Icma.az
close
up
RU
Qusarda Diananı öldürən kənd mollası imiş Dəhşətli qətlin təfərrüatı KONKRET

Qusarda Diananı öldürən kənd mollası imiş Dəhşətli qətlin təfərrüatı KONKRET

Konkret.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Qusar rayonunun Hil kəndində 32 yaşlı keçmiş həyat yoldaşı Diana Təyibovanı xüsusi amansızlıqla qətlə yetirən 1990-cı il təvəllüdlü Asif Təyibovun məhkəmə prosesi başa çatıb.

KONKRET.az xitab24-ə istinadən xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində təqsirləndirilən şəxə hökm oxunub.

Cinayət  Məcəlləsinin 120.2.4 və 177.1-ci maddələri ilə təqsirləndirilən A.Təyibov 18 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

İttiham aktına görə, Asif keçmiş arvadı ilə barışıb yenidən bir yerdə yaşamaq üçün aralarındakı məsələləri dəqiqləşdirmək məqsədilə görüşmək barədə razılığa gəliblər. Asif isə Diana ilə görüşə cinayət niyyətini həyata keçirmək üçün hazırlıqlı gedib.

O, fəhlə kimi işlədiyi kənd məktəbindən özü ilə qayçı, evindən yapışqan lent və ip götürüb. Asif  düşüncəsi bu olub ki, Diana onunla barışmasa, qadını öldürsün.

Kənddə yerləşən fərdi evlərin birincə görüşən tərəflər arasında mübahisə yaşanıb. Bu zaman Asif Dianını yumruq zərbəsi ilə yerə sərib. Ardınca qadının əl-qolunu, ağzını və gözünü bağlayan keçmiş ər, qayçı ilə onun boğazına bir neçə zərbə endirib. Diana Təyibova hadisə nəticəsində həyatını itirib. Bundan sonra Asif, cinayət izlərini itirmək məqsədilə qadının çantasına baxış keçirib, ona məxsus pulları və qızıl-zinyət əşyalarını, mobil telefonu mənimsəyib.

Asif daha sonra həmin qiymətli əşyaları işlədiyi məktəbin ayaqyoluna atıb. Həmin gün Dianadan xəbər çıxmadığı üçün ailə üzvləri onun itkin düşməsi ilə bağlı polisə xəbər verib. Polisin ilk işi isə Asifi dindirmək olub. O, dindirilən zaman əməlini etiraf edib.

Qeyd edək ki, cütlüyün rəsmi münasibətindən üç övladı dünyaya gəlib. Asif Təyibov eyni zamanda, kənddə uzun illərdir qeyri-rəsmi formada molla kimi fəaliyyət göstərib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:63
embedMənbə:https://konkret.az
archiveBu xəbər 03 Noyabr 2026 13:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see452

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see290

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see280

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see278

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see265

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see257

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see251

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see250

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see235

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see233

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see221

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see220

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see220

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see218

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see218

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see217

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see211

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see207

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see201

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri