Qusarda iki nəfəri baltalayan şəxsə xüsusi amansızlıqla adam öldürmə maddəsi ilə cinayət işi açılıb YENİLƏNİB
Icma.az bildirir, Sia Az portalına istinadən.
Qusar rayonunda arvadı və qaynını baltalayan şəxsə xüsusi amansızlıqla adam öldürmə maddəsi ilə cinayət işi açılıb. Baş Prokurorluqdan SİA-ya verilən məlumata görə, Vəkil Əlibəyovun rayonun Yuxarı Tahircal kəndində yerləşən fərdi yaşayış evində balta ilə çoxsaylı xəsarətlər yetirərək Şirin Ömərovu xüsusi amansızlıqla qəsdən öldürməsinə, Şəlalə Ömərovaya isə xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Vəkil Əlibəyov rayon prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub.
Hazırda iş üzrə ibtidai istintaq davam etdirilir.

Qəsdən adam öldürmə faktına görə cinayət işi başlanıb
29 Yanvar 2025 15:36
Qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi başlanıb
13 May 2025 15:04
Lənkəranda qəsdən adam öldürmə ilə bağlı cinayət işi açıldı
24 Avqust 2025 12:30
Ehtiyatsızlıqdan adam öldürmə faktı ilə bağlı cinayət işi başlanıb
16 Sentyabr 2025 19:30

