Qusarda narkotikin təsiri altında olan sürücü vəsiqəsiz qaldı + 15 günlük həbs FOTO
Avtosfer saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Qusarda narkotik maddənin təsiri altında olan sürücü müəyyən olunub.
Avtosfer.az-ın məlumatına görə, Qusar Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı “Lada” markalı nəqliyyat vasitəsinin sürücüsü Üzeyir Şirinov yol hərəkəti qaydalarını kobud şəkildə pozduğuna görə saxlanılıb. Müayinə zamanı həmin şəxsin narkotik vasitənin təsiri altında olduğu məlum olub. Məhkəmənin qərarı ilə Ü.Şirinov inzibati qaydada 15 sutka həbs edilib və sürücülük hüququ iki il müddətinə məhdudlaşdırılıb.

Baxış sayı:100
Bu xəbər 23 İyun 2025 18:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















