Radevin ritorikası Bolqarıstanda siyasi sabitliyə nə vəd edir? ŞƏRH
Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bolqarıstanda davam edən siyasi böhran fonunda keçmiş prezident Rumen Radevin yenidən aktiv siyasi rol almaq niyyəti diqqət çəkir. Onun son açıqlamaları siyasi sistemdə mümkün dəyişikliklərlə bağlı müzakirələri yenidən gündəmə gətirib. Radevin ritorikasının ölkədə siyasi sabitliyə real təsir edib-etməyəcəyi isə bu kontekstdə əsas suallardan biridir.
Mövzuyla bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Tural İrfan bildirib ki, Bolqarıstanda hələ ki, parlamentin sədri Raya Nazaryan prezident səlahiyyətlərini icra edir və iki ay ərzində yeni prezidentin seçiləcəyi elan olunmalıdır. Sonra isə parlament seçkilərinin keçirilməsi nəzərdə tutulur. Onun sözlərinə görə, nəzərə alsaq ki, Radev Bolqarıstanda ən populyar siyasətçidir və ən yüksək etimada malikdir, o zaman onun yenidən fərqli formatda siyasi hakimiyyətə qayıdışı mümkündür.
Politoloqun sözlərinə görə, prezident səlahiyyətlərinin məhdud olması onun istefa verməsinin əsas səbəblərindəndir. Yeni hərəkatında o siyasi quruluşun dəyişdirilməsi və digər islahatçı fikirləri ilə gündəmə gəlib. Fəqət Avropa Birliyindəki əksər parlament respublikalarında olduğu kimi, Bolqarıstan prezidentinin səlahiyyətlərinin məhdud olaraq qalıb qalmaması referendumu da gündəmə gətirə bilər:

Tural İrfan: Rudevin aktiv siyasi fəaliyyəti siyasi sistemin yenilənməsinə gətirib çıxara bilər
"Rudevin yeni hərəkat yaradaraq fərqli üslubda siyasi fəaliyyəti aktivləşdirməsi Bolqarıstan üçün yaxın gələcəkdə yeniliklərin baş verəcəyindən xəbər verir. Rudevin aktiv siyasi fəaliyyəti siyasi sistemin yenilənməsinə gətirib çıxarmaq gücündədir. Siyasi sabitliyin pozulmasını güman etmirəm. Çünki Rudev təcrübəli siyasətçidir, bütün ehtimalalları nəzərə alıb, eyni zamanda xarici təsirlərin minimum endirilməsini təmin edib. Odur ki, yeni hərəkat əslində Bolqarıstanda siyasi sistemin dəyişikliklərlə islahata getməsinə zəmin hazırlayacaq".
Müsahibimiz hesab edir ki, Bolqarıstanda Radevin yeni siyasi hərəkat yaratması və erkən seçkilərdə iştirak etməsi ilə bağlı fəal müzakirələr yeni sistemin proqramı, məqsədləri üzərindən aparılır və bu fəallıqların sonda Rudevin yenidən yeni üsulda hakimiyyətə qayıtmasına səbəb olacağı gözlənilir.
Zeynəb Rzayeva
Baxış sayı:107
Bu xəbər 23 Yanvar 2026 13:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















