Icma.az
close
up
RU
Rafiq Hüseynov: Son dünya çempionatı göstərdi ki, Azərbaycan güləşinin gələcəyi əmin əllərdədir

Rafiq Hüseynov: Son dünya çempionatı göstərdi ki, Azərbaycan güləşinin gələcəyi əmin əllərdədir

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 28 oktyabr, AZƏRTAC

Yunan-Roma güləşçilərimizin dünya çempionatında iki qızıl medal qazanması idmanımız üçün çox gözəl nəticədir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Güləş Federasiyasında (AGF) yunan-Roma güləşi üzrə koordinator vəzifəsində çalışan Rafiq Hüseynov milli komandanın Serbiyanın Novi Sad şəhərində keçirilən U-23 dünya çempionatındakı nəticələrini dəyərləndirərkən deyib.

Olimpiadanın bürünc medalçısı, ikiqat dünya və üçqat Avropa çempionu olan veteran güləşçi mundialda fəxri kürsüyə qalxan Azərbaycan idmançılarının yüksək potensiala malik olduqlarını deyib: “Biz Ruslan Nurullayevdən (72 kiloqram) də qızıl medal gözləyirdik. Amma bu, güləşdir. Komandamızın uğursuz çıxış etdiyini demək düzgün olmaz. Şükürlər olsun ki, idmançılarımızın və məşqçilərimizin əziyyətləri yerdə qalmadı. Uşaqlar istənilən nəticəni əldə etdilər. Dünya çempionu olan Elmir Əliyev (55 kiloqram) və Ziya Babaşovu (63 kiloqram) təbrik edirəm. Bu güləşçilərin gələcəkdə böyüklər arasında çıxış etməsi vacib şərtdir və prioritet məsələlərdəndir. Ümid edirəm ki, onlar böyüklər arasında da öz sözlərini deyəcəklər. Hazırda 55 kiloqramda seçim gedir. Bu, Elmir üçün böyük fürsətdir. Digər idmançılar da Elmirlə bərabər ölkə çempionatında rəqabət aparacaqlar ki, gələcəkdə beynəlxalq arenada çıxış etsinlər. 63 kiloqramda isə Murad Məmmədov bizim təcrübəli idmançılarımızdandır. Ziya da öz sözünü demiş gənc güləşçimizdir. Bu çəkidə də rəqabət xeyli güclənir. 72 kiloqramda Ülvi Qənizadə dünya çempionu adına sahib çıxıb. Həmin çəkidə Ruslan da yarışlarda özünü yaxşı tərəfdən göstərir. Belə turnirlər sübut edir ki, idmançılarımızın potensialı yüksəkdir və güləşimizin gələcəyi əmin əllərdədir”.

O, AGF-nin gələcək planlarından da danışıb: “Federasiya olaraq çox sayda planlarımız var. Başlıca məqsədimiz güləşi inkişaf etdirmək və Olimpiya Oyunlarında daha çox medal qazanmaqdır. İnanıram ki, belə istedadlı idmançılarla hədəflərimizə nail olacağıq. Hamıya məlumdur ki, güləş Olimpiadada ən çox medal verən idman növlərindəndir. İmicimizi qoruyub saxlamaq üçün həm federasiya rəhbərliyi, həm güləşçilərimiz, həm də məşqçilərimiz əllərindən gələni edirlər”.

Qeyd edək ki, U-23 dünya çempionatında Elmir Əliyev (55 kiloqram) və Ziya Babaşov (63 kiloqram) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar, Ruslan Nurullayev (72 kiloqram) isə bürünc medal qazanıb. Komanda 93 xalla mundialı üçüncü sırada başa vurub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:104
embedMənbə:https://azertag.az
archiveBu xəbər 28 Oktyabr 2025 15:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see516

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see238

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see228

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see215

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see214

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see213

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see212

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see200

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see194

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see189

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see187

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see185

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see184

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see178

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see163

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see160

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see159

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see158

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see152

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

29 Yanvar 2026 11:00see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri