Icma.az
close
up
RU
Qusardakı palçıq axını TƏBİƏTİN XƏBƏRDARLIĞIDIR? Elmi izah

Qusardakı palçıq axını TƏBİƏTİN XƏBƏRDARLIĞIDIR? Elmi izah

Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bu həftə Qusar rayonunun Ləzə kəndinə gələn palçıq axını narahatlığa səbəb olub. Hadisə ilə bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.

Bəs görəsən, belə güclü palçıq axınına nə səbəb olub?

View this post on Instagram

A post shared by Oxu.Az (@oxuaz)

Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun şöbə müdiri, ekoloq Ənvər Əliyev mövzu ilə bağlı Oxu.Az-a danışıb.

O bildirib ki, palçıq axınları torpaq və süxurların suya doyaraq dayanıqlığını itirməsi nəticəsində yaranır:

"Əsasən, güclü yağıntılar, qarın sürətlə əriməsi və ya yeraltı suların səviyyəsinin qalxması bu prosesi sürətləndirir. Qrunt suları torpağı yumşaldaraq onu maye halına gətirir və yığılıb qalmış torpaq kütlələri sürüşərək durulaşmış şəkildə axmağa başlayır.

Əvvəlcə torpağın üst qatı zəifləyir, yamaclarda kiçik parçalanmalar başlayır. Daha sonra bu parçalanmalar birləşərək əvvəlcə zəif, sonra isə güclənən axıntılar əmələ gətirir. Torpağı saxlayan dayanıqlı sistem olmadıqda sürüşmə kütləsi sürətlə aşağıya doğru hərəkət edir.

Xüsusilə dağlıq ərazilərdə bu proses daha çox müşahidə olunur. Çünki orada dərələr, xırda axarlar və dərəvari çaylar palçıq axınlarına meyillidir. Lakin yalnız dağlarda deyil, yamaclı düzənliklərdə, yarımsəhra zonalarında və geoloji cəhətdən qeyri-sabit ərazilərdə də bu hadisələr baş verə bilər".

Ekspert əlavə edib ki, palçıq axınlarının yaranmasında antropogen amillər də mühüm rol oynayır:

"Meşələrin qırılması, torpaqların həddindən artıq becərilməsi, yol və tikinti işləri yamacların dayanıqlığını zəiflədir və prosesi sürətləndirir.

View this post on Instagram

A post shared by Oxu.Az (@oxuaz)

Zəlzələlər də yamaclarda torpaq kütlələrinin hərəkətə gəlməsinə səbəb ola bilər.

Nəticə etibarilə, palçıq axınları təbiətin adi geoloji hadisəsi olsa da, insanların məskunlaşdığı yerlərə yaxın olduqda ciddi təhlükə yaradır. Yolların, körpülərin, elektrik xətlərinin və kənd təsərrüfatı sahələrinin zədələnməsi, həmçinin insan həyatı üçün risklər mövcuddur. Buna görə də belə ərazilərdə monitorinq aparılması, qoruyucu qurğuların tikilməsi və təhlükəsizlik tədbirlərinin görülməsi vacibdir".

Məhərrəm Əliyev

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:122
embedMənbə:https://oxu.az
archiveBu xəbər 26 Sentyabr 2025 11:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see481

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see374

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see365

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see361

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see337

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see332

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see289

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see272

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see267

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see254

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see245

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see242

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see240

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see237

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see229

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see225

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see220

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see213

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see205

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri