Rahat yat, Ozzi Aston Villa ən məşhur azarkeşinin vəfatı ilə bağlı başsağlığı verdi
Icma.az bildirir, Oxu.az portalına istinadən.
İngiltərənin "Aston Villa" klubu iyulun 22-də vəfat edən britaniyalı rok müğənnisi Ozzi Ozbornun vəfatı ilə bağlı başsağlığı verib.
Bu barədə Oxu.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir.
Populyar rok qrupu olan "Black Sabbath"ın yaradıcılarından biri olan Ozborn 76 yaşında vəfat edib.
"Aston Villa" dünya şöhrətli rok ulduzu və fanatımız Ozzi Ozbornun vəfatından kədərləndiyini bildirir. "Villa Park"dan çox da uzaq olmayan Astonda böyüyən Ozzinin həmişə klubla və cəmiyyətimizlə xüsusi əlaqəsi olub. Bu çətin anda bütün "Aston Villa" üzvlərinin fikirləri Ozzinin həyat yoldaşı Şeron, ailəsi, dostları və çoxlu pərəstişkarları ilədir. Rahat yat Ozzi", - deyə klubun mətbuat xidməti yazıb.
Xatırladaq ki, Ozbornun vida konserti iyulun 6-da "Aston Villa"nın "Villa Park" stadionunda baş tutub. Ozzi Birmingemdə böyüyüb və "Aston Villa"nın fanatı olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 23 İyul 2025 11:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















