Icma.az
close
up
RU
Rabitəbank POS terminal şəbəkəsində UnionPay kartlarının qəbuluna başladı

Rabitəbank POS terminal şəbəkəsində UnionPay kartlarının qəbuluna başladı

Icma.az, Banco.az saytına istinadən bildirir.

Rabitəbank beynəlxalq ödəniş sisteminin genişləndirilməsi istiqamətində növbəti mühüm yeniliyə imza atıb. Bank UnionPay International ilə əməkdaşlıq çərçivəsində POS-terminal ekvayrinq şəbəkəsində UnionPay kartlarının qəbuluna başlayıb. Bununla da, artıq UnionPay kart sahibləri Rabitəbankın ölkə üzrə geniş POS-terminal şəbəkəsində alış-veriş və xidmət ödənişlərini rahat, sürətli və təhlükəsiz şəkildə ödəyə biləcəklər.

Yeni əməkdaşlıq Azərbaycanda beynəlxalq ödəniş infrastrukturunun inkişafına mühüm töhfə verməklə yanaşı, ölkəyə səfər edən milyonlarla xarici vətəndaş üçün ödəniş təcrübəsini daha rahat və əlçatan edir. Eyni zamanda, Rabitəbankın POS-terminal şəbəkəsinə qoşulmuş sahibkarlar heç bir əlavə texniki inteqrasiya tələb olunmadan dünyanın ən geniş kart şəbəkələrindən birinin istifadəçilərinə xidmət göstərmək imkanı qazanırlar.

Rabitəbank müasir ödəniş texnologiyalarının tətbiqi və beynəlxalq tərəfdaşlıq əlaqələrinin genişləndirilməsi strategiyasını ardıcıl şəkildə davam etdirir. UnionPay ilə əməkdaşlıq Bankın innovativ ödəniş həllərinin inkişafı, müştəri təcrübəsinin daha da yaxşılaşdırılması və yerli bizneslərin qlobal ödəniş ekosisteminə inteqrasiyasının gücləndirilməsi istiqamətində atdığı mühüm addımlardan biridir.

2012-ci ildə təsis edilmiş UnionPay International, UnionPay-in qlobal fəaliyyətinin inkişafı və dəstəklənməsi istiqamətində fəaliyyət göstərir. Hazırda UnionPay kartları dünyanın 183 ölkə və regionunda qəbul edilir və dünyanın ən böyük kart istifadəçi bazasına transsərhəd ödəniş xidmətləri təqdim edir. Regionda UnionPay xidmətlərinə artan tələbi nəzərə alan Rabitəbank gələcəkdə də UnionPay ilə əməkdaşlığını daha da genişləndirməyi hədəfləyir.

Məlumat üçün bildirək ki, “Rabitəbank” ASC 1993-cü ildən etibarən fəaliyyət göstərir və “Rahat bankçılıq” konsepsiyası əsasında müştərilərinə müasir və əlçatan maliyyə xidmətləri təqdim edir. Bankın nizamnamə kapitalı 101,3 milyon manatdır. Ölkə üzrə geniş filial şəbəkəsi, rəqəmsal bankçılıq həlləri və peşəkar komandası ilə Rabitəbank müştərilərinə dəyər yaradan xidmətlər təqdim etməyə davam edir. Bankın əsas səhmdarları “Azərbaycan Banklar Assosiasiyası”nın prezidenti Nuriyev Zakir Əlibala oğlu və iş adamı, sahibkar Əliyev Rauf Zeynal oğludur.

Hal-hazırda “Rabitəbank” ASC 19 region və Bakı şəhəri üzrə ümumilikdə 31 xidmət məntəqəsi, 78 ATM-i, “Rabita Mobile”, “Rabita Junior” və “Rabita Business” tətbiqləri, İnternet Bankçılıq platforması və 133 nömrəli Çağrı Mərkəzi ilə öz müştərilərinə ən müasir standartlar səviyyəsində geniş spektrli bank xidmətləri təqdim edir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:172
embedMənbə:https://banco.az
archiveBu xəbər 03 Avqust 2026 12:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri