Icma.az
close
up
RU
Qusarda qadın 12 ci əri tərəfindən baltalandı Ölən var

Qusarda qadın 12 ci əri tərəfindən baltalandı Ölən var

Icma.az, Bakupost portalına istinadən məlumat yayır.


Qusar rayonunda törədilən qətl hadisəsinin təfərrüatları məlum olub.

Bakupost.az xəbər verir ki, oxu.az-ın əldə etdiyi məlumata görə, hadisə avqustun 10-da gecə saat 4 radələrində Yuxarı Tahircal kəndində qeydə alınıb. Rayonun Gican kənd sakini, 1958-ci il təvəllüdlü Vəkil Əlibəyov bir il əvvəl 1977-ci il təvəllüdlü Şəlalə Ömərova ilə tanış olub və onunla sevgi münasibətləri yaşayıb. Bir müddətdən sonra V.Əlibəyov Ş.Ömərovanı götürüb qaçıb və yaşadığı Gican kəndində birgə yaşayıb. Təxminən bir aydan sonra isə Ş.Ömərova Yuxarı Tahircal kəndinə qayıdıb və o, qardaşının evində məskunlaşıb. V.Əlibəyov isə mütəmadi olaraq Yuxarı Tahircal kəndinə gələrək, Ş.Ömərova ilə yaşayırmış.

Məlumata görə, son günlər cütlük arasında mübahisələr yaşanırmış. Hadisədən bir gün əvvəl də V.Əlibəyovla Ş.Ömərova arasında mübahisə baş verib. Elə həmin gün gecə saatlarında V.Əlibəyov evdən götürdüyü balta ilə Ş.Ömərovaya yatdığı yerdə zərbələr endirib. Səsə yuxudan oyanan Ş.Ömərovanın qardaşı Şirin Ömərov ona mane olmaq istəsə də, alınmayıb. V.Əlibəyov qadının qardaşını da balta ilə qətlə yetirib.

Məlumatda bildirilir ki, Ş.Ömərova fiziki qüsurlu olub və o, V.Əlibəyovdan əvvəl 11 dəfə ərdə olub. İlk həyat yoldaşından üç övladı olan Ş.Ömərovanın digər ərlərindən övladı olmayıb. V.Əlibəyov isə onun qeyri-rəsmi yaşadığı 12-ci əri olub.

***

Avqustun 10-u saat 6 radələrində Qusar rayonu ərazisində Şirin Ömərovun öldürülməsi və Şəlalə Ömərovaya xəsarət yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bakupost.az xəbər verir ki, araşdırmalarla Vəkil Əlibəyovun rayonun Yuxarı Tahircal kəndində yerləşən fərdi yaşayış evində balta ilə çoxsaylı xəsarətlər yetirərək Şirin Ömərovu xüsusi amansızlıqla qəsdən öldürməsinə, Şəlalə Ömərovaya isə xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Vəkil Əlibəyov rayon prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub.

Hazırda iş üzrə ibtidai istintaq davam etdirilir.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:210
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 11 Avqust 2025 15:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see290

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see270

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see267

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see263

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see253

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see244

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see244

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see235

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see235

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see232

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see219

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see218

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see213

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see211

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see208

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see204

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see202

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see199

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see198

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri