Rafinya “Qalatasaray“la qarşılaşmada iştirak etməyəcək
Icma.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.
"Barselona"nın futbolçusu Rafinya UEFA Çempionlar Liqasının əsas mərhələsində "Qalatasaray"la keçiriləcək oyunda iştirak etməyəcək.
Moderator.az xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin baş məşqçisi Hans-Diter Flik açıqlama verib.
Almaniyalı mütəxəssis bildirib ki, Braziliya millisinin düşərgəsində narahatlıq yaşayan 29 yaşlı hücumçu həm "Xetafe", həm də "Qalatasaray"la qarşılaşmalarda meydana çıxmayacaq.
"Bu, zədə deyil, lakin ehtiyatlı olmalıyıq. O, ötən il üç dəfə zədə problemi yaşayıb. Bunun təkrarlanmasının qarşısını almalıyıq. Rafinya "Xetafe" və "Qalatasaray"la oyunlarda iştirak etməyəcək", - deyə Flik bildirib.
Qeyd edək ki, "Qalatasaray" - "Barselona" matçı oktyabrın 13-də Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 09 Oktyabr 2026 17:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















