Icma.az
close
up
RU
Ramazan boyunca bu qidalardan uzaq durmaq lazımdır

Ramazan boyunca bu qidalardan uzaq durmaq lazımdır

Olke.az saytına istinadən Icma.az xəbər verir.

Ramazan ayında oruc tutan şəxslərin qidalanma rejimi sağlamlıq baxımından xüsusi əhəmiyyət daşıyır. Gün ərzində uzun müddət ac və susuz qalan orqanizm iftar və imsakda edilən səhv seçimlərə qarşı daha həssas olur.

"Ölkə.az" bildirir ki, mütəxəssislər bildirirlər ki, bəzi qidalar həm susuzluğu artırır, həm də halsızlıq, təzyiq dalğalanması və həzm problemlərinə səbəb ola bilər.

Xüsusilə duzlu qidalar oruc tutanlar üçün əsas risklərdəndir. Turşular, duzlu pendir və müxtəlif qəlyanaltılar orqanizmdə su itkisini artırır və gün ərzində güclü susuzluq yaradır. Bu isə insanın halsızlaşmasına və diqqətinin azalmasına səbəb olur. Həkimlərin sözlərinə görə, imsakda duzlu qidaların qəbulu gün boyu susuzluğu daha da şiddətləndirir. Qızardılmış və yağlı yeməklər də iftar süfrəsində ən çox edilən səhvlərdən biridir.

Yağda bişmiş ət, kartof qızartması və ağır xəmir xörəkləri mədəyə ağırlıq verir, köp və reflüks yaradır. Uzunmüddətli aclıqdan sonra bu tip yeməklər qəfil qəbul edildikdə həzm sistemi yüklənir və insan özünü yorğun hiss edir. Mütəxəssislər iftara əvvəlcə şorba və yüngül qidalarla başlamağı tövsiyə edib. Şəkərli və qazlı içkilər də oruc zamanı sağlamlıq üçün uyğun hesab edilmir. Bu içkilər qanda şəkərin sürətlə qalxmasına səbəb olur, lakin qısa müddətdən sonra enerji kəskin azalır və halsızlıq yaranır.

Bundan əlavə, qazlı içkilər köp və mədə narahatlığı yaradır. Onların əvəzinə su, kompot və ya təbii ayran daha faydalı sayılır. İftardan dərhal sonra həddindən artıq şirniyyat qəbul etmək də geniş yayılmış səhvlərdəndir. Şəkərli desertlər mədəaltı vəzə əlavə yük yaradır və zamanla çəki artımına gətirib çıxarır. Həkimlər şirniyyatın iftardan bir qədər sonra və az miqdarda qəbul edilməsini məsləhət görür.

Mütəxəssislər bildiriblər ki, orucu daha rahat keçirmək üçün menyuda tərəvəzlər, zülalla zəngin qidalar, qatıq məhsulları və tam taxıllar üstünlük təşkil etməlidir. Sahurda yumurta, yulaf və lifli qidalar uzun müddət toxluq hissi yaradır, kifayət qədər su qəbulu isə gün ərzində halsızlığın qarşısını alır. Düzgün qidalanma həm ibadətin rahat yerinə yetirilməsinə kömək edir, həm də orqanizmin enerji balansını qoruyur. (Sfera.az)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://olke.az
archiveBu xəbər 26 Fevral 2026 20:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see942

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see400

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see351

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see339

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see316

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see309

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see271

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see269

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see250

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see217

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see216

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see212

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see211

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see206

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see204

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see203

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see202

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see188

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see184

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri