Icma.az
close
up
RU
Rafael Fiziyev Manuel Torresi məğlub edə biləcəkmi? in TƏHLİLİ

Rafael Fiziyev Manuel Torresi məğlub edə biləcəkmi? in TƏHLİLİ

Idman.biz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İyunun 27-də Milli Gimnastika Arenasında böyük tədbir - UFC Bakı turniri baş tutacaq və iştirakçılar artıq bu möhtəşəm gecəni səbirsizliklə gözləyirlər.

Gecənin əsas döyüşündə Rafael Fiziyevlə Manuel Torres qarşılaşacaq.

İdman.Biz xəbər verir ki, turnir həm ekspertlər, həm də təhlilçilər arasında böyük maraq doğurur. Bir çoxları bunu yalnız Azərbaycan üçün deyil, bütün Qafqaz regionu üçün vacib hadisə hesab edir. Çünki UFC 2028-ci ilə qədər Bakıda turnirlərin keçirilməsi ilə bağlı müqavilə imzalayıb və bu da təşkilatın uzunmüddətli planlarından xəbər verir.

Tədbirin əsas fiquru R.Fiziyev olacaq. Bu, onun üçün faktiki olaraq doğma turnirdir. Bir çox mütəxəssis meksikalı Torreslə döyüşü Rafaelin karyerasındakı ən vacib qarşılaşmalardan biri adlandırır. Güclü rəqiblərə qarşı məğlubiyyət seriyasından sonra onun UFC-nin yüngül çəki dərəcəsi elitasına qayıtması üçün qələbə qazanması vacibdir.

Bir çox analitik qeyd edir ki, bu, bəlkə də Fiziyevin son bir neçə ildəki ən vacib döyüşüdür. Hələ ötən ilin oktyabrında o, təşkilatın sabiq çempionu Çarlz Oliveyraya qarşı əsas döyüşə çıxmalı idi, lakin dizindən aldığı zədə səbəbindən qarşılaşmadan çəkilmişdi. İndi isə onun UFC-nin yüngül çəkidəki elit döyüşçüləri sırasına qayıtması üçün qələbəyə ehtiyacı var.

“MMA Fighting” Torresi “təhlükəli yüksələn istedad”, döyüşü isə qəfəsin sahibinin ciddi sınağı adlandırır. Ekspertlər meksikalını UFC-nin ən təhlükəli autsayderlərindən biri hesab edirlər. Onun son qələbələrinin demək olar hamısı ilk raundda vaxtından əvvəl əldə olunub. Buna görə də bir çoxları hesab edir ki, aqressiv üslubu və nokaut gücü səbəbindən bu rəqib Fiziyev üçün olduqca qorxuludur.

Eyni zamanda UFC-nin rəsmi promomateriallarında Rafael hələ də təşkilatın ən texnikalı zərbə ustalarından biri kimi təqdim olunur. UFC-nin son videolarından birində o, divizionun “ən yaxşı, ən texnikalı və ən sürətli zərbə ustalarından biri” adlandırılıb.

Kardın əhəmiyyətinə görə ikinci əsas döyüşü Şara Maqomedovla Mişel Pereyra arasında olacaq qarşıdurma təşkil edəcək. Bir çox ekspert artıq bu qarşılaşmanı gecənin ən baxımlı döyüşü adlandırır. Hər iki idmançı effektli nokautları və qeyri-standart texnikası ilə tanınır. "Sherdog" nəşri qeyd edir ki, baxımlılıq səviyyəsinə görə bu döyüş hətta turnirin əsas qarşılaşmasını da kölgədə qoya bilər.

Bundan əlavə, bəzi mütəxəssislər UFC tituluna keçmiş iddiaçı Marvin Vettorinin qabırğa sınığı səbəbindən turnirdən çəkilməsini təəssüflə qarşılayıblar. Onun İsmayıl Naurdiyevlə döyüşü ən maraqlı qarşılaşmalardan birini vəd edirdi. İtaliyalı döyüşçüdən sonra İsveç təmsilçisi Andreas Qustafsson da ciddi ürək problemlərinə görə turniri buraxmağa məcbur olub.

Əsas döyüşə qayıtsaq, hazırda ekspertlər arasında ən populyar proqnoz belə səslənir: əgər Fiziyev Torresin başlanğıc təzyiqinə tab gətirə bilsə, onun texnikası və təcrübəsi qələbə qazandırmalıdır. Əgər döyüş erkən mərhələdə açıq zərbə mübadiləsinə çevrilsə, meksikalının sensasiya yaratmaq şansı yüksək olacaq. “MMA Fighting” məhz bu fikirdədir.

Gözləyək…

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:212
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 29 May 2026 17:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see339

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see326

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see311

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see305

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see282

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see269

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see264

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see246

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

17 Noyabr 2026 12:44see236

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see227

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

17 Noyabr 2026 13:48see227

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see224

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see216

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see211

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

17 Noyabr 2026 14:53see211

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see209

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see208

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see201

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see186

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri