Qusarda rüşvət almaqda şübhəli bilinən meşə gözətçisi həbs olundu
Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Qusar, 31 oktyabr, Elxan Yusifli, AZƏRTAC
Qusar Rayon Prokurorluğunda Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 5 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin Hil meşəbəyliyinin meşə gözətçisi vəzifəsində işləmiş Abuyev Zahid Abuzahir oğlu barəsində cinayət işi başlanılıb.
Bu barədə AZƏRTAC-ın bölgə müxbiri xəbər verir. İlkin istintaqla müəyyən edilib ki, Zahid Abuyev Qusar rayonunun Kirig, Cibir və Ləcət kəndlərinin ərazisində vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, vəzifə mövqeyindən qanunsuz şəkildə istifadə etməklə sakinlərdən müxtəlif məbləğlərdə rüşvət alıb. Z.Abuyev vəzifə borclarının icrası ilə bağlı qanunsuz üstünlüklər əldə etməyə çalışıb və təkrarən rüşvət almaqda şübhəli bilinir.
Qusar Rayon Prokurorluğunda aparılan istintaq zamanı müəyyən olunub ki, Zahid Abuyev xidməti mövqeyindən sui-istifadə edərək təbiət abidələrinin, meşə sahələrinin və digər qorunan ərazilərin mühafizəsi üzrə vəzifə səlahiyyətlərini kobud şəkildə pozub.
Faktla bağlı Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 309.1 (vəzifə səlahiyyətlərini aşma), 311.3.2 və 311.3.4-cü (təkrar rüşvət alma) maddələri ilə cinayət işi başlanılıb.
Zahid Abuyev oktyabrın 30-da şübhəli şəxs qismində saxlanılıb və bu gün məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 31 Oktyabr 2025 16:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















