Icma.az
close
up
RU
Rafinə olunmuş şəkər hüceyrələrə ziyan vurur ARAŞDIRMA

Rafinə olunmuş şəkər hüceyrələrə ziyan vurur ARAŞDIRMA

Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Kaliforniya Universitetinin alimləri tərəfindən aparılan yeni bir araşdırmaya görə, xüsusilə paketlənmiş qidalarda geniş istifadə olunan rafinə olunmuş şəkər, hüceyrə səviyyəsində zərərə yol açaraq bioloji yaşlanmanı sürətləndirir.

Redaktor.az xəbər verir ki, tədqiqatçılar bildiriblər ki, rafinə şəkər xroniki iltihablanmaya (inflamasiya) səbəb olur.

Bu hal isə yalnız piylənmə, şəkərli diabet, qaraciyər və ürək xəstəlikləri riskini artırmaqla kifayətlənmir, eyni zamanda müxtəlif xərçəng növlərinə də zəmin yarada bilər.

Son statistik məlumatlara əsasən, işlənmiş qidalar ABŞ-də bir şəxsin gündəlik kalori qəbulunun 60 faizini təşkil edir. Bu qidalar arasında şirin içkilər, paket çörəkləri, meyvəli yoqurtlar, səhər yeməyi üçün nəzərdə tutulan qarışıqlar, kolbasa və sosiska kimi işlənmiş ətlər yer alır. Alimlər bu məhsulların bioloji yaşlanma prosesini sürətləndirdiyini bildiriblər.

Qidalanma üzrə epidemioloq Marialaura Bonaccio məsələyə münasibət bildirərək deyib:
“Rafinə şəkər tərkibli məhsullar qidalandırıcı baxımdan olduqca kasaddır. Onlar həmçinin yüksək miqdarda şəkər, duz və doymuş yağ ehtiva edir. Uzun müddət istifadə olunduqda orqanizmdə toksik maddələrin toplanmasına səbəb olur və bu da sağlamlıq üçün təhlükəlidir.”

Bioloji yaşlanmanın artması yalnız kosmetik deyil, həm də metabolik və hüceyrə səviyyəsində funksiyaların pozulması ilə müşayiət olunur. Alimlər bu səbəbdən xüsusilə uşaq və gənclərin işlənmiş qidalardan mümkün qədər uzaq durmasının vacib olduğunu vurğulayırlar.

Mütəxəssislər xəbərdarlıq edir: Rafinə şəkərlə zəngin işlənmiş qidaların gündəlik qida rasionunda geniş yer tutması, uzunmüddətli dövrdə həm bioloji yaşlanmanı artırır, həm də ağır xroniki xəstəliklərə səbəb ola bilər. Sağlam qidalanma və təbii məhsullara üstünlük verilməsi uzun ömür və keyfiyyətli həyat üçün vacibdir.

Nuriyyə NATİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:198
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 04 İyul 2025 17:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see337

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see328

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see320

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see264

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see257

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see244

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see242

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see239

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see231

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see222

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see221

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see219

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see217

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see217

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see212

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see205

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see201

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see194

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see186

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri