Icma.az
close
up
RU
Ramazan və astronomiya

Ramazan və astronomiya

Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Həyətimizdə, soba qarşısında qonşulardan biri ilə söhbətləşirik.
Yaradılışın nizamından danışıram ona.
Maraqla dinləyir, hərdən yerli-yersiz, asan-çətin suallar verir.
Bu yazımı da ona danışıdıqlarımın əsasında yazdım…

Havaya çıxanda başımı qaldırıb Ayı axtarıram.
Ramazan başlayır deyə Ay nazilə-nazilə nazilir.
Ay bu gecə çox təvazökardır, zərif və incədir.
Amma 29 gün sonra Dolunay olacaq…

***
Ramazan dini təqvimdə bir aydır. 
Onun vaxtı göy cisimlərinin hərəkəti ilə müəyyən olunur.
Təqvimdəki bu ruhani ay eyni zamanda səma mexanikasının ayıdır, Ayın orbital mexanikası ilə başlayan bir zaman kəsiyidir. Bu, romantik bir ifadə deyil, riyazi həqiqətdir.

İslam təqvimi tamamilə Ayın sinodik hərəkətinə əsaslanır. Bir sinodik ay, yəni Ayın iki eyni faza arasındakı müddəti təxminən 29,53 gündür. Buna görə də Ramazan ya 29, ya da 30 gün çəkir.  

Hilalın görünməsi ilə ay başlayır. Burada məsələ Ayın doğması deyil, görünə bilməsidir. Bunun üçün Ayın Günəşdən bucaq məsafəsi, üfüq üzərində hündürlüyü və atmosfer şəraiti uyğun olmalıdır. Astronomiya burada təqvimin mexanizmini izah edir; din isə ona məna verir.

Ay ili 354 gündür. Günəş ili isə 365,24 gün. Aradakı təxminən 11 günlük fərq səbəbilə Ramazan hər il irəli çəkilir və təxminən 33 ildə bütün mövsümləri dolaşır. Bu, kosmik tarazlıqdır. Nəsillər arasında yük bölünür.

Tarix göstərir ki, İslam sivilizasiyasında astronomiya ibadət ehtiyacından doğub:

– Namaz vaxtlarının hesablanması
– Qiblənin təyini
– Ay fazalarının müşahidəsi

Bu ehtiyac riyazi trigonometriyanın inkişafını sürətləndirdi. Əl-Battani, Əl-Biruni, Nəsirəddin Tusi kimi alimlər sferik astronomiyanı sistemləşdirdilər. Onların işləri Avropa Rönesansına ötürüldü.

Yəni Ramazan təkcə mənəvi təcrübə deyil, o, həm də elmi mədəniyyətin katalizatorudur.
Ruhani ehtiyac elmi intizam yaratdı.
Burada daha dərin bir qat var.

Ramazan insanı kosmik ritmlə sinxronlaşdırır. Günəşin doğuşu və batışı ilə bədən saatı yenidən qurulur. Biz kosmosun içindəyik. Amma Ramazan ayında bunu daha kəskin hiss edirik. Sübh və məğrib vaxtları səma mexanikasının gündəlik göstəricisidir. Oruc tutan insan əslində Günəş və Ayın hərəkətinə uyğun yaşayır.

Qurani-Kərimdə zamanın və səmanın bu nizamı açıq şəkildə vurğulanır:

“Şübhəsiz ki, göylərin və yerin yaradılışında, gecə ilə gündüzün bir-birini əvəz etməsində ağıl sahibləri üçün dəlillər vardır”.
(Ali-İmran, 3:190)

Ay səssizdir. 
O, işıq saçmır; əks etdirir. 
Bu, güclü simvoldur. 
Ramazan da belədir, o, daxili işığı üzə çıxarma ayıdır. 
Ayın fazaları kimi insanın da fazaları var: doluluq, azalmaq, yenidən doğuş.

Astronomiya bizə ölçünü öyrədir. 
Ruhaniyyət isə məna verir.

Yaradılışın nizamını baxın bu ayə astronomiyanın mövzusunu necə göstərir.
Ay və Günəş haqqında belə buyurulur:

“O, Günəşi işıqlı, Ayı nur edən və illərin sayını və hesabı biləsiniz deyə ona mərhələlər təyin edəndir”.
(Yunus, 10:5)

Burada “hesab” sözü açıqdır. Ayın fazaları təqvimin riyazi əsaslarıdır. Ramazan da həmin “hesab”ın içində yerləşir.

Əgər ölçü yoxdursa, mistika xurafata çevrilir.
Əgər məna yoxdursa, elm mexaniki olur.
Ramazan bu iki sahəni birləşdirən nadir mədəni institutdur.
Quran zamanın kosmik ölçüsünü ifadə edir:

“Günəş və Ay müəyyən hesabladılmış ölçü ilə hərəkət edir”.
(ər-Rəhman, 55:5)

Bu “hesab” anlayışı təsadüfi deyil. 
Kainat xaotik deyil; ölçülü-biçilidir. 
Ramazan həmin ölçünün insan həyatına tətbiqidir.

Səma dəyişməz qanunlarla işləyir. 
Bəs biz necə?
İnsan isə dəyişə bilən varlıqdır. 
Ramazan kosmik sabitlik fonunda mənəvi transformasiya imkanı yaradır.

Ən sərt həqiqət də elə budur:
“Oruc tutan insan Günəş və Ayın hərəkəti ilə eyni vaxt mexanizminə tabe olur”.
Bu, kosmosla müqavilə kimidir.
Ramazan başlayır.
Ay isə öz orbitinə davam edir. 
İnsanoğlu da həmin orbitin ritmini qəbul edir.

“Həqiqətən, Allah yanında ayların sayı göyləri və yeri yaratdığı gündən bəri Allahın Kitabında on ikidir”.
(ət-Tövbə, 9:36)

Bu ayə zamanın kosmik mənşəyini təsdiqləyir. 
Zatən yaradılış nizamına bağlı olan təqvim insan icadı ola bilərmi?..

***
Ay orbitinə davam edir. 
Günəş öz trayektoriyasını saxlayır. 
Yer fırlanır.
İnsan isə bu nizamın içində özünü tərbiyə edir.
Astronomiya mexanizmi göstərir,
Quran isə mənanı.
Ramazan bu ikisinin kəsişmə nöqtəsidir…

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:192
embedMənbə:https://modern.az
archiveBu xəbər 17 Fevral 2026 21:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see327

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see309

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see298

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see285

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see279

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see275

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see265

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see247

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see245

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see239

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see238

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see237

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see236

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see231

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see225

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see224

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see217

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see193

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see186

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri