Icma.az
close
up
RU
Qusarda ağsaqqalların illik hesabatı dinlənildi FOTO

Qusarda ağsaqqalların illik hesabatı dinlənildi FOTO

Icma.az bildirir, Bizim media saytına əsaslanaraq.

İyulun 6-da Qusar Rayon Ağsaqqallar Şurasının növbəti illik hesabat yığıncağı keçirilib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, yığıncaqda Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Tahir Süleymanov, Qusar Rayon İcra Hakimiyyəti başçısının müavini, Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Ceyhun Hacıyev, Rayon Ağsaqqallar Şurasının sədri və üzvləri iştirak ediblər.
Tədbirdən əvvəl iştirakçılar Ulu Öndər Heydər Əliyevin Qusar şəhərindəki abidəsini ziyarət edərək, abidə önünə gül dəstələri düzüb, xalqımızın Ümummilli Liderinin əziz xatirəsini ehtiramla yad ediblər.
 

Yığıncağı giriş sözü ilə açan Ceyhun Hacıyev rayonun ictimai-siyasi həyatında Ağsaqqallar Şurasının oynadığı mühüm rolu qeyd edib, Şuranın üzvlərinin dövlətçiliyin möhkəmləndirilməsi və milli-mənəvi dəyərlərin qorunması istiqamətində apardıqları işləri yüksək qiymətləndirib.


Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Tahir Süleymanov çıxışında ölkəmizin davamlı inkişafında ağsaqqalların məsuliyyətindən danışıb. O, müasir dövrdə ailə institutunun qorunması, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi, milli-mənəvi dəyərlərin təbliği sahəsində ağsaqqalların üzərinə düşən vəzifələrin daha da artdığını vurğulayıb.
Daha sonra Rayon Ağsaqqallar Şurasının sədri Sənan Xəlilov hesabat məruzəsi ilə çıxış edərək, hesabat dövrü ərzində Şura tərəfindən görülən işlər, həyata keçirilən tədbirlər və qarşıda duran prioritet vəzifələr barədə ətraflı məlumat verib.
 

Bildirilib ki, Şura üzvləri rayonun ictimai həyatında fəal iştirak edərək, gənclərlə işin aparılması və dövlət siyasətinin təbliğində mühüm xidmətlər göstəriblər. Sənan Xəlilov dövlət tərəfindən ağsaqqallara göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib.


Yığıncaq iştirakçıları çıxışlarında bəzi mövcud problemləri diqqətə çatdırıblar, bundan sonra da dövlətimizin siyasətini dəstəkləyəcəklərini və Cənab Prezidentin ətrafında sıx birləşdiklərini qeyd ediblər.
Hesabat ətrafında aparılan müzakirələrdə Şuranın fəaliyyətinin daha da gücləndirilməsi, ictimai təşəbbüslərin artırılması və gənclərlə işin sistemli təşkili ilə bağlı bir sıra təkliflər səsləndirilib.





Aytəkin Alxaslı, Şimal Bürosu, Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:159
embedMənbə:https://bizim.media
archiveBu xəbər 06 İyul 2026 18:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see653

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see324

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see313

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see306

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see303

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see301

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see286

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see274

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see269

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see260

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see251

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see245

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see237

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see237

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see237

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see234

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see233

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see231

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see229

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see219
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri