Icma.az
close
up
RU
Menu

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

Ən çox qazanan televiziya aktyorları...

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

Bu ilin büdcəsində niyə profisit yaranıb?

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

Bu ərazidə yeni üç mərtəbəli məktəb TİKİLƏCƏK 9 milyonluq LAYİHƏ

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

Ramazan boyunca İnam verilişi ilə qəlblər işıqlandı

Ramazan boyunca İnam verilişi ilə qəlblər işıqlandı

525.az saytına istinadən Icma.az xəbər verir.

Ramazan ayı İslam dünyasında xüsusi mənəvi əhəmiyyətə malik olan, insanların daxili aləmlərinə yönəldiyi, səbr, mərhəmət və paylaşma kimi dəyərlərin ön plana çıxdığı mübarək bir dövrdür. Bu müqəddəs ay ərzində “Space” telekanalında yayımlanan Azərbaycanın milli və mənəvi dünyasının aynası olan “İnam” verilişi özünəməxsus məzmunu ilə seçilərək tamaşaçılara Ramazanın gözəlliklərini daha yaxından təqdim edir. Bu il də “İnam” verilişi öz ənənənəsinə sadiq qalaraq müqəddəs Ramazan ayı boyunca hər gün imsaka və iftara doğru canlı efirdə oldu. Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəylinin rəhbərliyi ilə ay boyunca Ramazan ayının mahiyyəti müxtəlif aspektlərdən izah olundu. İbadətin yalnız oruc tutmaqdan ibarət olmadığı, eyni zamanda insanın nəfsini tərbiyə etməsi, pis vərdişlərdən uzaqlaşması və mənəvi cəhətdən saflaşması kimi məqamlar xüsusi vurğulandı. “İnam” verilişi bu mövzuları sadə və anlaşıqlı dillə təqdim edərək geniş auditoriyaya çatdırmağı bacardı. Verilişə dəvət olunan tanınmış mənəviyyat adamları, ictimai xadimlər, zilayılar Ramazanın fəzilətləri, bu ayın rəhmət, şəfqət ayı olaraq insanlarımıza, xüsusilə gənclərimizə düzgün təbliğ edilməsi missiyasını öz üzərinə götürdü.

Ölkədə insanların milli-mənəvi dəyərlərə köklənməsinə, cəmiyyətin aydınlanmasına və maariflənməsinə öz tövhəsini verən “İnam” tanınmış mədəniyyət xadimləri, sənət adamları ilə birgə insanlara doğruluğun aydın yolunu göstərmək, haqq ilə batili bir-birindən ayırmaq, Allah yolunda tutulan orucun vacibliyi, oruc tutan insanın həm mənən saflaşdığı, pisliklərdən, bəd əməllərdən, qeybətdən uzaq dayandığı, həm də fiziki cəhətdən sağlamlaşdığı barədə məlumatlandırdılar. “İnam”ın bu layihəsində Azərbaycanın tanınmış siyasi, ictimai xadimləri, şair və yazıçıları, ilahiyyatçıları Ramazan ayının fəzilətindən irəli gələrək düşüncələri ilə insanların mənəvi dünyasına  işıq saldı. Ölkənin dini mühitinə mesajlar verilir, gənc nəslə kənar təsirlərdən uzaq olmaq, dini mühitdə fitnə-fəsada yer olmadığı bir daha dilə gətirildi. 

“İnam” verilişi Ramazan ayı boyunca efirdə olmaqla təkcə dini mövzuları işıqlandırmadı, həm də insanları yaxşılığa, mərhəmətə və birlik ruhuna səslədi. Bu proqram tamaşaçıların qəlbində müsbət iz buraxaraq onların həyatına mənəvi dəyər qatdı və Ramazan ayının əsl ruhunu daha geniş şəkildə hiss etməyə kömək etdi.

Hər il yüzlərlə vətəndaş Ramazan ayında oxunan Quranların xətmini “İnam” verilişinə həvalə edir. Bu Azərbaycanın dini mühitində bir ilk sayılır və  insanların verilişə olan inam və etimadıdır. İnsanlar oxuduqları Quran kəlamlarının məhz “İnam”ın işığında xətm olunmasını istəyirlər.
Bütövlükdə Seyid Camal Əzimbəyliinin rəhbərliyi ilə "İnam" komandası gecə-gündüz bilmədən, hətta telekanalın binasından çıxmadan gələn on minlərlə sualı hətta yazılı şəkildə cavablandırmağa çalışdı. Hamıya bəllidir ki,  bu sualların hamısını efir vasitəsilə cavablandırmaq mümkün deyil.
Beləliklə, "İnam"ın timsalında dünya Azərbaycanda tolerantlığın, vəhdətin nümunəsini bir daha görmüş olur. "Space" televiziyası isə "İnam" verilişinə geniş efir imkanı yaratmaqla Azərbaycanın dövlət-din siyasətinə dəstəyini vermiş olur.

Seyid Camal Əzimbəyli deyir ki, o,  Azərbaycan gənclərinin milli və mənəvi baxımdan yad düşüncələrin təsiri altına düşmələrini əngəlləmək istiqamətində bu yola çıxıb. Qloballaşan dünyada Azərbaycan dövlətinin milli maraqlarına xidmətin əhəmiyyətini insanlarımıza, xüsusilə də inanclı cavanlarımıza düzgün, elmi formada təbliğ etmək niyyəti ilə bu işə başlamışıq:

“Bu veriliş tək dini deyil, həm də mənəvi dəyərlərimizin, Azərbaycanda şəhidlik və qazilik müəssisəsinin cəmiyyətə, topluma aşılanmasına və gənclərimizin vətənpərvərlik ruhuna köklənməsinə xidmət edir. Valideynlərin əksəriyyəti övladlarının "İnam" verilişinə baxdıqdan sonra şəhidliyə, vətənə cani-könüldən daha da bağlı olduqlarını söyləyirlər. Odur ki, apardığımız mücadilədə az da olsa xidmətimizin olması sevindirici haldır. Düşünürəm ki, mənəvi dəyərlərimizlə bağlı proqramların çoxalması Azərbaycan dövlətçiliyinin və milli təhlükəsizliyinin mühafizəsi qədər vacibdir. Ölkəmizdə milli-dini dəyərlərin həqiqi təəssübkeşi cənab İlham Əliyev olduğuna inanaraq, biz bu layihəmizi uğurla həyata keçirməyi bacardıq. Ümumiyyətlə, "İnam" verilişinin görəcəyi böyük işlər hələ qarşıdadır. İnanıram ki, yeni rəhbərliklə "İnam" verilişini və onun auditoriyasını daha da böyüdə biləcəyik. Xalqın inamını qazanmış veriliş olaraq vətən, dövlət, din siyasətinin topluma aşılanması üçün daha böyük potensialımızı ortaya qoymağa çalışırıq. Ailəmlə, həyat yoldaşım, "İnam" verilişinin redaktoru Sevinc Əzimbəyli ilə bərabər, çiyin-çiyinə islami dəyərlərin qorunmasına və təbliği istiqamətində yorulmadan mücadiləmizi davam etdiririk. İslami maarifləndirməni, islamın gətirdiyi qaydaları, onun təməl prinsiplərini, vətənpərvərlik hisslərinin gənclərə doğru bir şəkildə aşılamaq əsas məqsədlərimdəndir. Ölkədə milli-mənəvi dəyərlərə köklənən verilişlərin olması, cəmiyyətin aydınlanması və maariflənməsi olduqca mühüm məsələdir”.

Qürurverici haldır ki, başqa ölkələrdə yaşayan həmvətənlərimiz, eləcə də müsəlman aləmi "İnam" verilişi vasitəsilə Azərbaycanda dinin doğrularının rahatlıqla izləyə bilirlər. "İnam" dövlət-din münasibətlərinin möhkəmlənməsində müstəsna rol oynayır. Dünyəvi dövlət olmasına baxmayaraq, dini dəyərlərin əsl himayəçisinin Azərbaycan dövləti, Prezident İlham Əliyevin olduğunu dünyaya göstərə bilir.
İslam dininin doğrularını olduğu kimi xalqımıza yüksək peşəkarlıqla çatdıran “İnam” verilişi din və dövlət münasibətlərinin möhkəmlənməsi yolunda uğurlu maarifləndirmə işini təşkil edə bilib. Bu işin daha geniş auditoriyaya çatdırılması istiqamətində yaradılan şərait “İnam”ın dövlət-din münasibətlərinə verdiyi növbəti töhfədir.   

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin şöbə müdiri Yadigar Məmmədlinin sözlərinə görə, "İnam" verilişi Ramazan ayı boyunca həm iftar ərəfəsində, həm də sübh (imsak) vaxtında yayımlanır və bu, özlüyündə olduqca mütərəqqi bir haldır: “Azərbaycanda dini maarifləndirmə sahəsində boşluqlar olduğu bir dövrdə, "İnam" özünə məxsus yer tutaraq cəmiyyətdə sanki bir vəsiqə qazanıb. Verilişin ərsəyə gəlməsində aparıcı və rəhbər Seyid Camal  Əzimbəylinin və redaktor Sevinc Əzimbəylinin və bütün "İnam" komandasının xüsusi xidmətləri və böyük əməyi var. Veriliş təkcə dini mövzularla və Quranla məhdudlaşmır. Burada əxlaq, vicdan və etiqad məsələlərinə geniş yer verilir ki, bu da cəmiyyətin maariflənməsi üçün çox vacibdir. Proqrama həm din xadimləri, həm də cəmiyyətdə tanınmış müğənnilər, şairlər, jurnalistlər və gənclər dəvət olunur. Bu müxtəliflik verilişin formatını daha maraqlı və əhatəli edir. Veriliş Azərbaycanın dünyəvi və sekulyar dövlət quruluşuna, həmçinin qanunvericiliyə uyğun şəkildə fəaliyyət göstərir. Müstəqilliyin ilk illərindən bəri ölkədə yaranmış dini boşluqlardan müxtəlif xarici missioner təşkilatların istifadə etməyə çalışdığını nəzərə alsaq, belə yerli maarifləndirici verilişlərin rolu əvəzsizdir. Ramazan ayı mərhəmət, birlik və humanizm ayıdır. "İnam" verilişi də bu dəyərləri rəhbər tutaraq hər il öz əhatə dairəsini genişləndirir və keyfiyyətini artırır”. 

Millət vəkili Ceyhun Məmmədov deyir ki, hər il olduğu kimi bu il də "İnam" verilişi çoxsaylı izləyicilərin diqqətini özünə cəlb etdi.  Ötən il olduğu kimi bu il də verilişə çoxsaylı telefon zəngləri, müraciətlər oldu. Bu da onu göstərdi ki, Azərbaycan xalqı özünün inancına, milli-mənəvi dəyərlərinə, adət - ənənələrinə bağlıdır.  Bu ənənələr postsovet dövründə nə qədər sıradan çıxarılmaya çalışılsa da qorunub saxlanılıb. Bu gün də xalqımız bu dəyərləri yaşadır və illər sonra da yaşadacaq. Ölkədə Prezident səviyyəsində bu dəyərlərə və onun qorunmasına xüsusi diqqət göstərilir. "İnam " verilişinin uzun illər efirdə olmasının əsas səbəblərindən biri də Prezident İlham Əliyevin dəyərlərimizə göstərdiyi diqqət və qayğının bariz nümunəsidir: “"İnam" verilişi digər verilişlərdən fərqləndirən əsas cəhətlərdən biri dini dəyərlərin cəmiyyətə doğru-düzgün çatdırılmasıdır. Mövhumatın, xurafatın aradan qalxmasına dəstək olmasıdır. Ramazan boyunca biz xalqımızın bu ayı necə yaşamasının, islam dəyərlərinə necə bağlı olmasının şahidi olduq.  Bu dəyərlər doğurdan da bizim üçün çox qiymətli və dəyərlidir. "İnam" komandası bu dəyərlərin qorunması və təbliği istiqamətində üzərinə düşən vəzifəni  layiqincə yerinə yetirir.  Mən bu komandaya, “Space”  kanalının rəhbərliyinə öz təşəkkürümü bildirirəm.  Ekranda bir neçə nəfər görünsə də əslində arxada böyük bir konanda işləyir.  Bu heyyət günlərlə oyaq qaldı, verilişin yaxşı bir formada təqdim olunması üçün bütün imkanlarını səfərbər etdilər.  Verilişin aparıcısı Seyid Camal Əzimbəyli və onun həyat yoldaşı Sevinc Əzimbəylinin əməyi böyükdür. Onlar böyük bir fədakarlıq göstərib bur ay boyunca yatmadan yatmadan, dincəlmədən Azərbaycan xalqına xidmət etdilər.  Milli-mənəvi dəyərləri, İslamın gözəlliklərini xalqımıza çatdırdılar.  Ötən ilki Ramazanda olduğu kimi bu Ramazanda da izləyici rəğbətini qazana bildi, insanların ona göstərdiyi inam və etimadı doğrultdu. Həqiqi İslam dəyərlərlərini Azərbaycan xalqına çatdıra   bildi. Hesab edirəm ki, "İnam" verilişinin əsas fərqi və üstünlüyü də həqiqi  islam dəyərlərinin cəmiyyətə çatdırmaq və təbliğ etməkdir.  Bu yolda "İnam" komandasına uğur və müvəffəqiyyətlər arzulayıram".

Xalq artisti Samir Cəfərov bildirib ki, Azərbaycanda dini dəyərlərin düzgün təbliğatı məhz “İnam” verilişi, Seyid Camal Əzimbəylinin tərəfindən həyata keçirilir. Bu həm dövlət, millət, həm də Allah qarşısında çox böyük bir xidmətdir. “İnam” verilişində İslamın, gözəllikləri, dəyərlər, Ramazan ayının fəzilətləri və bu ayın əməlləri insanlara çatdırılır. Bu doğurdan da çox böyük və dəyərləndiriləsi işdir”.  

Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm Bəydəmirlinin dediyinə görə,  Ramazan ayı boyunca orucluq haqqında yetərincə danışıldı, yazıldı. Xüsusilə, Space tv-də,  dəyərli dostumuz Seyid Camal Əzimbəylinin aparıcılığı ilə yayımlanan  “İnam” verilişi  bu prosesə öz töhfəsini verir: “Əslində bütün bunlar  islami maarifçilik baxımından  mübət tendensiyadır. İslam mədəniyyətinin, xüsusilə, Ramazanın fəzilətinin geniş auditoriyaya çatdırılması effektiv nəticələri verir. İslam nuru orucluq mədəniyyətini formalaşdırmaqla bərabər Ramazanın sosial, fəlsəfi, tibbi mahiyyəti cəmiyyətə nümayiş  olunur”.

Sevinc Qarayeva 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:211
embedMənbə:https://525.az
archiveBu xəbər 28 Mart 2026 19:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see277

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see271

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see255

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see252

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see245

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see237

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see233

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see227

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see227

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see227

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see220

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see218

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see215

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

16 Noyabr 2026 20:15see214

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see212

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see202

Bu ərazidə yeni üç mərtəbəli məktəb TİKİLƏCƏK 9 milyonluq LAYİHƏ

16 Noyabr 2026 18:22see197

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see193

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see191

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

16 Noyabr 2026 23:35see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri