Dünya çempionu Ülvi Məmmədov Avropa Karate Çempionatında medal qazandı FOTO+VİDEO
Unikal.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Azərbaycan karateçisi Ülvi Məmmədov 15-18 may tarixlərində Rumıniyanın Tarqu Mureş şəhərində keçirilmiş 15-ci Avropa Karate Çempionatında gümüş medala layiq görülüb.
"Unikal" xəbər verir ki, Ülvi yarışdan bir müddət öncə ciddi cərrahi əməliyyat keçirib və böyük fədakarlıqla bərpa dövrünü başa vuraraq tatamiyə qayıdıb.
Şəxsi məşqçisi Elnur Alıyev və təcrübəli mütəxəssis Murad Hacızadənin rəhbərliyi ilə çempionata qatılan Ülvi Məmmədov bir-birinin ardınca güclü rəqiblərini məğlub edib. Gənc idmançımız yalnız finalda cüzi fərqlə uduzaraq Avropa ikincisi adını qazanıb.
Qeyd edək ki, Ü.Məmmədov 2022-ci ildə Dünya çempionu, 2023-cü ildə isə Avropa çempionu titulunu qazanıb.
Bu mövzuda digər xəbərlər:Azərbaycanın Avropa çempionu: Dünya çempionatında da qızıl medal qazanmağa çalışacağam
07 İyul 2025 21:28
Azərbaycanlı bilyard ustası Avropa çempionatında medal qazandı FOTO
22 İyul 2025 09:20
Cüdo millimiz Avropa çempionatında 3 medal qazandı FOTO
07 Sentyabr 2025 19:55
Eduard Məmmədov 11ci dəfə Avropa Çempionatında qalib gəlib VİDEO
08 Noyabr 2024 18:06
Baxış sayı:81
Bu xəbər 19 May 2025 13:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















