Ramil Həsənin yerinə təkrar deputat seçkisi keçirilməlidir HÜQUQŞÜNAS
Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ucarın deputatı Ramil Həsən bu il iyunun 12-də Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi seçilib. Bu səbəbdən deputat Milli Məclisdəki mandatına xitam verilməsi üçün Mərkəzi Seçki Komissiyasına müraciət edib. Oktyabrın 15-də onun deputat mandatına Mərkəzi Seçki Komissiyası tərəfindən xitam verilib.
Oktyabrın 15-dən sonra ucarlılar deputatsız qalıb. Qanunla bundan sonra ucarlıları Milli Məclisdə kimin təmsil etməli olduğu maraq doğruran məsələdir.
Modern.az-a açıqlamasında hüquqşünas, sabiq deputat Çingiz Qənizadə bildirib ki, qanunla 91 saylı Ucar seçki dairəsində yenidən seçki keçirilməlidir:
“Hələ parlamentin bitməsinə 4 il qaldığına görə həmin yerdə seçkilər keçirilməlidir. Seçkilərdə qalib gələn yeni namizəd ərazini təmsil etməlidir. Amma Azərbaycan təcrübəsində bəzən elə olur ki, seçkilər keçirilmir. Bəzən seçki dairəsinin nəticələri ləğv edildikdə belə 5 il müddətində həmin dairə deputatsız qalır”.
Ç.Qənizadənin fikrincə, ucarlılar yaxın ərazilərin deputatlarına müraciət edə bilərlər:
“Hesab edirəm ki, Ucar sakinləri dairədənkənar, yəni Ucara yaxın hesab edilən ərazinin deputatlarına müraciət edə bilərlər. Konkret 91 saylı Ucar seçki dairəsində təkrar seçki keçiriləcəyini isə mən deyə bilmərəm”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:48
Bu xəbər 01 Noyabr 2025 14:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















