Qusarda Respublika Şahmat Olimpiadasına start verilib FOTO
Idman.biz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Qusar rayonunda 16 yaşadək yeniyetmələr arasında Respublika Şahmat Olimpiadasına start verilib.
İdman.Biz xəbər verir ki, mərasimində çıxış edən Qusar rayon icra hakimiyyətinin başçısı Sahir Məmmədxanov doqquz gün ərzində Qusarda idman bayramı olacağını bildirib.
Azərbaycan Şahmat Federasiyasının birinci vitse-prezidenti Faiq Həsənov dünya şöhrətli şahmatçıların da kütləvi yarışlardan başlayaraq təcrübə topladıqlarını və böyük ustad kimi yetişdiklərini vurğulayıb. O, olimpiadanın gənc şahmatçıların yaddaşında unudulmaz iz qoyacağına əminliyini ifadə edib.
Yarışın baş hakimi Azər İbrahimov olimpiadanın keçirilmə qaydaları barədə məlumat verib. Avqustun 11-dək davam edəcək yarış A və B qrupları üzrə 11 turdan ibarət olacaq.
A qrupunda 2010-2015-ci il təvəllüdlü şahmatçılar, B qrupunda isə 2016-cı il təvəllüdlü və daha kiçik iştirakçılar mübarizə aparacaqlar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:167
Bu xəbər 04 Avqust 2026 13:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















