Icma.az
close
up
RU
Radburxun fikir labirinti və ya doğru ilə yanlış arasında fəlsəfi gəzişmələr

Radburxun fikir labirinti və ya doğru ilə yanlış arasında fəlsəfi gəzişmələr

Icma.az, Bizimyol portalına istinadən məlumat verir.

"Hüququn fəlsəfəsi"ni ilk dəfə Hegeldən oxumuşdum. Bir də Qustav Radbruxdan oxudum. İki ayrı əsərdir. İkisinin adı eynidir: "Hüququn fəlsəfəsi". Amma hərəsi öz tədqiqat obyektinə bir tərəfdən yanaşlb. Hər kəsin öz elmi "həqiqəti" var, öz elmi "yanlışı" var.

Elə Radbrux da bunu deyir: elm təkcə doğruları ilə deyil, yanlışları ilə də qiymətlidir. Çünki elmin doğru bildiyi nə varsa, yanlışlardan keçib gəlib. Bir şərtlə: bu yanlış doğruya aparan bir yanlış olsun. Məsələn, Everet və Penrouz bir zaman Borun və Heizenberqin "Kopenhagen interpretasiyası" ilə mübahisə etmişdilər. Penrouzun nəzərində Nils Bor və Verner Heyzenberq də, Everet də səhv edirdilər. Amma bu səhvlər elmi doğruya tərəf aparan səhvlər idi. Buna mən şərti olaraq "şaquli interpretasiya" deyəcəm. Bir-birindən doğaraq kəşflər şaquli elmi xətt yaradır.

Bir də var üfüqi interpretasiya. Məsələn, istorizm hər şeyə keçmişdən baxırdı, evolyusionizm isə inkişafdan, yəni gələcəkdən. Amma, baxın: bəzi hindu qəbilələləri üçün nə keçmiş var, nə gələcək. Sadəcə, İNDİ var. Bizim nəzərimizdə o hindular səhv edir, onların nəzərində biz. Amma nə bizim səhvimiz onlara mane olur, nə də onların səhvi bizə zərər verir. Hopilər tutaq ki, dünyanı bütöv qavrayır. Biz fraqmentar olaraq, hissələrlə. Biz dənizdə dalğanı görürük, "dəniz daığalanır" deyirik. Onlarsa dənizi bütöv görür, "dəniz həyəcanlanır" deyirlər. Hər kəsin öz doğrusu var. Amma heç biri yanlış deyil. Bu da üfüqi interpretasiyadır.

Baxın, Dünyanın bu üzündə Homer yazıb yaradırdı, o biri üzündə Konfutsi vardı. Bir-birindən xəbərsiz hər ikisi yeni dünya yaradırdı. Fikir dünyası. Paralel dünyadır fikir dünyası. Yanında sözdən düzəldilmiş dünya. Bir də səsdən düzəldilmiş dünya var. Rəngdən düzəldilmiş dünya var. Biz eyni vaxtda bir neçə Planetdə yaşayırıq. Rəssamın cismi Yer kürəsində gəzir, ruhu rəng dünyasında. Şair də cismən Yer üzündə yaşayır, amma ruhən söz aləmində. Filosof da bu dünyada yaşayır; torpaq üzərində. Eyni zamanda fikir dünyasının sakinidir.

Mən zamanında bir rəssam haqqında yazmışdım. Əmisi həmin o sənətkara belə deyibmiş: "Rəssam olub, belə kasıb yaşamaqdansa, rəngsaz olaydın, pula pul deməzdin".

Yəni eyni qanı daşıyan iki adam rəngə iki fərqli nöqtədən baxır. Biri ruhun ehtiyacından baxır, biri pul marağından.

Bunun hansı yanlışdır?

Yox, heç biri yanlış deyil. Hər ikisi doğrudur. Çünki bu dünyada rəssam da lazımdır, rəngsaz da. Biri rənglərin İlahi kombinasiyasına açıqdır, amma o birisinin qavrayış sensoru elə həmin rənglərin vizual effektinə həssasdır. Rəssamın məhsuluna az tələbat var, nəinki rəngsazın. Amma rəngsazın yaratdığı əmtəənin gətirdiyi gəlirdən rəssamın məhsulunu almaq olar. Çünki rəssam az işləyib, qiymətli bir şey yaradacaq, rəngsazın isə işi, sifarişi çoxdur. Rəssam bir yerdə rəngsaza həsəd aparır, rəngsaz da rəssama. Birinin rəssam olmağı lazımmış, birinin rəngsaz olmağı. Hərəsinin öz təyinatı var. Hərənin bu dünyada öz missiyası, öz hücrəsi var.

Hərənin öz hücrəsi demişkən. Bəzi adamlar talantlı insanlardan qorxur. Düşünür ki, bu talantlı insan gəlib onun yerini tutacaq, məqamını, mövqeyini əlindən alacaq.

Əlbəttə, doğrudan da, adil şərtlərdə elə də olacaq. Ancaq bu, kiminsə gəlib, kimisə cəmiyyətdəki yerindən etməsi deyil. Bu dünyada hərə öz yerini tutur, başqasının deyil. Bu da qanunauyğunluqdur, elə deyilmi?! Haqqı olana o haqqı verəcəksən. Yaxud o, öz haqqını səndən alacaq.

Doğru və yanlış, qanun, haqq anlayışlarına bir də başqa yöndən baxaq.

Təbiətdə də qatillər var, cəmiyyətdə də. Heyvan heyvanı, heyvan insanı öldürəndə bu, cinayət sayılmır, amma insan heyvanı, insan insanı öldürəndə cinayət sayılır. Təbiətdə heyvanlar arasında ədalət sayılan bir şey, cəmiyyətdə qəbahətdir. Hətta cinayətdir. Bir hündür ağacın kölgəsində qalıb boy atmayan başqa ağac ondan şikayət edir? Yox. Cəmiyyətdə isə başqasının üzərinə "kölgə salmaq" qınanılan hərəkətdir.

Bu suaı fikir adamlarını əsrlər boyu çox düşündürüb: bu qədər mükəmməl yaradılış - insan niyə bu qədər qüsur işləyir? Biz ki cəmiyyətik, qüsurun təbii, qanunauyğunluq sayıldığı deyilik axı.

Deməli, təkcə doğrularımızla deyil, həm də yanlışlarımızla insanıq.

Yenidən Qustav Radbruxa - "Hüququn fəlsəfəsi"nə qayıdıram. Burada bir fikir məni ayrıca özünə çəkdi: Radbrux hüquqa mədəniyyətin elementi kimi baxır. O yazır: "Hüquq - mədəniyyətin elementidir, yəni dəyərlər kateqoriyasına aid faktdır". Cəmiyyətdə hüququ mədəniyyət faktı kimi görən insanlar azdır. Radbruxla bu mənada tam razıyam. Şəxsən mənə görə, mədəni o insandır ki, qanuna mədəniyyət hadisəsi kimi baxır. Başqasının doğru, mənim şəxsən yanlış saydığım əsas yanaşmalardan biri insanların haqqını yeyənlərin -korrupsionerlərin, sadəcə, yüksək vəzifə tutduqları üçün elitaya aid edilməsidir. Məsələn, mədəni insan rüşvət alarmı?! Alırsa, artıq bu adamın daxili Konstitusiyası sorğulanacaq. Bu cür əməllərə ona görə yol verilməməlidir ki, bunlar rəsmi - yazılı qanunlarla qadağan olunub. Yox, ilk növbədə insanın daxili dəyərlərini buna imkan verməməsi lazımdır.

Bəli, əvvəldə də dediyim kimi, insan təkcə doğruları ilə deyil, həm də yanlışları ilə insandır. Ancaq bu yanlışların özü də insan cəmiyyətinin irəli hərəkətinə kömək edə bilər. Biz elmdən misal gətirdik. Ancaq həyatdan da örnəklər göstərmək olar. Eləcə də, təhsildən. Aralıq imtahanında suallara verilmiş yanlış cavablar növbəti imtahanda uğurun açarıdır. Dediyim kimi, yanlışımızı görməsək, doğrunu fərq edə bilmərik. Bir alpinistin ən hündür zirvəyə çatması da onun atdığı yanlış addımlardan keçir. Bu alpinistin bir də sığortalayıcı kəmərləri var; hər yanlış cəhdində onu yıxılıb həlak olmaqdan, yaralanmaqdan qoruyur. Yoxsa heç kim alpinist olmazdı ki. Cəmiyyət olaraq doğru hədəfə, məqsədə doğru atdığımız yanlış addımlardan sonra hər kəsin doğru anlaşılmaq haqqı da var. Çox ağır günahlar istisna olmaqla, hər kəsin bağışlanmaq hüququ da, təbii ki, olub, olacaq.

Bahəddin Həzi, bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 25 İyul 2025 16:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu həftə saatlar qış vaxtına qurulacaq

24 Oktyabr 2025 16:17see277

Türkiyə Universitetləri — Dünyada Tanınan Müasir Təhsil 2025

24 Oktyabr 2025 16:02see257

NBA çempionu həbs edildi SƏBƏB KONKRET

23 Oktyabr 2025 22:41see199

İsveç hökuməti 1990 cı illərdən bəri ən böyük vergi islahatını planlaşdırır

25 Oktyabr 2025 03:10see181

PMS imtahanının I mərhələsi üzrə qeydiyyat başlanıb

23 Oktyabr 2025 18:42see151

Qızıl indi də ucuzlaşır bazarda vəziyyət necədir? VİDEO

23 Oktyabr 2025 22:25see146

TRAMP İSRAİLİ HƏDƏLƏDİ “Mən ərəb ölkələrinə söz vermişəm...”

23 Oktyabr 2025 17:40see144

Məktəb direktorlarının təyinatında YENİ QAYDALAR

24 Oktyabr 2025 00:24see135

Dünyanın ən yaxşı hava limanı şəlalə və damdakı hovuzla seçilib

24 Oktyabr 2025 22:42see134

ABŞ dövlət katibi Qəzzada sülh planının müzakirəsi üçün İsrailə səfər edib

23 Oktyabr 2025 21:42see132

“Heç heçə edə bilərdik” Qurban Qurbanov

23 Oktyabr 2025 12:19see132

Dinamo Kiyev in əfsanəvi futbolçusu, üçqat SSRİ çempionu İvan Yaremçuk Polşada həbs edilib

24 Oktyabr 2025 15:49see131

İnanılmaz dərəcədə zəngin olacaq 3 bürc

24 Oktyabr 2025 03:20see131

Makrondan Trampa DƏSTƏK:Rusiyaya sanksiya dönüş nöqtəsidir

24 Oktyabr 2025 07:18see131

ABŞ bizim düşmənimizdir Medvedev

23 Oktyabr 2025 12:20see126

HƏMAS dan Qəzza açıqlaması: Yerinə yetirmişik

24 Oktyabr 2025 19:42see126

Hər gün mixək çubuğu çeynəyin...

24 Oktyabr 2025 05:57see125

Tramp Kolumbiya və Meksikanın narkokartellərin nəzarəti altına keçdiyinə inanır

24 Oktyabr 2025 05:19see124

İdman etməyin faydaları

24 Oktyabr 2025 12:06see120

Ərköyün övlad ailəsini bıçaqladı TƏFƏRRÜAT KONKRET

24 Oktyabr 2025 00:17see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri