Icma.az
close
up
RU
Qüsurlu mal satıldığı halda istehlakçının hansı hüquqları var?

Qüsurlu mal satıldığı halda istehlakçının hansı hüquqları var?

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Dövlət Agentliyinin nümayəndəsi “Temu”, “eBay” və “Amazon” kimi saytlardan alınan mallarla bağlı məsələlərə də münasibət bildirib

Bakı, 20 noyabr, AZƏRTAC

Qüsurlu mal satıldığı halda istehlakçıların bir sıra hüquqları var. Bu hüquqlar “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 7-ci maddəsində öz əksini tapıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin İstehlak bazarına nəzarət şöbəsinin müdiri Yusif Tapdıqlı bildirib.

O xatırladıb ki, qanunvericiliyə əsasən, mal bir neçə halda qüsurlu hesab olunur. Bunlara malın müqavilə şərtlərinə uyğun olmaması, qüsurun aradan qaldırılması üçün çoxlu əmək və vaxt tələb edilməsi, qüsurun malın görünüşünü dəyişdirməsi və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxması, istehlakçı tərəfindən aradan qaldırılmasının mümkün olmaması, satıcının mal barədə təqdim etdiyi məlumatda uyğunsuzluq, eləcə də malın təyinatı üzrə istifadəsini mümkünsüz edən hallar daxildir.

Y.Tapdıqlının sözlərinə görə, istehlakçıya qüsurlu mal satıldıqda onun seçimindən asılı olaraq bir neçə hüququ təmin edilməlidir. İstehlakçı malın qiymətinin qüsura uyğun məbləğdə azaldılmasını, müqavilənin ləğv edilməsini və dəymiş zərərin ödənilməsini, qüsurun aradan qaldırılması üçün çəkdiyi xərclərin kompensasiyasını tələb edə bilər.

Bundan başqa, istehlakçı qüsurun satıcı tərəfindən aradan qaldırılmasını, malın lazımi keyfiyyətli eyni model və markalı məhsulla dəyişdirilməsini, yaxud dəyəri yenidən hesablanmaqla başqa malla əvəz olunmasını tələb etmək hüququna malikdir. İstehlakçılar praktikada daha çox malın təmir edilməsini, yenisi ilə dəyişdirilməsini və ya geri qaytarılmasını tələb edirlər. Bununla belə, qanunvericilikdə nəzərdə tutulan hüquqların hansından istifadə etmək istehlakçının seçimindən asılıdır.

Şöbə müdiri xarici onlayn platformalardan, o cümlədən “Temu”, “eBay” və “Amazon” kimi saytlardan alınan qüsurlu mallarla bağlı məsələlərə də münasibət bildirib.

Onun sözlərinə görə, xarici elektron ticarət platformalarından sifariş edilən mallarla bağlı yaranan mübahisələrin həlli beynəlxalq səviyyədə də aktual məsələlərdəndir. İstehlakçılar bu platformalarda qeydiyyatdan keçərkən, adətən istifadə şərtləri ilə tanış olmurlar. Halbuki həmin şərtlərdə mübahisələrin hansı ölkənin hüququ əsasında və hansı məhkəmə və ya arbitraj orqanında həll ediləcəyi göstərilə bilər.

Y.Tapdıqlı bildirib ki, beynəlxalq xüsusi hüquq normalarına əsasən, xarici platformalar vasitəsilə əldə edilən mal və xidmətlərlə bağlı mübahisələrin həlli zamanı tərəflər arasında münasibətləri tənzimləyən hüquq normaları və müqavilə şərtləri nəzərə alınmalıdır. Əgər platformanın istifadə şərtlərində mübahisələrin başqa ölkənin məhkəməsində və ya arbitrajında həll olunması nəzərdə tutulubsa, bu hal istehlakçının hüquqlarını müdafiə etməsini çətinləşdirə bilər.

O, həmçinin qüsurlu malların təmiri müddətinə aydınlıq gətirib. Bildirib ki, qanunvericiliyə əsasən, malın qüsuru 14 gün ərzində aradan qaldırılmalıdır. Bu müddətdə təmirin başa çatdırılması mümkün olmadıqda, məsələn, zəruri ehtiyat hissəsinin xaricdən gətirilməsi tələb olunduqda, sahibkar müddətin uzadılmasını istehlakçı ilə razılaşdırmalıdır.

“Əgər istehlakçı təmir müddətinin uzadılması ilə razılaşırsa, tərəflər arasında razılaşdırılmış müddət ərzində qüsurun aradan qaldırılması mümkündür”, – deyə Y.Tapdıqlı qeyd edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:70
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 Noyabr 2026 11:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see397

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see381

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see314

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see296

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see293

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see284

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see271

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see265

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see264

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see251

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see235

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see234

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see229

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see228

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see227

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see224

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see221

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see215

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see215

“PAŞA Sığorta”nın yeni mobil tətbiqi istifadəyə verilib

18 Noyabr 2026 12:12see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri