Icma.az
close
up
RU
“Rabitəbank” ASC və Dövlət Məşğulluq Agentliyi arasında memorandum imzalanıb

“Rabitəbank” ASC və Dövlət Məşğulluq Agentliyi arasında memorandum imzalanıb

Unikal.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi ilə “Rabitəbank” ASC arasında əməkdaşlıq memorandumu imzalanıb.

"Unikal" xəbər verir ki, memorandumun əsas məqsədi işsiz və işaxtaran şəxslərin peşəyönümünün və peşə hazırlığının təşkili, onların işlə təmin olunmasına dəstək göstərilməsi və sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslər üçün əlavə iş yerlərinin yaradılmasıdır.

Sənədin imzalanması mərasimində "Rabitəbank"ın İdarə Heyətinin sədri Aydın Hüseynov çıxış edərək Dövlət Məşğulluq Agentliyinin fəaliyyətini yüksək qiymətləndirib və bankın əmək yarmarkalarında, özünəməşğulluq proqramında, eləcə də digər sosial layihələrdə aktiv iştirakını vurğulayıb. Sədr  bildirib ki, imzalanan memorandum dövlət və özəl sektor arasında tərəfdaşlığın inkişafına mühüm töhfə verəcək.

Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Sadiq Əliyev isə çıxışında işsiz və işaxtaran şəxslərin məşğulluğunun təmin olunmasında işəgötürənlərlə əməkdaşlığın əhəmiyyətini qeyd edib və "Rabitəbank"ın Agentliyin fəal sosial tərəfdaşlarından biri olduğunu vurğulayıb.

Memorandum çərçivəsində həmçinin innovativ layihələrin, sosial təşviqedici tədbir və forumların təşkili planlaşdırılır. Bu əməkdaşlıq həm işsiz şəxslərin peşə hazırlığının keyfiyyətinin artırılmasına, həm də işəgötürənlərə işçi qüvvəsinin təminatına yönəlib.

Qeyd edək ki, "Rabitəbank" ilə Dövlət Məşğulluq Agentliyi arasında imzalanan bu memorandum, maliyyə sektoru ilə məşğulluq orqanı arasında reallaşan ilk əməkdaşlıqdır. Bu sənəd həm peşəkar innovasiya körpüsünü yaradaraq, həm də əmək bazarında yeni üfüqlər açaraq ölkəmizdə əməkdaşlığın yeni çağının başlanğıcı kimi yadda qalacaq.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://unikal.az
archiveBu xəbər 18 İyul 2025 16:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see361

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see264

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see250

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see238

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see231

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see228

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see224

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see222

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see216

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see214

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see200

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see190

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see189

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see189

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see187

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see184

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see183

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see172

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see172

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri