Icma.az
close
up
RU
Rafael Hüseynovun məsələsi qapanıb! VHP dən AÇIQLAMA

Rafael Hüseynovun məsələsi qapanıb! VHP dən AÇIQLAMA

Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Milli Məclisin sədr müavini Rafael Hüseynovun Vətəndaş Həmrəyliyi Partiyasından (VHP) istefa verdiyi barədə yayılan xəbərlər həqiqəti əks etdirmir.

Bunu Modern.az-a açıqlamasında Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli bildirib.

O, qeyd edib ki, Rafael Hüseynovun nə istefa ərizəsi daxil olub, nə də belə bir niyyətinin olduğunu düşünmək üçün hər hansı əsas mövcuddur:

"Bu cür iddialar reallıqdan uzaqdır və mümkün hesab edilə bilməz. Rafael Hüseynovla bağlı məsələ partiyadaxili xarakter daşıyır və ictimai müstəvidə şişirdiləcək bir mövzu deyil. Partiya nizamnaməsinə uyğun olaraq daxili intizam tədbiri görülüb və məsələ bununla da başa çatıb. Baş verənlərlə bağlı mətbuatda yayılan məlumatlar təəssüf doğurur. Ona görə ki, hadisələr şişirdilmiş və təhrif olunmuş formada cəmiyyətə təqdim edilir. Sanki məqsədli şəkildə süni konflikt və qarşıdurma görüntüsü yaradılmağa çalışılır. Halbuki əslində heç bir konflikt və ya qarşıdurma mövcud deyil. Bu məsələ VHP-nin nizamnaməsi çərçivəsində müzakirə olunub. Azərbaycan siyasi sistemində monolitliyi və daxili intizamı ilə seçilən Vətəndaş Həmrəyliyi Partiyası bu məsələni tam qapanmış hesab edir.

Digər tərəfdən, sizin sayt tərəfindən də belə bir məlumat yayılıb. Qeyd etmisiniz ki, Rafael Hüseynovla əlaqə saxlamaq mümkün olmayıb. Amma Rafael bəy tərəfindən istefa ilə bağlı VHP-yə hər hansı müraciət daxil olmayıb. Bu cür əsassız iddiaların və dezinformasiyanın yayılmasının məqsədi nədir?!"

Qeyd edək ki,  dekabrın 8-də Milli Məclisdə baş verən gərginlik siyasi gündəmin əsas mövzularından birinə çevrilib.

Belə ki, “Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər” adlı konfrans zamanı vitse-spiker Rafael Hüseynovla Xalq şairi, sabiq deputat Sabir Rüstəmxanlı arasında mübahisə yaranıb.

Konfransa moderatorluq edən Rafael Hüseynov çıxış üçün dəvət olunmuş Sabir Rüstəmxanlının sözünü yarımçıq kəsib. Vitse-spiker bunun səbəbini ona ayrılan vaxtın bitməsi ilə izah edib.

Lakin Sabir Rüstəmxanlı bu münasibəti etirazla qarşılayıb, bildirib ki, əgər konfransa dəvət olunublarsa, fikir bildirmək üçün şərait də yaradılmalıdır. Rüstəmxanlının sözlərinə görə, moderator hər çıxışdan sonra uzun-uzadı izahat verdiyi halda qonaqlar üçün ayrılan vaxtı məhdudlaşdırmaq ədalətli deyil. Onun “Bu cür hörmətsizlik olmaz” ifadəsi mətbuatda müzakirələrin əsas sitatına çevrilib. Gərginlikdən sonra Xalq şairi konfransı yarımçıq tərk edib. VHP-də bu məsələyə baxılaraq Rafael Hüseynova töhmət verilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://modern.az
archiveBu xəbər 13 Dekabr 2025 10:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see508

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see410

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see342

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see309

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see284

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see275

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see275

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see264

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see232

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see226

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see219

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see214

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see213

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see212

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see211

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see210

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see206

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see199

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see182

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri