Ramin Musayev: Yüz faiz əminəm ki, “Sabah” kubok oyununda “Neftçi”yə qalib gələcək
Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakı, 23 aprel, AZƏRTAC
Bu gün bizi iki maraqlı oyun gözləyir. Çünki dörd komandanın hamısı finala vəsiqə qazanmaq üçün hər şeyi edəcək.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Peşəkar Futbol Liqasının sabiq prezidenti Ramin Musayev Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab oyunları barədə danışarkən deyib.
Keçmiş funksionerin fikrincə, “Qarabağ” ilk matçda “Araz-Naxçıvan”a məğlub olsa da (0:1), cütün favoriti hesab olunur: “Əslində, Naxçıvan klubunun finala yüksəlməyini çox istəyirəm. Bu, azarkeşlər üçün də maraqlı olardı. Elmar Baxşıyev çox yaxşı komanda formalaşdırıb. Lakin muxtar respublika təmsilçisinin növbəti raunda vəsiqə qazanmasına şübhə ilə yanaşıram. Çünki onların qarşısında “Qarabağ” kimi güclü komanda var”.
R. Musayev “Sabah”ın “Neftçi”ni ilk matçda (2:1) olduğu kimi, cavab qarşılaşmasında da məğlub edərək, finala vəsiqə qazanacağına inandığını söyləyib: “Ağ-qaralar”ın hazırkı durumu yaxşı deyil. Yüz faiz əminəm ki, “Sabah” bu görüşdə də qalib gələcək. Kubokdakı nəticədən asılı olmayaraq, “Neftçi”nin bumövsümkü çıxışı zəifdir. Samir Abasovda heç bir günah görmürəm. Onun yeganə səhvi “Sumqayıt”dan ayrılıb buraya gəlməsi idi. Çünki Abasov məhz Sumqayıt təmsilçisində mütəxəssis kimi formalaşmışdı”.
Qeyd edək ki, “Qarabağ” – “Araz-Naxşıvan” oyunu saat 17:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda, “Sabah” – “Neftçi” görüşü isə 20:00-da “Bank Respublika Arena”da təşkil olunacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 23 Aprel 2025 14:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















