Icma.az
close
up
RU
Rahib Alpanlı Təhsildə təfəkkür

Rahib Alpanlı Təhsildə təfəkkür

Icma.az, Yeniavaz portalına istinadən məlumatı açıqlayır.

“Təfəkkür” insanın dərindən fikirləşmək, düşünmək, nəticə çıxarmaq bacarığı kimi şüurun obyektiv varlığı əksetdirmə prosesində xüsusi pillə olmaqla insanın təkcə ətraf mühiti dərk etməsində deyil, onun özünü dərk etməsində də çox mühüm rol oynayır. Psixoloji təbirlə “təfəkkür dərk etmə səviyyəsinin keyfiyyətcə yeni və daha yüksək  mərhələsidir... Duyğu, qavrayış və təsəvvürlərin əhatə edə bilmədiyini təfəkkür əhatə edə bilir”. 
Təfəkkürlə bağlı ayələrlə zəngin olan Qurani-Kərimin Əl-Ənam surəsinin 50-ci ayəsində bu məsələnin əhəmiyyəti çox aydın şəkildə şərh edilmişdir:  “De: ”Kor görənlə bir olarmı? Məgər düşünmürsünüz?”
Müxtəlif dillərdə, o cümlədən ana dilimizdə tez-tez işlənən, tövsiyə və təsəlli xarakterli “Sonrakı peşmançılıq fayda verməz”, “Ehtiyatlı igidin anası ağlamz” kimi atalar sözləri bəlkə də dərindən düşünməyin, məntiqi, tənqidi təfəkkürün sınaqdan çıxmış dəyərinin bariz nümunələridir. 
Təhsildə təfəkkür dedikdə onun müəllim - öyrədən və şagird, tələbə - öyrənən tərəfindən dərk edilib yaşanması nəzərdə tutulur. Sürətlə dəyişən və dəyişdikcə də yeni-yeni problemlər yaradan müasir dünya istər lokal, istərsə də qlobal təhsilin qarşısında ağır vəzifələr qoymuşdur.
Son zamanlar hər yerdə təhsil problemlərinin həllinin ancaq məktəb və müəllimdən gözlənilməsi, bu işdə ailə və ictimaiyyətin rolunun arxa plana keçirilməsi, hətta unudulması müəllimlərdən daha yüksək peşə hazırlığı, mükəmməl elmi-metodiki səviyyə tələb edir.
Yaşadığımız 21-ci əsr şagirdi öz maraq dairəsi, həyata baxışı, gələcəyə münasibəti, öyrənmə məqsədi və s.-lə müəllimin hərtərəfli hazırlığı üçün sınaq meydanına bənzəyir. Dünya nə qədər rəqəmsallaşsa da, süni intellekt nə qədər qol-qanad açıb bəzi peşələri siləcəyi ilə hədələsə də, işinin içərisinə ürəyini qoyan müəllimi əvəz edə bilməyəcək.
Süni intellektlin bütün vasitələrinin də “müəllimi” var. Onları da insan “qidalandırır”. Ona görə də, müəllim həm onlardan səmərəli istifadə etməyi, öz işini zamanın tələblərinə uyğun qurmağı, həm də peşə fəaliyyətinə bu prizmadan baxmağı öyrənməlidir. Bu çətin və əhəmiyyətli vəzifə isə təfəkkür etmədən mümkün deyil.
***
İnsan nə qədər azad olsa da, daxilində onu müəyyən hərəkətlərdən çəkindirən, yaxud həvəsləndirən bir qüvvə, nəzarət sistemi var. Allah aşiqi Yunus Əmrə bu sirri nə gözəl ifadə etmişdir:
“...Süleyman quş dilin bilir dedilər,
Süleyman var Süleymandan içəri...”
Peşəsindən asılı olmayaraq hər bir insan öz fəaliyyətini təfəkkür süzgəcindən keçirmədən təkmilləşə bilməz. Bəzən bu mürəkkəb proses qeyri-ixtiyari şəkildə baş  verir. Məsələn, bir adama layiq olduğu tənqidi sözləri deyəndə belə, çox keçmədən daxili bir etiraz səsi eşdirsən: “Deyəsən, həddimi aşdım axı!” Qarşı tərəfdən üzr istəməyə ehtiyac da məhz bu zaman yaranır. Və nə yaxşı ki yaranır.
***
Süni intelekt yüklü “müəllimlər” əsl müəllimdən yüksək çox işlər görə biləcək. Lakin öz işinə tənqidi münasibət bəsləmək, onu təfəkkür tərəzisində ölçüb, müvafiq nəticə çıxarıb daha mükəmməl formada tətbiq etməkdə onların canlı müəllimlə yarışa biləcəyinə inanmıram.
Pedaqoji təfəkkür öz mahiyyətinə - ikitərəfli olmasına görə fərqlənir. O, müəllim qədər, öyrənənlər üçün də əhəmiyyətlidir. Müəllim peşə hazırlığını, pedaqoji taktını inkişaf etdirməyin qayğısını çəkməklə yanaşı öyrənənlərin də təfəkkürünü inkişaf etdirməyə, onu fasiləsiz təhsilin hərəkətverici qüvvəsinə çevirməyə calışmalıdır.
***
Təfəkkür aləminə səyahət qapısının açarı “Niyə?” sualıdır. İstər müəllim, istərsə də öyrənənlər bu sirli sualın cavabını axtarmaqla dalır təfəkkür dünyasına. Tarix də bu məsələdə əliboş deyil. Kiçik yaşlarında o qədər də “zəkalı” olmayan, “məktəbə, xüsusilə də riyaziyyata nifrət edən”, hələ məktəbli ikən “insanlar işıq sürətilə yerisəydilər nə olardı?” - sualını düşünən Albert Eynşteyni təfəkkür dünyasının yolçusu edən elə “Niyə?” sualı olmuşdur:
“Albert beş yaşında olanda atası ona bir kompas vermişdi. Bu cihazın iynəsinin həmişə eyni istiqamətə - şimala yönəldiyini görəndə marağı aşıb-daşırdı. Atası və əmisindən iynənin hərəkətinin səbəbini soruşardı. Onların maqnit və cazibə qüvvəsi haqqında dediklərini anlamaq azyaşlı üçün çətin idi. Buna baxmayaraq o, bu sirlər haqqında düşünməyə davam edirdi. Sonralar o, bunların arxasında gizli bir şey hiss etdiyini deyirdi”. 
***
“Niyə?” sualı ilə başlanan təfəkkür zənciri bu gün də aktualdır.
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) “Təhsil və bacarıqların gələcəyi-2030” layihəsinin izahat vərəqi gələcək nəsillərin təhsili və gələcək iş həyatına hazırlanması üçün narahatlıqla dolu bu cümlələrlə başlayır:  “Şagirdləri hələ yaranmamış iş yerləri üçün necə hazırlaya bilərik, onlara hələ təsəvvür edə bilmədiyimiz sosial problemlərin öhdəsindən gəlməyi, hələ kəşf olunmamış texnologiyalardan istifadə etməyi necə öyrədə bilərik?”
Əsas məqsədi günümüzün qlobal gənc nəslini “qeyri-müəyyən” gələcəyə kökləməkdən ibarət olan sənəddə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) Təhsil və bacarıqlar üzrə direktoru Andreas Şleyxerdən də gözəl bir sitat da öz əksini tapmışdır: “Təhsil artıq öyrənənlərə təkcə nəyisə öyrətməkdən ibarət deyil; getdikcə mürəkkəbləşən, dəyişkən və qeyri-müəyyən dünyada öz yollarını tapmaları üçün onlara etibarlı kompas və naviqasiya alətlərindən istifadə etməyi öyrətmək daha vacibdir. Təxəyyülümüz, şüurumuz, biliyimiz, bacarıqlarımız və ən əsası ortaq dəyərlərimiz, intellektual və mənəvi yetkinliyimiz, məsuliyyət hissimiz bizə dünyamızı daha yaxşı bir yerə çevirməkdə bələdçilik edəcək”.
Bu beynəlxalq sənədin yeddi mərhələdən ibarət “Tədris kompasında” (Learning Compass 2030) sonuncu mərhələ  (AAR) - “Qabaqlama /Tədbir alma → Fəaliyyət → Təfəkkür  (Anticipation → Action → Reflection) dövriyyəsindən ibarətdir.
Anticipation →Action → Reflection (AAR) dövriyyəsi elə bir öyrənmə prosesidir ki, bu zaman şagirdlər davamlı olaraq düşüncələrini təkmilləşdirir, məqsədyönlü və məsuliyyətli fəaliyyət göstərirlər.
“Qabaqlama /Tədbir alma (Anticipation) mərhələsində öyrənənlər bu gün görülən tədbirlərin gələcək üçün hansı nəticələri verə biləcəyini nəzərə alaraq məlumatlı olurlar.
Fəaliyyət (Action) mərhələsində öyrənənlər öz rifahları üçün tədbir görmək iradə və qabiliyyəti qazanırlar.
Təfəkkür (Reflection) mərhələsində şagirdlər fərdi, ictimai və ətraf mühitin rifahı naminə düşünmə qabiliyyətlərini təkmilləşdirirlər
Nəzərdə tutulan gələcək yönümlü tədris proqramlarında ediləcək ikinci dəyişiklik məhz mövzuların dərin düşünmə və təfəkkür etmə aşılayıcısı olmasıdır.
Yeri gəlmişkən, bu sənəd Azərbaycan pedaqoji mətbuatında ətraflı təhlil olunmayıb.
***
Şagirdlərdə məntiqi və tənqidi təfəkkürü inkişaf etdirmək üçün hər fənnin özünəməxsus imkanları var. Bu imkanlardan istifadə edərək onları həyəcanlandırmaq, fasiləsiz, müstəqil öyrənməyə həvəsləndirmək mümkündür. Şagirdlərdə dərslərin əvvəlindən başlamış son dəqiqəsinə qədər hər anı dəyərləndirmək, qədrini bilmək bacarığı aşılamaq müəllimin diqqət mərkəzində olmalıdır. Nəyi öyrənmək və niyə öyrənmək təfəkkürü elə müəllimin nəyi və niyə öyrətmək təfəkkürü ilə paralel olmalı, şagirdlərin fasiləsiz təhsilinə istqamətlənməlidir. Düşünərək, təfəkkür edərək öyrənən şagirdin repetitor “qaşığına” ehtiyacı olmaz. Məktəb də öz tarixi global missiyasını bərpa edər. Başı üzərində III Dünya müharicəsi kabusu dövr etməkdə olan planetimiz də rahat nəfəs alar.
Təfəkkür etməyin əhəmiyyətini bir daha Yunus Əmrənin şirin dilindənəbədiyaşar sözlərilə eşidək:
“Elm elm bilməkdir,
Elm özünü bilməkdir.
Sən özünü bilməsən,
Elm nəyə gərəkdir?”
P.S. Sitatların tərcüməsi müəllifə məxsusdur.
Rahib (Alpanlı) Sədullayev,
ADPU-nun Quba filialı filologiya kafedrasının baş müəllimi, qabaqcıl təhsil işçisi
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:183
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 27 İyun 2025 20:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda problem: Çətirlər yağış üçün yox, kondisioner suyu üçün açılır (VİDEO)

09 Avqust 2026 10:21see218

Tələbələr yaşamadıqları mənzilin kirayəsini ödəyirlər? − Video

09 Avqust 2026 11:17see218

Ən tələbkar üç BÜRC Güzəştə getmirlər

09 Avqust 2026 21:56see216

Xameneinin videosu köhnədir?

09 Avqust 2026 15:56see211

SOCAR KBR in meneceri Binəqədi 38 MMMC də dərəbəylik yaradıb…

10 Avqust 2026 11:11see210

Qəbul imtahanlarında yeni model: situasiya suallarının qiymətləndirilməsi nə qədər şəffafdır?

09 Avqust 2026 13:01see209

Koreya Futbol Assosiasiyası hakimlər üçün seks xidmətləri qalmaqalına görə üzr istəyib

09 Avqust 2026 04:11see202

DİN dən vətəndaşlara ÇAĞIRIŞ: Uşaqları nəzarətsiz qoymayın FOTO

09 Avqust 2026 16:40see187

Onlar alman cəmiyyətində qorxu yaratmağa çalışırlar Nazir

10 Avqust 2026 02:03see185

Sabir Rüstəmxanlının çin olan kədərli yuxusu...

10 Avqust 2026 07:00see184

Tramp: ABŞ İranla yarımçıq danışıqlar aparır

10 Avqust 2026 01:07see183

David Seliverstovun Gürcüstanda kazinoda dava saldı, antisemitizmdən dəm vurdu VİDEO

09 Avqust 2026 20:53see174

Ərdoğana sui qəsd hazırlayan FETÖ çülər saxlanıldı

10 Avqust 2026 22:34see173

Ceki Can Bakıda restoranda bu mahnını dinlədi VİDEO

11 Avqust 2026 00:53see168

Zaqatalanın icra başçısının sürücüsü qəzada öldü

10 Avqust 2026 00:31see163

“Sabah” “Orhus”un planlarını dəyişdi Liqa matçı təxirə salındı

09 Avqust 2026 21:14see163

Fidan: “Rusiya çıxılmaz vəziyyətə düşərsə, nüvə silahından istifadə edə bilər”

09 Avqust 2026 06:50see162

Çox ləzzətli məzə resepti

09 Avqust 2026 04:04see160

ABŞ Hörmüz boğazındakı gəmilərlə bağlı məlumat yayıb

09 Avqust 2026 06:34see156

Küçə lampalarını əvəz edə biləcək bitkilər yetişdirildi

11 Avqust 2026 02:18see154
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri