Radioaktiv sızma baş verərsə, su çirklənəcək və... Nəcəfi
Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.
İranın Buşehr Atom Elektrik Stansiyasına (AES) endirilən zərbələr beynəlxalq hüququn pozulmasıdır.
Redaktor.az xəbər verir ki, bu barədə İslam Respublikasının Vyanadakı Beynəlxalq Təşkilatlardakı Daimi Nümayəndəsi Rza Nəcəfi "RİA Novosti" agentliyinə açıqlama verib.
Nəcəfi bildirib: “Buşehr Atom Elektrik Stansiyasına edilən hücumlar beynəlxalq hüququn açıq şəkildə pozulmasıdır”.
Diplomat əlavə edib ki, radioaktiv sızma baş verərsə, su çirklənəcək və yaxınlıqdakı yaşayış məntəqələrinin sakinləri təxliyə olunacaq.
O vurğulayıb ki, hətta silahlı münaqişələr zamanı belə mülki şəxslərin istifadəsində olan obyektlərə hücum qadağandır və buna görə də Buşehr AES-inə edilən zərbələr son dərəcə ciddi müharibə cinayəti sayılır.
Aminə ŞAHSUVARQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 02 Aprel 2026 15:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















