“Raket ehtiyatlarımız bir neçə illik müharibəyə kifayət edir” İran rəsmisi
Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.
İran parlamentinin yüksək vəzifəli üzvü ölkənin raket və pilotsuz uçuş aparatlarının ehtiyatlarının “bir neçə illik müharibə” üçün kifayət etdiyini bildirib.
Redaktor.az xəbər verir ki, bu barədə "Tasnim News Agency" məlumat yayıb.
Məlumata görə, İran parlamentinin milli təhlükəsizlik komitəsi sədrinin müavini Əlaəddin Borucerdi açıqlamasında ölkənin Ali Liderin göstərişi ilə ABŞ ilə danışıqlara başladığını bildirib.
O qeyd edib ki, parlament sədri Məhəmməd Bağır Qalibaf bu prosesi “dəyərli təcrübə” kimi idarə edir və danışıqların nəticə verəcəyinə ümid var.
Borucerdi vurğulayıb ki, “danışıq masası güzəşt və alçaldıcı yer deyil” və İranın mövqeyinin prinsipial olaraq qalacağını bildirib.
Bununla yanaşı, bəzi mənbələrə istinadən yayılan məlumatlarda Qalibafın ABŞ ilə danışıqlar qrupunun rəhbəri vəzifəsindən daxili fikir ayrılıqları səbəbindən istefa verdiyi iddia olunur.
Aminə ŞAHSUVARQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 29 Aprel 2026 11:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















