Icma.az
close
up
RU
Rafael Mehrəliyevin 900 minlik duz anlaşması: “Fidan TN” və “Fəza F” kimə məxsusdur? ARAŞDIRMA

Rafael Mehrəliyevin 900 minlik duz anlaşması: “Fidan TN” və “Fəza F” kimə məxsusdur? ARAŞDIRMA

Tribuna portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan Mənzil Kommunal Təsərrüfat Departamentinin Sanitariya və Texniki Təmizlik İdarəsi daha bir tenderə yekun vurub. Tribunainfo.az xəbər verir ki, texniki məqsədlər üçün emal edilməmiş xam duzun satın alınmasını əhatə edən tenderin qalibi “FİDAN-TN” MMC olub.

Rəsmi qaynaqlara görə, tərəflər arasında 5 min ton duzun alınmasında razılaşma olub. Bunun müqabilində isə İdarə şirkətə 674 min 488 manat pul ödəyəcək.

Tribunainfo.az-ın məsələ ilə bağlı apardığı araşdırma zamanı o da məlum olub ki, BŞİH-in Sanitariya və Texniki Təmizlik İdarəsi analoji tenderi ötən ilin noyabrında da keçirib. Həmin vaxt “FƏZA-F” MMC ilə ilə 2000 ton duzun alınması üçün 248 min 36 manatlıq müqavilə imzalanıb.

Amma məsələnin maraqlı tərəfi bu deyil. Önəmli olan həm ”Fidan-TN”, həm də “Fəza-F” şirkətləri ilə eyni məzmunlu tenderlər keçirmələridir. Məsələn, bu ilin fevralında sözügedən İdarə  elə sözügedən şirkətdən “Kamaz” və “Maz” markalı xüsusi təyinatlı avtonəqliyyat vasitələri üçün ehtiyat hissələrinin, avtoşin, akkumulyator batareyaları və sürtgü yağlarını satın alıb. Bununla əlaqədar tərəflər arasında 182 min 926 manatlıq müqavilə imzalanıb.

Analoji anlaşma ötən ilin sentyabrında “Fəza-F” MMC ilə də əldə olunub. Belə ki, Sanitariya və Texniki Təmizlik İdarəsi maşın-mexanizmlərə tələb olunan avadanlıqların və təmiri üçün mal materialların, o cümlədən xüsusi təyinatlı nəqliyyat vasitələrinə ehtiyat hissələrini satın alıb. Bunun üçün də şirkətə 179 min 950 manat ödəyib.

Bu əsnada onu da bildirək ki, BŞİH-in sözügedən qurumu bu ilin yayında iİtlər üçün quru yemin satın alınmasını da tender yolu ilə reallaşdırıb. Həmin yemlərin alınmasını isə “FƏZA-F” MMC həyata keçirib. Bu məqsədlə şirkətə 425 min 685 manat ödənilib.

İndi isə BŞİH-i “duza gətirən” bu şirkətlərin kimə məxsusluğunu qeyd edək. “FƏZA-F” (VÖEN: 2902898611) MMC 21.10.2013-cü il tarixdə yaradılıb. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının, SUMQAYIT ŞƏHƏRİ, SARI-QAYA BAĞLAR MASSİVİ, qanuni təmsilçisi kimi isə Ağayev Fizuli Telman oğlu qeyd olunub.

Bu şirkət 2022-ci idən 2025-ci ilə qədər toplam 1.4 milyon dollarlıq tender udub.

Açıq mənbələrdə qeyd edilir ki, “Fəza-F” MMC Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan Mənzil Kommunal Təsərrüfat Departamentinin rəhbəri Rafel Mehrəliyevə bağlı ola bilər. Bu da onunla əsaslandırılır ki, sözgedən şirkət yalnız Mehrəliyevin rəhbəri olduğu qurumların tenderini udur.

Digər şirkət “Fidan-TN” MMC isə 7 mart 2006-cı ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 4 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Binəqədi rayonu, Mir Cəlal, ev 137A, mənzil 3-də yerləşir. MMC-nin qanuni təmsilçisi Hüseynov Ələsgər Cəlal oğludur.

Lakin bu şirkətin hansısa nazir müavinlərindən birinə məxsus olmasına dair iddialar var.

Tərəflərin də mövqeyini dərc etməyə hazırıq.

Fərda Uğur

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:58
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 29 Sentyabr 2025 13:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see347

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see238

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see220

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see188

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see169

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see169

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see165

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see155

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see154

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see154

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see152

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see152

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see151

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see150

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see149

İKİ SABİQ NAZİR İNSTİTUT DİREKTORU VƏZİFƏSİNDƏN ÇIXARILDI: yeni institut yaradıldı Misir Mərdanovla Əli Abbasov yola salındı

28 Dekabr 2025 22:42see139

Dünyanın ən yaxşı hücumçusu bilindi

29 Dekabr 2025 02:22see138

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see138

Mənzil almaq istəyənlərə ŞAD XƏBƏR

29 Dekabr 2025 02:07see135

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri