Quterreş İrəvana gəlir
Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
BMT-nin Baş katibi Antonio Quterreş BMT-nin Bioloji Müxtəliflik üzrə Konvensiyasının (COP17) 17-ci Tərəflər Konfransında yüksək səviyyəli tədbirlərdə iştirak etmək üçün 15-16 oktyabr tarixlərində İrəvana səfər edəcək.
Bakıvaxtı.az xəbər verir ki, BMT Baş katibinin sözçüsü Stefan Düjarrikin sözlərinə görə, səfəri zamanı o, Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşəcək.
Dünya Liderlərinin Biomüxtəliflik üzrə Zirvə Toplantısı 16 oktyabrda İrəvanda keçiriləcək. Tədbirdə dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri, elm adamları və digər maraqlı tərəflər təbiəti qorumaq və bu sahədə qlobal öhdəliklərin yerinə yetirilməsini sürətləndirmək üçün tədbirləri müzakirə edəcəklər.
Əsas COP17 konfransı 19-30 oktyabr tarixlərində keçirilməsi planlaşdırılır.
Baxış sayı:69
Bu xəbər 13 Oktyabr 2026 23:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















