Icma.az
close
up
RU
Ramazan və ailə

Ramazan və ailə

Icma.az xəbər verir, Yeniavaz saytına əsaslanaraq.


Ayların sultanı Ramazan əllərin dua ilə açılması, könüllərin sevgi ilə arınmasıdır. Xüsusilə də, ailə mühitində bu ibadətin ənginliklərinə baş vurmaq, ülvi bir aləmin nuruna boyanmaq həm daha zövqlü, həm də daha xoşdur. Ailə içində, ailə ilə birlikdə Allahın (c.c.) “Mənim ayım” buyurduğu Ramazanı ibadət iqlimində yaşamaq quşlar kimi qanad-qanada verib göy üzünə pərvazlanmağa bənzəyir. Ancaq, əlbəttə ki, ibadətin iki qanadı var, biri dillə, biri əməllə!
Ramazanda ailənin gündəlik ritmi dəyişir, gündüz yeməyi gedir, yerinə axşam yeməyi gəlir. İftar həyəcanı günün bayramına çevrilir. Hər kəs Allahımızın icazəsini gözləyir ki, əlini süfrəyə uzatsın.
Unutmayaq ki, gün boyu oruc tutmuş adama iftar süfrəsi açmaq özü də bir savabdır. Ancaq həm oruc tutmaq, həm də süfrənin hazırlanmasına kömək göstərmək savab içində savabdır. Ona görə də, ailə başçılarının bu işdə bir-birilərinə yardım göstərmələri, nümayiş etdirdikləri səmimiyyət heç özləri də bilmədən çox gözəl bir tərbiyə vasitəsinə çevrilə bilər.
Süfrə mədəniyyəti, daha doğrusu burada ailə fərdlərinin hər birinin yeri, yeməyin bölgüsü, yemək əsnasında böyüklərin gözaltı kiçiklərə göz qoyması xalqımızın vazkeçilməz ənənələrindəndir. Əgər mövsüm Ramazan, süfrə iftar süfrəsidirsə, onda ciddiyyət, məsuliyyət qat-qat artmış olur.
Təbii ki, süfrənin yuxarı tərəfi ailə başçısının yeridir. İftara bir neçə dəqiqə qalmış yeməklər düzülür və hər kəs süfrə başında yerini tutur. Bir azdan əzan səslənəcək, qapılar açılacaq, sanki “Buyurun” fərmanı gələcək və əllər Allahın verdiyi nemətlərə uzanacaq. Hələlik, o an gəlməyib və ailə başçısı əllərini qaldırıb dua edir: “Allahım, bizi doğru yol üzrə yaşayan bəndələrindən elə! Bizi öz mərhəmətindən ayırma! Peyğəmbərimiz Hz. Məhəmmədə (s.ə.s.) layiqli ümmət, Özünə layiqli qul elə! Gücümüzü artır, imanımızı artır, şükrümüzü artır, səbrimizi artır, Özündən başqasına yönəltmə, Özündən başqasına yalvartma! Sənə verdiyin nemətlərə görə deyil, tək Xaliq, tək Məbud olduğun üçün həmd edirik. Bizi xətalardan qoru, bizi günahlardan uzaq tut! Ey bu mübarək Ramazanda oruc tutmağı əmr buyuran Allahım, bu əmrini yerinə yeritməyi bizə nəsib etdin, bizi şərəfləndirdin, bu gözəlliyi, bu zövqü dadmayanlara da nəsib elə!..”
Sözsüz ki, bu dua bundan uzun və ya bundan fərqli də bilər. Ancaq dua mahiyyət etibarı ilə Allaha yönəliş olduğu üçün gözəldir. Əlbəttə ki, işin tərbiyəvi tərəfi də çox mühümdür. Belə ki, ailənin böyüyü dua etdikcə digər fərdləri də əl açıb, o duaya “Amin!” deyirlər. Və beləcə həm görür, həm də öyrənirlər...
Bəzən də sahura qalxırsınız və nə qədər həssas davransanız da, bir də görürsünüz ki, balacalar gözlərini ova-ova evin ortasında gəzişirlər ki, biz də oruc tutmaq istəyirik. Şübhəsiz ki, siz onların qəlbini qırmayacaqsınız. Onlar da sizinlə süfrə başında yerlərini tutacaqlar və mürgüləyə-mürgüləyə bir şey yeyəcəklər. Siz də onları yenidən yatmağa aparacaq və məsələn, deyəcəksiniz ki, siz yaşda uşaqlar günortaya qədər oruc tutsa, bəsdir. Əsas məsələ odur ki, onun o körpə eşqini, o körpə şövqünü qırmayasınız.
Ramazan sevgi atmosferidir, bərəkət mövsümüdür. Bütün varlığı ilə bu ibadətə təşnə olanlar onun zövqünü, bərəkətini yaşaya bilirlər. Allah (c.c.) xalqımızı bu mübarək ayın feyzi, bərəkəti ilə arındırsın. Könlümüzə də, evimizə də Ramazan ovqatlı gözəlliklər qatsın!
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:244
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 16 Fevral 2025 23:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see367

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see316

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see257

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see253

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see251

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see245

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see237

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see220

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see202

Azərbaycan millisi Litvanı qəbul edir YENİLƏNİR

04 Oktyabr 2026 08:15see194

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see191

Təkcə silahla yox, imanımız və canımızla... Cəbrayılı azad edən XTQ mayoru DANIŞDI

04 Oktyabr 2026 17:06see189

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see186

Onlar sevgilərini elan etdilər! İlk FOTO gəldi

04 Oktyabr 2026 13:32see184

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see184

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see178

Bakı bu gün öz keçmişi ilə “danışır”

04 Oktyabr 2026 15:01see172

Maks Ferstappen Malayziya Qran prisinin qalibi olub

04 Oktyabr 2026 14:54see160

İdmandan kənar: Sürətin arxasındakı həyat

04 Oktyabr 2026 08:48see160

Venera retroqrada başladı: Bu 4 bürc daha çox təsirlənə bilər

04 Oktyabr 2026 07:22see159
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri