Icma.az
close
up
RU
Rahib Alpanlı Valideynlərə məktub yazın, müəllimlər... III yazı

Rahib Alpanlı Valideynlərə məktub yazın, müəllimlər... III yazı

Yeniavaz portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bəzilərinin daha çox mənfi cəhətlərinə meyilli olmasına baxmayaraq, rəqəmsal texnologiyanın müsbət cəhətlərindən də məqsədəuyğun şəkildə istifadə edib, faydalanmaq olar. Təlim-tərbiyə prosesinin təkmilləşdirilməsi, bu mühüm strateji sahənin inkişafına komanda işgüzarlığı ilə töhfə verilməsi üçün maraqlı tərəflərlə əməkdaşlıq əlaqələri qurmaq və onların davamlı olmasına çalışmaq nöqteyi-nəzərindən müasir elmi-texniki tərəqqinin nailiyyətlərindən istifadə etmək zərurətə çevrilmişdir.
Belə sahələrdən biri də məktəb-ailə əlaqələridir. Pedaqoji prosesin ana xəttini özündə birləşdirən Məktəb + Ailə + İctmaiyyət üçbucağının bütün tərəfləri onun varlığını təmin edir...
Valideynlərin təlim-tərbiyə prosesində fəal iştirakı məktəbin uğur qazanmasında həmişə mühüm rol oynamışdır. Bu amil dünyanın hər yerində eyni dərəcədə əhəmiyyətlidir. Məsələn, İngiltərənin ən nüfuzlu qəzetlərindən olan, məktəb, təhsil məsələlərinə xüsisi yer ayıran "The Guardian" qəzeti "şagirdlərin öz potensiallarını reallışdırmaqda" valideynlərin rolundan bəhs edərək yazır:
"Psixoloqlar hesablamışdır ki, şagirdlərdən yüksək nəticələr gözləmək ancaq müəllimlərin tələbi olduqda bu, onların az bir hissəsinə təsir edir, şagirdlərdə özlərinə baxış formlaşdırmaqda valideynlərin rolu çox böyükdür".
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (Organisation for Economic Cooperation and Development) aylıq "PISA in Focus" ("PİSA diqqət mərkəzində") dərgisində bu məsələ çox aydın şəkildə qeyd olunub:
"Əksər valideynlər, instinktiv olaraq bilirlər ki, uşaqlarla daha çox vaxt keçirmək və onların təhsilində aktiv formada iştirak etmək onlara həyatda yaxşı üstünlük qazandırır. Lakin çox valideynlər işdə və evdə üzləşdikləri tələblərin öhdəsindən gəlməyə çalışmalı olduqlarından, kifayət qədər vaxtları olmur. Məktəbdə uşaqlarının uğur qazanmasına təsir edəcək qabiliyyətləri olmadığına görə valideynlər öz köməklərini təklif etmək istəmirlər. PİSA məlumatlarının analizindən gələn yaxşı xəbər ondan ibarətdir ki, fərq yaratmaq üçün nə valideynin fəlsəfə doktoru olmasına, nə də sonsuz sayda saatlar sərf etməsinə ehtiyac var. Əslində, yaxşı oxumaq qabiliyyətinə yiyələnmək üçün valideyn-şagird fəaliyyətlərinə nisbətən az vaxt lazım gəlir, xüsusi bilik səviyyəsinə də ehtiyac yoxdur. Buna lazım olan isə əsl maraq və bir də fəal iştirak etməkdir".
Yaşadığımız dövr sürət, həm də sürətli dəyişikliklər dövrüdür. Pedaqoji fəaliyyət də zamanın tələblərini nəzərə almalıdır. İndi valideynlər uşaqlarını keçmişdə olduğu kimi "əti sənin, sümüyü mənim" deyib müəllimlərin ixtiyarına vermir, onlar övladları üçün ən yaxşı məktəb və müəllim axtarır və onlardan çox şey gözləyirlər. Vəziyyətdən məmnun olmayan valideynlər məktəbi dəyişməyə də cəhd edirlər. Ona görə də, müəllimlər dərs deməyə başladığı sinfin bütün valideynləri ilə ya şəxsən, ya da müxtəlif formalı yazışma ilə, ən yaxşısı da məktubla əlaqə saxlayıb, işlədiyi məktəbin hədəfləri, özünün təhsili, iş təcrübəsi, mümkündürsə, yetrimələri, iş üslubu və tələbləri haqqında məlumat verməlidirlər. Tədris ili boyunca bu tanışlıq daha da dərinləşməli və təlim-tərbiyə prosesinin hərəkətverici qüvvəsi olan səmimi, faydalı əməkdaşlığa çevrilməlidir.
Məlum pedaqoji düsturda deyildiyi kimi, "müəllim öyrənərək öyrətməli, öyrədərək öyrənməlidir". Ailə və valideynlər müxtəlif olduqları kimi, onların məktəb, müəllim və övladlarının tərbiyəsinə, təhsilinə münasibətləri də fərqlidir. Təcrübə göstərir ki, bəzi valideynlər heç övladlarının hansı sinifdə oxuduğunu da bilmir. Bunların heç biri müəllimə haqq qazandırmır ki, ailə ilə əlaqəsini kəssin. Avraam Linkolnun dediyi kimi, "Bu gün biganəlik göstərməklə sabahın məsuliyyətindən yaxanı qurtara bilməzsən".
Hərbi xidmət borcunu yerinə yetirən övladlarımız haqqında xidmət etdikləri hissə rəhbərliyi tərəfindən göndərilən təşəkkür məktubu bizləri nə qədər sevindirib, qanadlandırır! Eləcə də, valideyn öz övladını nə qədər tanısa da, müəllim və ya məktəb direktorunun fikirləri onun üçün daha maraqlı və əhəmiyyətlidir.  
Müəllim məktublarında ayrı-ayrı şagirdlərin uğurları, onların yaş dövrlərinə uyğun olaraq formalaşması, maraq və meyilləri haqqında ciddi müşahidələrə əsaslanan tutarlı məlumatlar öz əksini tapmalıdır. Hər şeydən əvvəl isə valideynlərin pedaqoji ədəbiyyat oxumadıqlarını nəzərə alaraq, təlim-tərbiyə haqqında görkəmli pedaqoqların fikirlərinin də məktublarda yer almasına çalışmaq lazımdır. Bu, həm müəllimin mütaliəsi haqqında müsbət təəssürat yaradar, həm də bu və ya digər məsələyə valideynin inamını artırar. Ona görə də, müəllimin pedaqoji ədəbiyyat mütaliəsi davamlı olmalıdır.
Məktublar pozitiv notlara köklənsə, daha faydalı olar. Çalışmaq lazımdır ki, məktublar ailədə valideyn-uşaq qarşıdurması yaratmasın. Məsələn, məktubda haqqında yazdığın şagirdin dərsə münasbətinin kifayət qədər olmadığını bildirmək istəyirsənsə, məktubu dərhal bu məsələ ilə başlamaq məsləhət deyil. Valideynə nəzakətlə müraciətdən sonra şagirdin müsbət cəhətlərindən qısaca da olsa, məlumat verib, nəzərə çatdırmaq istədiyin problem haqqında narahat olduğunu, onun müsbət həlli üçün valideynin köməyinə ehtiyac duyduğunu ifadə etmək daha məsqədəuyğundur. Məktubu "Sizin köməyiniz və bizim səyimizlə bu kiçik problemin tezliklə həll olunacağına ümid edirik" kimi müsbət fikirlərlə tamamlamağı da unutmaq olmaz. Elə məsələlər ola bilər ki, onları məktubla deyil, üzbəüz söhbətlə həll etmək lazım gələr.
Şagirdlərin maraq və meyilləri haqqında valideynlərlə fikir mübadiləsi aparmaq olar. Təcrübə göstərir ki, şagirdlər bəzən valideynlərin təkidi ilə istəmədikləri peşə istiqamətinə yönəlməli olurlar. Sinif rəhbəri bu sahədə araşdırma aparıb şagirdin öz istəyi və qabiliyyətinə uyğun peşə seçməsinə kömək edə bilər. Məsələn, bu mövzuda belə bir məktub yazıla bilər:
"Hörmətli valideyn, sizin oğlunuz, mənim ən fəal şagirdlərimdən biri Rövşəni siz həkim kimi görmək istəyirsiniz və bunun üçün hər şeyi edirsiniz. Məlumat üçün deyim ki, apardığım rəy sorğusu və fərdi söhbət zamanı məlum olub ki, o, heç də həkim olmaq istəmir. Gələcək peşəsi haqqında hələ qəti qərarı da yoxdur, ancaq neçə illik pedaqoji təcrübəmə və Rövşənin fənlərə münasibətini müşahidələrimə əsasən deyə bilərəm ki, mən onu gələcəkdə gözəl bir ingilis dili mütəxəssisi, gələcək diplomat kimi görmək istərdim. Əksər tədbirlərdə mən onun ingilis dilində gözəl şeir dediyinin, təqdimatlar verdiyinin şahidiyəm. Əminəm ki, təklifim haqqında fikirləşib, qərarınızı bizə də bildirəcəksiniz. İmkanınız olarsa, sizinlə məktəbimizdə görüşüb, digər fənn müəllimlərinin fikirlərini də nəzərdən keçirmək istərdim"...
Valideynlərə yazılan məktublar son dərəcə diqqətlə, ölçülüb-biçilib, aydın, başa düşülən üslubda yazılmalıdır. Xüsusilə, elektron formatda hərflərin düzgün seçilməsinə diqqət yetirilməlidir. Müəllimə yazısında ən kiçik səhvə belə yol vermək yaraşmaz.
Malik olduğumuz bilik, təcrübə və pedaqoji taktımızdan maksimum istifadə edərək, ən qiymətli varlığını - övladının gələcəyini bizlərə etibar etmiş valideynləri təlim-tərbiyə prosesinin seyrçiləri deyil, bu işin məsuliyyətli tərəfdaşları və fəal iştirakçıları kimi görək. Unutmayaq ki, gələcəyimizin necə olması bu əməkdaşılığın keyfiyyətindən asılıdır.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:77
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 17 Noyabr 2024 23:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Landmark” bu dəfə Sahil Bababyevin idarəçiliyinə keçdi

21 Oktyabr 2025 11:26see287

Yarım əsrimə qədəm qoydum

21 Oktyabr 2025 20:33see242

La Liqa ABŞ da keçiriləcək “Barselona” “Vilyarreal” matçının ləğv edildiyini açıqlayıb

22 Oktyabr 2025 00:15see234

AZAL da yarıtmaz idarəçilik, yoxsa... Təyyarələrdə yaranan problemlər nəylə bağlıdır? (VİDEO)

21 Oktyabr 2025 09:20see210

Türkiyədə FETÖ əməliyyatı : 286 nəfər saxlanıldı

22 Oktyabr 2025 06:53see192

Təl Əvivdən Bakıya reyslər bərpa edilir

21 Oktyabr 2025 19:39see182

3 boksçumuz da qalib oldu

22 Oktyabr 2025 10:54see173

Toyuq əti və yumurta bahalaşacaq SƏBƏB BUDUR KONKRET

22 Oktyabr 2025 12:02see173

Xaricdə saxta təhsil: Valideynlər xəbərsiz, tələbələr savadsız EKSPERT RƏYİ

21 Oktyabr 2025 05:43see171

Dabaq xəstəliyi xaricdən gətirilən ət məhsullarına tələbatı artırdı (VİDEO)

21 Oktyabr 2025 23:40see164

Azərbaycan ötən ay genişzolaqlı internetin orta sürətinə görə Cənubi Qafqazda liderliyini saxlayıb

21 Oktyabr 2025 13:54see163

Bakı Tehran: yeni etimad mərhələsi

22 Oktyabr 2025 09:59see154

“Həyatın mənası yaşla necə dəyişir? Yeni tədqiqat

21 Oktyabr 2025 15:52see153

Naxçıvan məktəblisi “Statistik olimpiada”nın qalibi olub

21 Oktyabr 2025 03:36see153

Fransada tornado nəticəsində 1 nəfər ölüb, xəsarət alanlar var

21 Oktyabr 2025 03:34see134

Atletiko ya can verməyən Qarabağ Atletik in də öhdəsindən gələ bilər

21 Oktyabr 2025 17:36see133

Suriya universitetlərində Türk dili və Ədəbiyyatı bölümü YARADILIB

22 Oktyabr 2025 16:35see128

Ruslar Çin avtomobillərindən narazılıq edirlər...

21 Oktyabr 2025 23:06see127

Daha 8 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

21 Oktyabr 2025 17:38see126

VK sədri Dünya Məktəbinin şagirdləri ilə görüşüb FOTOLAR

22 Oktyabr 2025 10:52see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri