Qusarçayda sel və daşqınlara qarşı mühafizə tədbirləri görülür
Icma.az bildirir, Sia Az portalına istinadən.
Qusarçayın sahil torpaqlarının sel nəticəsində yuyulmasının qarşısını almaq məqsədilə qabaqlayıcı tədbirlərə başlanılıb.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Qusar Rayon İcra Hakimiyyətindən verilən məlumata görə hazırda ağır texnikaların köməyi ilə sel sularının maneəsiz və təhlükəsiz axması üçün məcra təmizləmə işləri aparılır.
İyunun 26-da rayon icra hakimiyyətinin başçısı Sahir Məmmədxanov əlaqədar qurumların rəhbərləri, mütəxəssislər və ərazidə fəaliyyət göstərən daş karxanalarının sahibləri birlikdə müzakirələr aparıb, yarana biləcək fəsadların qarşısını almaq üçün görülməli işləri müəyyənləşdiriblər.
Bildirilib ki, son günlər isti havalar səbəbindən dağlarda qarın sürətlə əriməsi, həmçinin mütəmadi yağışlar nəticəsində Qusarçayda sel suların səviyyəsi artıb. Bir çox hallarda texnikaların gördüyü işin əhəmiyyəti azalır, sel suları yenidən istiqamətini dəyişərək sahil torpaqları yuyur. Bu səbəbdən çayın bir sıra ərazilərində suyun istiqamətinin dəyişdirilməsi üçün əsaslı tədbirlər görülməlidir.
Qusar Su Meliorasiya Sistemlərinin İstismarı idarəsinin rəisi Məzahir Əzizov yerli sahibkarların dəstəyi ilə görüləcək işlər barədə məlumat verib. Gələcəkdə selin dağıtdığı suistiqamətləndirici qurğunun da bərpa ediləcəyini bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:137
Bu xəbər 26 İyun 2026 18:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















