmədən işçi işlətdiyi üçün həm hüquqi şəxs olaraq xəstəxana, həm də direktor ümumilikdə 23 min manat cərimələnib.

Oxu.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:50
embedMənbə:https://pravda.az
archiveBu xəbər 19 May 2025 10:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gəncədə faciəli şəkildə ölən Elgünlə bağlı VİDEO

17 May 2025 15:15see396

Elgün öldürülüb, yoxsa intihar edib? Ekstrasens

18 May 2025 13:59see341

Elçin Quliyev general mayoru vəzifəsindən azad etdi FOTO

17 May 2025 18:47see252

Ədliyyə Nazirliyinin idarə rəisi sərxoş vəziyyətdə saxlanıldı

17 May 2025 20:26see186

Makron növbəti dəfə qeyri adi vəziyyətə düşdü Video

18 May 2025 01:29see135

Tut yığmaq üçün ağaca çıxan kişi yıxılaraq öldü

18 May 2025 21:32see132

Neftçi Səbail ə, Qarabağ Kəpəz ə qarşı

18 May 2025 08:01see129

Türkiyə və İran XİN rəhbərləri nüvə danışıqlarını müzakirə etdilər

18 May 2025 01:34see123

ABŞ da Alzheymer xəstəliyinin diaqnozu ilə bağlı yeni testə icazə verilib

18 May 2025 03:08see123

Misir aeroportunda bədbəxt hadisə: Reklam lövhəsi sərnişinlərin üzərinə aşdı

18 May 2025 17:49see118

Nəsillərarasındakı fərq nədir?

17 May 2025 17:36see118

İrəvan və Bakı arasında sülh müqaviləsi... Arakçı

17 May 2025 17:13see117

Media: Fransa Çex Respublikasında AES tikintisinə mane olur

18 May 2025 02:35see116

Ciorcia Meloni Aİ nin ekologiya siyasətini tənqid edib

18 May 2025 04:00see116

Mərkəzi Avropa ölkələrində uşaqlar arasında zəhərlənmə halları artır

18 May 2025 01:04see115

Azərbaycanlı futbolçu Almaniyada mövsümü 14 qolla başa vurub

19 May 2025 02:58see115

Xudafərin körpüsündə qazıntı aparan şəxsin meyiti tapıldı

18 May 2025 17:52see114

Kannda qanlı hadisə: Palma ağacı festivalın qonağını xəstəxanalıq etdi

18 May 2025 07:21see111

Messi tarixin ən yaxşı oyunçusu seçildi

18 May 2025 17:38see111

Avtomobilini vurub qaçdılar Video

17 May 2025 14:46see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri