Kobaxidze: “Radikal müxalifət həm acınacaqlıdır, həm də zərərli fəaliyyət göstərir”
Icma.az, Dogru.az saytına istinadən bildirir.
Gürcüstanın baş naziri İrakli Kobaxidze radikal müxalifət haqqında danışarkən bildirib ki, onların davranışına loyal yanaşmaq mümkün deyil.
Doğru.az xəbər verir ki, Kobaхidze radikal qrupların fəaliyyətini həm acınacaqlı, həm də zərərli xarakter daşıyan addımlar kimi dəyərləndirib.
Baş nazirin sözlərinə görə, radikal müxalifətin xarici havadarları ölkədə siyasi gərginlik yaratmağa çalışsa da, hakimiyyətin dəyişdirilməsinə nail ola bilməyiblər; cəmiyyətdə nifrətin artması isə onların əsas “nailiyyəti”dir.
Kobaxidze vurğulayıb ki, radikal və zərərli ideologiyalar əsas dəyərlərə qarşı yönəlir və bolşevik üsullarından fərqlənmir: “Onların əsas ideologiyası budur: öz ölkəni sevməməlisən, kilsəni hörmət etməməlisən və cəmiyyətə nifrət yaymalısan. Necə ola bilər ki, sən buna loyal yanaşasan?”
Baş nazir əlavə edib ki, radikal ideologiyalar, harada olursa-olsun, cəmiyyətin əsas dəyərlərini sarsıtmaq məqsədi güdür və buna qarşı sərt mövqe göstərilməlidir.
DOĞRU.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 22 Noyabr 2025 23:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















