Icma.az
close
up
RU
Gürcüatanda radikal milliyyətçilər hələ də at oynadır AÇIQLAMA

Gürcüatanda radikal milliyyətçilər hələ də at oynadır AÇIQLAMA

Icma.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır.

Gürcü dilini bilməyən soydaşımızın döyülməsi, sadəcə məişət zorakılığı deyil



Ötən gün Gürcüatanın Marneuli şəhərində gürcü dilini bilməyən azərbaycanlı yeniyetmə döyülüb. Hadisə zamanı bir nəfər şəxs "Melody" şirniyyat evinə gələrək orada çalışan yeniyetmədən gürcü dilində danışmağı tələb edib. Yeniyetmə gürcü dilində cavab verə bilmədikdə həmin şəxs ona şillə vurub. Bu zaman ətrafda olan vətəndaşlarla qarşıdurma yaşanıb. Bildirilib ki, hadisəni törədən şəxs Marneuli Bələdiyyə Məclisinin sədr müavini Riçard Qiqaninin oğlu Mamuka Qiqanidir. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub və soydaşımıza təzyiq göstərən şəxs saxlanılıb. Baş vermiş olay Gürcüstanın azərbaycanlı icmasında böyük hiddətə səbəb olub. 


Vəhdət Partiyasının sədr müavini Vasif Əfəndiyev Sherg.az-a açıqlamasında deyib ki, son günlər Marneulidə baş verən xoşagəlməz hadisə cəmiyyətimizdə ciddi narahatlıq doğurub. Ekspert bildirib ki, gürcü dili bilmədiyi üçün yeniyetmə soydaşımızın, bələdiyyə sədr müavininin oğlu 27 yaşlı Mamuka Gigani tərəfindən döyülməsi, sadəcə məişət zorakılığı deyil, radikal milliyyətçilikdən qaynaqlanan təhlükəli bir yanaşmanın təzahürüdür: 


"Bu hal göstərir ki, ətrafımızdakı qonşu ölkələrdə aşırı milliyyətçilik meyilləri getdikcə daha qabarıq xarakter alır. Ermənistanda uzun illərdir sistemli şəkildə azərbaycanlılara qarşı düşmənçilik siyasəti aparılır. Gürcüstanda azərbaycanlıların sosial və siyasi həyatdan kənarda qalması üçün görünməz baryerlər mövcuddur. İranda türk kimliyi sistemli şəkildə sıxışdırılır. Rusiyada isə assimilyasiya siyasəti hələ də müxtəlif formalarda davam edir. Hətta Avropa ölkələri nə qədər tolerant və demokratik görünsə də, onların "qırmızı xətti"ni keçənlər ciddi şəkildə cəzalandırılır. Bütün bunlar bir həqiqəti təsdiqləyir. Dünyada rasizm və millətçilik müxtəlif formalarda mövcuddur. Azərbaycan xalqı da öz milli kimliyini qorumaq üçün hər zaman ayıq-sayıq olmalıdır. Bu reallıqlar fonunda biz özünümüdafiə instinktini işə salmalı, milli kimlik və dəyərlərimizi daha da gücləndirməliyik". 


V.Əfəndiyev qeyd edib ki, xalq olaraq varlığımızı qorumağın ən mühüm yolu milli özünüdərki gücləndirməkdir:

 "Bunun üçün soyadlarımızın milliləşdirilməsi qanunlarla məcburi qaydada həyata keçməlidir. Əsrlər boyu yad təsirlərin nəticəsində soyadlarımızda “ov”, “yev”, "zadə"  və digər yad sonluqlar geniş yayılıb. Halbuki bunlar bizim milli kimliyimizi təmsil etmir. Kütləvi şəkildə soyadlarımızın türk mənşəli sonluqlarla əvəzlənməsi milli kimliyimizin möhkəmlənməsinə ciddi töhfə verəcək. Övladlarımıza milli adlar qoymaqla türk köklərinə bağlılıq və milli özünüdərk üçün mühüm addımdır. Ərəb və fars mənşəli adlardan uzaqlaşaraq qədim türk adlarını yaşatmaq, həm də milli ruhun qorunmasına xidmət edəcək. Ədəbiyyatımızda, musiqimizdə, gündəlik həyat tərzimizdə milli dəyərlərə daha çox üstünlük verilməlidir. Bu, həm daxili həmrəyliyi gücləndirəcək, həm də xarici təsirlərə qarşı dayanıqlılıq yaradacaq. Gənclərimiz ana dilində yüksək keyfiyyətli təhsil almalı, ana dilinə daha çox önəm verilməlidir. Ana dilini bilmək sadəcə ünsiyyət vasitəsi deyil, milli kimliyin qorunmasının əsas şərtidir. Tarix dəfələrlə sübut edib ki, milli kimliyini qoruya bilməyən xalqlar zamanla assimilyasiyaya uğrayır, tarixi səhnədən silinir. Azərbaycan xalqı bu təhlükəni görməli və milli dəyərlərinə sahib çıxmalıdır. Bugünkü hadisələr bizə bir daha xatırladır ki, millət olaraq yalnız öz milli gücümüzə arxalanaraq yaşaya bilərik. Hər bir ailə, hər bir insan bu məsuliyyəti dərk etməli, milli özünüdərkin güclənməsinə öz töhfəsini verməlidir".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:188
embedMənbə:https://sherg.az
archiveBu xəbər 22 Sentyabr 2025 17:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see380

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see376

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see348

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see310

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see256

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see250

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see230

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see218

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see211

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see205

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see205

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see204

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see179

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see169

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see168

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see167

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see166

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see166

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see166

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri