Icma.az
close
up
RU
Son istifadə tarixi çoxdan keçmiş radikal müxalifət...

Son istifadə tarixi çoxdan keçmiş radikal müxalifət...

Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Dünyanın siyasi arenasında XXI əsrdə baş vermiş dəyişikliklər, ortaya çıxan yeni tendensiyalar, yeni təsir mexanizmləri, əvvəlki təsir mexanizmlərinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyması, yumşaq gücün hərbi potensialın müdaxilə sərhədlərini geridə qoyması ümumən güc, qüdrət anlayışını bir qədər fərqli şəkildə qarşımıza çıxarmağa başladı. Artıq dünyada güclü hesab olunmaq üçün təkcə qüdrətli ordu və iqtisadiyyata sahib olmaq kifayət etmir. Artıq qüdrət anlayışı hərbi güc tətbiq etmədən də bir çox proseslərə təsir göstərmək, cəmiyyətdə təsir mexanizmlərinə sahib olmaq, proseslərin gedişatına kənardan yön vermək kimi amilləri də özündə ehtiva etməyə başlayıb.

Belə olan halda isə təbii ki, müstəqil siyasət yürüdən və suverenliyini hər zaman prioritet hesab edən dövlətlər üçün özünümüdafiə sistemlərini işləyib hazırlamaq gərəkli olur. Çünki ultramüasir mübarizələr döyüş meydanında üzbəüz gəlib vuruşmağa bənzəmir, burada maraqların, texnoloji həmlələrin, millətlərin şüurunun, şüuru formalaşdırmaq iqtidarında olan qüvvələrin, təsir mexanizmlərinin, prosesə müqavimət göstərə biləcək dövlətçilik strukturlarının nisbəti hər şeyi həll edir.

Bir sözlə, artıq mübarizə döyüş meydanında yox, ideoloji müstəvidə gedir. Sadə dildə desək, xarici qüvvələr, onların təsir mexanizmləri, hegemonluq iddiasındakı güclər, xaricdəki və daxildəki düşmənlər dövlətlərin sərhədlərini sərhəd tellərini aşaraq deyil, daxilindəki boşluqları tapmaq, nüfuz etmək, orada gizlənib ilk fürsətdə təhdid formalaşdırmaqla keçirlər.

Təbii olaraq hər bir dövlətin daxilində bu cür boşluqları məhz üzdə özümüzdən biri olaraq gördüyümüz, reallıqda isə öz dövlətini, xalqını, milli kimliyini, dövlətin ideoloji sərhədlərinin toxunulmazlığını özgə maraqlara satan beşinci kolon adlandırdığımız anti-milli ünsürlər formalaşdırırlar.

Azərbaycanın siyasi arenasına nəzər salsaq, sadaladığımız anti-milli ünsürlərin kimlər olduğu gün kimi aşkardır. Radikal müxalifət yəqin ki, bu ünsürlərə ən real nümunə sayılmalıdır.

Üstəlik son baş verən hadisələr fonunda bu qüvvələrin xaricdən maliyyələşməsi məsələsi də öz təsdiqini birmənalı şəkildə tapıb.

Türkiyədə "casusluq" istintaqı çərçivəsində üzə çıxan məqamlar faktlarla sübuta yetirir ki, radikal müxalifət öz mövcudluğunu xarici maraqlara söykəyir və oradan ayrılan vəsait hesabına qidalanır.

Fakt

Türkiyədə İqtisadi Cinayətləri Araşdırma Komissiyası (MASAK) tərəfindən sözügedən cinayət işi üzrə hazırlanmış hesabatdan çıxarışlar göstərilib.

Hesabatda martın 6-da Türkiyənin hüquq-mühafizə orqanlarına sözügedən cinayət işi çərçivəsində informator kimi ifadə verən Ü.D.A-nın sözləri xüsusən diqqət çəkib.

Belə ki, ifadə verən şəxs cinayət işi çərçivəsində saxlanılan şübhəli Hüseyin Günün casusluq fəaliyyətlərinə toxunub. Ü.D.A-nın ifadəsində şübhəli Hüseyin Günün ittiham olunduğu cinayət əməllərində Azərbaycanla bağlı müddəalar da yer alıb:

"Hüseyin Gün 2005-ci ildə ABŞ-də fəaliyyət göstərən "E.P." adlı vəkil bürosunda çalışan T.P. adlı vəkilə göstəriş verərək ölkə xaricində "Freedom LLC" adlı şirkətin yaradılmasını istədi. Bu şirkətin qurulmasından sonra Azərbaycanda o dövrdə müxalifətdə olan İsa Qəmbər kimi bir çox şəxsləri Azərbaycanı demokratikləşdirmə adı altına maliyyələşdirdiklərini bilirəm".

Sizcə də yaradılan şirkətin adı ilə qayəsi arasındakı uçurum xəyanətin miqyasını ortaya qoymurmu?

İsa Qəmbərin şəxsində radikal müxalifətə yönləndirilən bu pulların qarşılığı hansı şəkildə ödənib? Sədaqət? Şübhə yeri yoxdur. Ancaq bu sədaqət heç bir halda Azərbaycanın dövlət maraqlarına, xalqın gələcəyi üçün görülən işlərə, milli şüurun, milli kimliyin müdafiəsinə yönəlməyib.

İdeoloji sərhədlərimizin qorunması uğrunda apardığımız mübarizə bu gün dövlətçiliyimizin mövcudluğunun ən əsas əlamətlərindən birinə çevrilib. Suverenlik iddiasında olmaq məhz bu əlamətlərə sahib çıxmaqdan keçir.

Bunun qarşısında dayanan sapı özümüzdən olan baltalar isə hər zaman xarici qüvvələrin əlaltısı olmağa məhkumdurlar. Belə olan halda isə bu beşinci kolon ünsürlərinin, milli maraqları xarici qüvvələrə satanların, xalqın gələcəyini pula dəyişənlərin, mübarizəsi suverenlik, demokratiya uğrunda deyil, öz xalqı, dövləti ilə olanların qarşısı qətiyyətlə alınmalıdır. 90-cı illərin əvvəllərinin xaosla boğuşan Azərbaycanının siyasət meydanının AXCP, Müsavat kimi partiyalara sığınan tör-töküntülərinin əsl mahiyyəti artıq dəfələrlə ifşa olub. Liderlərinin belə xaricdən gələn pullara möhtac olduğu bir yerdə, bu şəbəkələrin mövcudluğu Azərbaycan dövləti, onun suverenliyi üçün hər zaman xarici qüvvələrin əlində bir alət olaraq qalacaqdır.

Proseslərin gedişatı və təhlili onu göstərir ki, sadaladığımız ünsürlərin tarix səhnəsindən silinməsi zərurəti yaranıb. Elə isə dövlətin qətiyyəti də bu məsələni birdəfəlik həll etmək gücündədir. Artıq xəyanətləri ilə xalqı təngə gətirən, Azərbaycan üçün təhdid olmağı siyasi mübarizə sayan qüvvələrin son istifadə tarixi çoxdan keçib…

Orxan Tağıyev

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:240
embedMənbə:https://oxu.az
archiveBu xəbər 31 Oktyabr 2025 17:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see314

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see308

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see306

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see291

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see290

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see282

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see272

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see272

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see270

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see256

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see241

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see231

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see230

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see225

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see225

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see223

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see216

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see215

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see189

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri