Icma.az
close
up
RU
Azərbaycanın yeni milyardlıq planı: 2030 cu il üçün BÖYÜK HƏDƏF

Azərbaycanın yeni milyardlıq planı: 2030 cu il üçün BÖYÜK HƏDƏF

Baku.ws portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan 2030-cu ilədək turizmi iqtisadiyyatın əsas sahələrindən birinə çevirməyi nəzərdə tutur. Bu günlərdə təsdiqlənən Dövlət Proqramında sektorun yaratdığı əlavə dəyərin 12,2 milyard manata, xarici turistlərin ölkədə xərclədiyi vəsaitin isə 6,3 milyard manata çatdırılması hədəflənir. Bununla turizmin qeyri-neft-qaz iqtisadiyyatındakı payının artırılması nəzərdə tutulur. Bəs bu hədəfə nail olmaq mümkün olacaqmı?

BAKU.WS mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

Aviabilet qiymətlərinin aşağı salınması vacib faktor kimi

Turizmçi Əfsun Əhmədov hesab edir ki, 2030-cu ilə qədər turizmdə 12 milyard manat hədəfi realdır. Amma bunun üçün neftdən asılılığı azaldıb turizmi "ixrac sektoru" kimi görmək lazımdır: "Hazırda Azərbaycanın turizm gəliri təxminən 5,5-6 milyard manat civarındadır. Biz bunu iki dəfə artırmalıyıq. Bunun üçün ilk növbədə ölkəmizin yerləşdiyi bölgədə geosiyasi vəziyyətin sabit qalması vacibdir".

Turizmçi ikinci faktor kimi aşağı büdcəli aviaşirkətlərin ölkəyə cəlbini önəmli hesab edir: "Digər hava yolları ilə tranzit müqavilələr olsa, aviabilet qiymətlərinin aşağı salınmasına nail ola bilərik".

Ə.Əhmədovun fikrincə, viza məsələləri də qarşıya qoyulan hədəfə çatmaq üçün vacib amildir. Belə ki, e-viza veriləcək ölkələrin sayının artırılması Azərbaycanı daha rahat səfər ediləcək ölkələr siyahısında önə çıxarmış olacaq: "Bundan əlavə, vergi güzəştləri də vacibdir. 4-5 ulduzlu hotellərdə ƏDV geri qaytarmanın tətbiq edilməsi turistlərin böyük marağına səbəb ola bilər. Bu, həm də hotellərin doluluğunu artırar. Digər tərəfdən, turizm operatorlarının gəlir vergisinə müəyyən endirim və guzəştlərin tətbiq olunması da yaxşı olardı. Şirkətlər bununla nağdsız əməliyyatları artıra bilərlər".

Hotel, yol və nəqliyyat infrastrukturu

Ə.Əhmədovun fikrincə, hədəfə çatmaq üçün ölkə ərazisində hotel sayını da artırmağa ehtiyac var: "2030-cu ildə 12 mln turist üçün 80 000 otaq lazımdır. İndi təxminən 35 000 otaq var. Regionlarda 3-4-5 ulduzlu hotellərin sayı azlıq təşkil edir. Eyni zamanda, ingilis, ərəb, çin dilində bələdçi, xidmət personalı qıtlığı da mövcuddur. Turistlər üçün müvafiq yol və nəqliyyat infrastrukturu da yaradılmalıdır. Bölgələrə müntəzəm avtobus marşrutlarının yaradılması yaxşı olardı. "Beyond Baku" brendi yaradıla bilər". Ekspertin fikrincə, Azərbaycanda təşkil olunan F1, COP29 kimi tədbirlərin, müəyyən idman yarışlarının sayını artırmaqla da ölkəmizə olan marağın artmasına nail ola bilərik: "Bu da öz növbəsində turist sayının və paralel olaraq ölkəyə gələn valyutanın çoxalmasına gətirib çıxaracaq".

"Turizmdən gələn gəlirin 70%-i may-oktyabr ayına təsadüf edir"

Ə.Əhmədov hesab edir ki, UNESCO, İpək yolu marşrutu, şərab turları, qastronomiya turlarının təşkilinə daha önəm verilməlidir: "Avropa üçün fərqləndirici məqam budur. Həmçinin sağlamlıq turizmi də ən çox gəlir gətirəcək sahələrdən biridir. Bir tibbi turist on adi turist qədər xərcləyir. Fikrimcə, mövsümü 12 aya yaymaqla ilin istənilən fəsli üçün gələcək turistlərin sayı arta bilər. Hazırda turizmdən gələn gəlirin 70%-i may-oktyabr ayına təsadüf edir". Turizmçi göstərilən xidmətlərin keyfiyyətini də vacib məsələlərdən hesab edir: "Hava limanından tutmuş, nəqliyyat, hotel, restoran və turistlərə xidmət göstərilən digər aidiyyəti məkanlarda xidmət səviyyəsinin yüksəldilməsi çox vacibdir. Əsas məqsədimiz real turist sayının artırılması olmalıdır. Qarşımıza məqsəd kimi qoyduğumuz 12,2 mld manatlıq dövriyyəyə nail olsaq, bu, ÜDM-in 7-8%-ni təşkil edir. Beləliklə, yalnız bu yolla neftdən asılılığı 15% azaltmış olarıq".

"Kadrların hazırlanması işini genişləndirmək lazımdır"

Turizm üzrə ekspert Əziz Şiriyev hesab edir ki, quru sərhədlərin açılması qarşıya qoyulan məqsədlərə çatmaqda müsbət təsirini göstərəcək: "Aşağı büdcəli hava yollarının uçuşlar həyata keçirməsi xeyli sayda turistin cəlb olunmasına səbəb olacaq. Bundan əlavə, Zəngəzur dəhlizinin açılması, Naxçıvanın blokadadan çıxması, Qarabağın və digər regionların daha da inkişaf etməsi də turizmin inkişafına töhfə verəcək. Hesab edirəm ki, turistlərin ölkəmizə cəlb olunması təkcə standart turizmlə məhdudlaşmayacaq, digər turizm növlərinin də inkişafını labüd edəcək. Sağlamlıq, aqroturizm, ekstremal turizm, kənd turizminin və s. turizm növlərinin inkişafına şərait yaranacaq". Ə.Şiriyev görülməli işlər sırasında iki məqamı xüsusi vurğulayır:

"Gələn turistlərə münasibətdə qonaqpərvərliyimiz öz yerində, amma insanların maarifləndirilməsi də çox önəmlidir. Kadrların hazırlanması işini genişləndirmək, Bakıda və regionlarda turizm sənayesində çalışanların təlimatlandırılması, master-klassların keçirilməsi lazımdır. Fikrimcə, bütün bunların həyata keçirilməsi turist axınının artmasına və qoyulan hədəflərə çatmağa imkan verəcək".

"Əsas sənəddə yer alan məsələlərin necə icra ediləcəyidir"

İqtisadçı Elman Sadıqov hədəflərin real olması ilə bağlı indidən fikir söyləməyin tez olduğunu düşünür: "Çünki hədəfə çatmaq üçün təkcə proqramın olması kifayət deyil. Əsas sənəddə yer alan məsələlərin necə icra ediləcəyidir. Məsələn, əsalandırılmalıdır ki, 5 milyarddan 12 milyarda çatmaq üçün hansı yol keçiləcək. Əsas məsələlərdən biri kadrlarla bağlıdır. Digər tərəfdən, ölkəmizdə turizmin inkişafı ilə bağlı turizmin özündən asılı olan və olmayan məsələlər var. Məsələn, viza, hotel, aviabilet, xidmət sektorundakı vəziyyət və s. Xidmət sektorunun güclənməsi, rəqabətin təmini, nəzarət mexanizminin düzgün qurulması məsələləri də var. Bütün bunlar öz həllini tapacaqsa, onda proqramda yer alan məsələlərin icrası mümkün olacaq".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:307
embedMənbə:https://baku.ws
archiveBu xəbər 29 Avqust 2026 21:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see506

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see458

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see357

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see297

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see293

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see281

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see263

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see240

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see234

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see229

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see222

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see219

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see217

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see213

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see212

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see208

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see197

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see188

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see180

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri