Icma.az
close
up
RU
Qusma, başgicəllənmə, zəhərlənmə Çimərliklərin görünməyən tərəfi XƏBƏRDARLIQ!

Qusma, başgicəllənmə, zəhərlənmə Çimərliklərin görünməyən tərəfi XƏBƏRDARLIQ!

Yenisabah saytından alınan məlumata görə, Icma.az bildirir.

Yay istisində sahilə axışan insanlar üçün dəniz həm istirahət, həm də sərinlik mənbəyidir. Amma dənizə baş vurarkən bəzən gözlənilməz hallar yaşanır. Məsələn, çimərkən dəniz suyunu udmaq bir çoxumuzun başına gəlib. Bəs bu "kiçik təsadüf" əslində sağlamlıq üçün ciddi risk daşıya bilərmi?

Allerqoloq Şahvələd Məmmədov “Yeni Sabah”a açıqlamasında məsələyə belə aydınlıq gətirib:

“Çimərlik mövsümünün ortasında havaların kəskin şəkildə isti keçməsi paytaxt sakinlərini və bölgələrdə yaşayanları kütləvi şəkildə dəniz kənarına yönəldib. İnsanlar istidən qorunmaq, istirahət etmək və sərinləmək üçün çimərliklərə axın edirlər. Lakin görünən odur ki, çimərliklərdə təhlükəsizlik yalnız boğulma riski ilə məhdudlaşmır. Bu məkanlarda sağlamlıq baxımından ciddi problemlər də ortaya çıxır. pizza hut

Əvvəla qeyd edilməlidir ki, bəzi çimərliklərin suyu çirklidir və bu sular özündə müxtəlif mikroorqanizmləri, bakteriya və virusları ehtiva edir. Bu səbəbdən də Səhiyyə Nazirliyi və digər aidiyyəti qurumlar tərəfindən çimmək üçün yararsız sayılan ərazilər müəyyən olunaraq ictimaiyyətə açıqlanıb. Lakin vətəndaşların bir qismi xəbərdarlıqlara baxmayaraq, bu qadağan olunmuş zonalarda dənizə girirlər. Bu isə sağlamlıq üçün böyük risklər yaradır.

Çimməyə icazə verilmiş, təmiz suya malik çimərliklərdə belə müəyyən təhlükəli hallar yaşana bilir. Günvurma, günəş şüalarına uzun müddət məruz qalma nəticəsində yaranan halsızlıq, başgicəllənmə, ürəkbulanma və hətta huşun itməsi halları ən çox rast gəlinən problemlərdəndir. Eyni zamanda, dənizdə boğulma halları da yay mövsümünün ən faciəvi hadisələrindən biridir.

Bundan başqa, dənizdə ilan sancmaları və ya başqa dəniz canlılarının təması nəticəsində yaranan zəhərlənmələr də müşahidə olunur. Dənizdə çimərkən ayaqaltı ərazini görmədən hərəkət etmək, bəzi zərərli canlılarla təmasda olmaq bu kimi riskləri artırır.

Digər bir diqqət çəkən məsələ isə dəniz suyunun udulmasıdır. Hər nə qədər bu, sadə və təsadüfi bir hal kimi görünsə də, xüsusilə həssas və zəif immunitetli insanlarda ciddi fəsadlara səbəb ola bilər. Dəniz suyunun tərkibində olan mikroblar və duzlu qatışımlar orqanizmdə müxtəlif infeksiyalara yol aça bilər. Belə hallarda insanlarda qusma, diareya, qarın ağrısı, ürəkbulanma kimi simptomlar ortaya çıxa bilər”.

Həkim bildirib ki, əgər bu əlamətlər müşahidə olunarsa, dərhal dənizdən çıxarılmalı, şəxsə bol təmiz su içizdirilməli, zəruri hallarda isə həkimə müraciət edilməlidir:

“Xüsusilə uşaqlar, yaşlılar və xroniki xəstəlikləri olan insanlar bu baxımdan daha həssas qrup sayılır və onların dənizdə uzun müddət qalması tövsiyə olunmur.

Ümumilikdə, dənizdə istirahət zamanı vətəndaşlar sadə görünən, amma həyati əhəmiyyət daşıyan qaydalara əməl etməli, təhlükəsizliyə maksimum diqqət yetirməlidirlər. Sağlam istirahət, məsuliyyətli davranışdan keçir”.

Aytac Əliyeva


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:55
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 21 İyul 2025 14:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see203

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see187

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see167

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see160

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see159

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see157

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see150

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see150

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see146

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see143

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see139

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see138

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see137

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see136

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see132

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see131

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see129

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see128

Xameneidən etiraf: Vəziyyət yaxşı deyil, həqiqətən...

17 Yanvar 2026 19:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri