Icma.az
close
up
RU
Şamaxıda səhiyyə işçiləri arasında qaçışla bağlı yarış Fotolar

Şamaxıda səhiyyə işçiləri arasında qaçışla bağlı yarış Fotolar

Icma.az, Qafqazinfo portalına istinadən məlumat yayır.

Mayın 18-i Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Azərbaycan Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşəbbüsü, təşkilatçılığı və eyni zamanda Azərbaycan Atletika Federasiyası (AAF) və “Zəfər” Qaçış Klubunun dəstəyi ilə Şamaxı rayonunda səhiyyə işçiləri arasında “Sağlamlığa doğru qaç!” adlı qaçış layihəsinin növbəti mərhələ yarışı keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbir Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyularaq onun əziz xatirəsinin dərin ehtiramla yad edilməsi ilə başlayıb.

Öncə Dövlət Himni səsləndirilib və Vətənimizin azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.

17 İyun – Tibb işçilərinin Peşə bayramına həsr edilən layihənin əsas məqsədi tibb işçilərinin fiziki sağlamlığının təşviqi, onların asudə vaxtlarının səmərəli təşkili, həmkarlar arasında həmrəyliyin möhkəmləndirilməsi və yeni dostluqların qurulması olub.

Yarışda Şamaxı, İsmayıllı, Ağsu, Qobustan, Qəbələ, Şəki, Balakən, Zaqatala, Oğuz və Qax rayonlarının Səhiyyə İşçiləri Həmkarlar İttifaqı (SİHİ) şura üzvləri və  Şəki Tibb Kollecinin tələbələri olmaqla ümumilikdə 140 nəfər iştirak edib. Yarışın yekununda qadın və kişi iştirakçılar arasında ilk üçlükdə yer alanlara diplom, medal, hədiyyələr təqdim olunub və qaliblər 8 iyunda Xankəndi şəhərində keçiriləcək final yarışına vəsiqə qazanıblar.

Tədbirin bədii hissəsində “Şamaxı təranələri” qrupu və uşaqlardan ibarət ansablın ifaları səslənib.

Sonda qonaqlara və iştirakçılara çay süfrəsi təqdim edilib.









Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:198
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 19 May 2025 13:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see311

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see276

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see267

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see264

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see257

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see255

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see253

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see238

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see233

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see228

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see222

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see222

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see221

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see219

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see216

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see214

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see209

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see195

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see184

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri