Ramana yeni yaşayış kompleksində tam təmirli, çıxarışlı mənzillər: 1 kv. metri 800 manatdan başlayır
Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən satışa çıxarılan, Bakının Ramana qəsəbəsində yeni yaşayış kompleksində yerləşən tam təmirli, istifadə edilməmiş, çıxarışlı mənzillərin qiyməti bazar dəyərindən daha ucuz olmaqla, 1 kv. metri 800 manatdan başlayır.
https://www.youtube.com/watch?v=vdVWdh0REPg
Hər biri 3 və 4 otaqlı olan bu mənzilləri banklara müraciət edərək ipoteka krediti ilə də almaq mümkündür. Mənzillərin satışı ms.sosial.gov.az portalı üzərindən onlayn qaydada həyata keçirilir.
Bu portala daxil olaraq Nazirliyin satışa çıxardığı, Bakının Ramana və Ümid qəsəbələrində, Abşeron və Samux rayonlarındakı yeni yaşayış komplekslərindəki mənzillərlə tanış olmaq və onları bron edərək almaq olar.
Onu da bildirək ki, bu mənzillərin satışdan əldə olunan vəsait ölkəmizin digər bölgələrində şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzil və fərdi evlə təminatına yönəldilir.
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 04 Noyabr 2025 16:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















