Icma.az
close
up
RU
Azərbaycan türk fəlsəfi fikir tarixinə baxış

Azərbaycan türk fəlsəfi fikir tarixinə baxış

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunda türk xalqlarının fəlsəfi fikir tarixi və müasir fəlsəfəsi şöbəsinin müdiri Faiq Ələkbərlinin (Qəzənfəroğlu) “Azərbaycan türk fəlsəfi və ictimai fikir tarixi (XIX–XX əsrlər)” adlı üçcildliyinin təqdimatı keçirilib.

Mərasimi giriş sözü ilə açan AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru İlham Məmmədzadə qeyd edib ki, müəllif bu kitablarında zəngin mənbələrdən istifadə etməklə tarixən cavabı verilməyən bir çox suallara aydınlıq gətirib.

İnstitutun elmi işlər üzrə direktor müavini, tarix üzrə elmlər doktoru Eynulla Mədətli bildirib ki, müəllif tədqiq etdiyi mövzular arasında məharətlə məntiqi ardıcıllıq yarada bilmiş, Azərbayan Türk fəlsəfi və ictimai fikir tarixini sistemli təhlil etmişdir. Milli Məclisin deputatı Hikmət Babaoğlu Faiq Ələkbərlinin üçcildliyini milli birliyimizi, bütövlüyümüzü ifadə etmək və Türk ruhunu yenidən canlandırmaq baxımından çox önəmli tədqiqat əsəri adlandırıb.

Tarix üzrə fəlsəfə doktoru Səməd Bayramzadə, fəlsəfə elmləri doktoru Füzuli Qurbanov, nəşrin elmi redaktoru, fəlsəfə elmləri doktoru Rafail Əhmədli bildiriblər ki, Faiq Ələkbərlinin kitabları bütöv Azərbaycan fəlsəfi tarixini öyrənmək baxımından zəngin elmi qaynaqdır.

Siyasi elmlər doktoru Ramilə Dadaşova, fəlsəfə doktorları Məhəmməd Cəbrayılov, Şölət Zeynalov, Vaqif Abışov, Aygün Xəlilqızı, Zeynəddin Şabanov, Əzizağa Ələkbərov, BDU-nun müəllimi Elçin Sərdarov və digər iştirakçılar müəllifi təbrik edərək kitab haqqında fikir və mülahizələrini bölüşüblər.

Sonda Faiq Ələkbərli təqdimata gələn hər bir kəsə minnətdarlığını bildirib.

Namiq QƏDİMOĞLU
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:198
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 02 Mart 2025 11:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiyanın enerji obyektlərinə dronlarla zərbə endirildi VİDEO

13 Sentyabr 2026 09:27see397

“Sabahın Ulduzları”nda XI tura yekun vuruldu

14 Sentyabr 2026 00:18see389

Moskva 400 km hündürlükdən belə görünür

14 Sentyabr 2026 02:54see300

Amorim Modriçlə bağlı çətin seçimi açıqladı

14 Sentyabr 2026 03:38see292

Türkiyədə 26 şagird toyuq dönərindən zəhərlənib

14 Sentyabr 2026 04:45see287

Şimali Koreya qanadlı və ballistik raketlərlə təlim keçirib

14 Sentyabr 2026 03:45see281

Bu gün SOCAR ın yaranma günüdür

13 Sentyabr 2026 12:24see266

Bundesliqa: Leypsiq darmadağına sevindi

14 Sentyabr 2026 03:24see263

Simeone 3:0 dan sonra etiraf etdi

14 Sentyabr 2026 04:23see262

“Xetafe”nin müdafiəçisi Yamala meydan oxudu

14 Sentyabr 2026 05:46see259

ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri yüksək hazırlıq vəziyyətinə gətirilib

14 Sentyabr 2026 02:45see255

Fransa ABŞ dən insan haqları ilə bağlı açıqlamaya görə üzr istəyib

14 Sentyabr 2026 03:26see248

Premyer Liqa: Mançester Siti yə 1 qol bəs etdi

14 Sentyabr 2026 03:20see246

Milçək deyib keçməyin, qidaya qonsa, yeməzdən əvvəl düşünün

13 Sentyabr 2026 16:32see234

Almaniyanın Aşağı Saksoniya əyalətində keçirilən bələdiyyə seçkilərində CDU birinci olub

14 Sentyabr 2026 03:03see234

Bu beş amil ömrümüzü 11 il uzadırmış Araşdırma

14 Sentyabr 2026 03:19see229

Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavininin dəbdəbəli məclisi

14 Sentyabr 2026 01:21see219

Azərbaycanda qida biznesində yeni dövr

13 Sentyabr 2026 18:33see213

Dəbdəbəli toyu olan gəlin bu məmurun qızı imiş KONKRET

13 Sentyabr 2026 14:58see208

Yanacaq bahalığı Macarıstana da çatdı...

14 Sentyabr 2026 02:03see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri