Ramiz Mehdiyev ən ağır cəzaya layiqdi Musa Musayev
Modern.az saytına istinadən Icma.az xəbər verir.
Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyevin cinayət işi üzrə bu gün məhkəmə prosesi keçirilir.
Ramiz Mehdiyev işi ilə bağlı Modern.az-a açıqlama verən sabiq deputat Musa Musayev bildirib ki, hələ deputat olduğu müddətdə Ramiz Mehdiyevin günahkar olduğunu bilib və bunu ictimaiyyətə açıqlayıb:
“2000-2005-ci illərdə Milli Məclisin üzvü olanda da, 2006-2010-cu illərdə Naftalan Rayon İcra Hakimiyyətində işlədiyim dövrdə də Ramiz Mehdiyevlə bağlı öz fikirlərimi demişəm. O cümlədən onun barəsində cinayət işi açıldıqdan sonra da öz sözümü demişəm. Mətbuat və televiziya kanallarında da bu məsələlərlə bağlı çıxışlarım yayımlanıb".
O, qeyd edib ki, məhkəmə R.Mehdiyevi ən ağır cəzaya layiq bilməlidir:
"Ulu öndərimiz Heydər Əliyevin çox gözəl kəlamları var. Tədbirlərin birində o, belə bir fikir səsləndirmişdi ki, dövlət iki şeydən sarsıla bilər: günahkar cəzasız qalanda və günahsıza cəza veriləndə. Düşünürəm ki, Ramiz Mehdiyev də çox böyük günah işlədib. Əgər bu məhkəmə prosesində Ramiz Mehdiyevin işlətdiyi günahlar öz təsdiqini taparsa, düşünürəm ki, o, ən ağır cəzaya layiqdir”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:154
Bu xəbər 21 Sentyabr 2026 15:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















